Avropa Birliyinin maliyyələşdirdiyi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinator, Azərbaycan Texnologiya Universitetinin tərəfdaş olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması - REFRESH” layihəsi çərçivəsində Danimarka Krallığının Danimarka Texniki Universitetinə (DTU) təcrübə səfəri baş tutub.

Səfərdə Azərbaycan Texnologiya Unversitetini layihə meneceri Tədris işləri üzrə prorektor Dr. Raqif Hüseynov təmsil edib.

Səfərin əsas məqsədi, yerli tərəfdaş univeristetlərin alternativ və bərpa olunan enerji sahəsi üzrə mövcud kurikulumların təkmilləşdirilməsi, innovativ yönümlü istiqamətləndirilməsidir.

5 günlük təcrübə səfəri müddətində DTU-nun REFRESH layihəsi üzrə təlimçiləri Mads Peter Sorensen, Jalal Kazempour, Per Sieverts Nielsen, Martin Brynskov, Ivano Eligio Castelli, Henrik Madsen və digərləri iştirakçılara universitetin bərpa olunan enerji mənbələri, bərpa olunan enerji istehsalının proqnozlaşdırılması (külək, günəş, su) və istehlakçı aspektindən uyğunlaşma, dayanıqlı enerji texnologiyaları üzrə mühəndislik ixtisasları üzrə bakalavr və magistratura proqramlarını təqdim ediblər. O cümlədən, dayanıqlı enerji sistemləri, sözügedən istiqamət üzrə fənlərin tədrisi zamanı süni intellektin istifadəsi, bərpa olunan enerji mənbələri -  günəş və külək enerjisi,  isitmə sistemləri, təkmilləşdirmək məqsədilə sillabusları təhlil etmiş və öz tövsiyələrini bildiriblər.

Təcrübə səfərinin növbəti günlərində səfər iştirakçılarının tərəfdaş yerli ali təhsil müəssisələrinin proqramının inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsinə dair "vörkşop" keçirilmişdir. Vörkşop çərçivəsində proqram portfolioları, məzmunu və tədris materialları haqqında geniş diskussiya həyata keçirilib.

Təcrübə səfərinin son günündə yerli tərəfdaşlar üçün təlim (ToT) keçirilib.