Azərbaycan Texnologiya Universitetində (ATU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş "XXI əsr Dizayn və Mühəndis tələbələrin gözü ilə " adlı elmi-praktik tələbə seminarı keçirilib.
 
Tələbə Elmi Cəmiyyəti (TEC) və Yüngül sənaye mühəndisliyi və dizayn fakültəsinin (YSML) birgə təşkilatçılığı ilə baş tutan seminarda strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə müşavir Mehman Kərimov, YSML- nin, Yüngül sənaye mühəndisliyi və dizayn, Maşın mühəndisliyi və logistika kafedralarının, TEC-in rəhbər heyəti və əməkdaşları, Azərbaycan Dəmir Yolları QSC-nin, Simurq company ATSC- nin mütəxəsssiləri və tələbələr iştirak edib.  
 
Tələbələrdən Əmani Fatimənin "Səfəvi dövlətinin xalı və xalçalarının təhlili", Nərmin Abbasovanın "Tворчество и чакры", Elgün Ağakişiyevin "Alüminium hidrogen generatorundan istifadə etməklə dizel yanacağının hidrogenlə əvəz edilməsi", Tuncay Baxişevin "Web design in the process of ELT", Ayxan Məmmədovun "Hibrid mühərriklərin analizi" başlıqlı məruzələri dinlənilib, mövzular ətrafında fikir mübadiləsi aparılıb.