Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru v.m.i.e., elmi şura sədri dos. Yaşar Ömərov yetərsayı nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb. 

İclasda tədris işləri üzrə prorektor Raqif Hüseynov yaz imtahan sessiyasına hazırlığın vəziyyəti, universitetin strukturunun optimallaşdırılması və yeni struktur bölmələrinin yaradılması ilə bağlı komissiyanın hesabatına dair çıxış edib. 

Daha sonra Xarici dillər kafedrasının müdiri İlhamə Rəhimovanın, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri  v.m.i.e. Ramidə Xəlilovanın hesabatı dinlənilib.

İclas çərçivəsində İnsan resursları şöbəsinin müdiri İlham Əlizadənin şura üzvlərinin müzakirəsinə təqdim etdiyi ştat cədvəlində dəyişiklik və s. kimi məsələlərə baxılıb, tədris metodiki vəsaitlər təsdiq edilib, Kimya mühəndisliyi kafedrasının müdiri Musa Cəfərov, əməkdaşı Rəna Axundzadə 75 illik yübileyləri münasibətilə təltif ediliblər.