Azərbaycan Texnologiya Universitetinin (ATU) Qida mühəndisliyi fakültəsinin, Tələbə Elmi Cəmiyyətinin Savalan şərab zavodu ilə birgə tələbə elmi seminarı təşkil edilib.

Seminar Qəbələ şəhərində “SAVALAN – ASPI Winery” zavodunda baş tutub. Qida mühəndisliyi fakültəsi, Qida məhsullarının ekspertizası kafedrası və ATU Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən seminarda şərabçılıq ixtisasının tələbələri – Aysel Cəfərova “Almaniyada şərabçılığın inkişaf tendensiyası”, Vəsilə Nağıyeva “Şərabçılıqda əzici-daraqayıran maşınların perspektivliyi və əhəmiyyəti”, Səbinə Qasımova “Azərbaycanda şərabçılıq”, Abulhəyat Süleymanlı “Azərbaycanda istehsal olunan konyaklar” mövzularında məruzələrlə çıxış edib, zavodun mütəxəssisləri ilə mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində tələbələr zavodda texnoloji avadanlıqlar, onların iş prinsipi, laboratoriyalar və istehsal olunan məhsullarla yaxından tanış olublar.