Yüngül sənaye mühəndisliyi və logistika fakültəsi
Əliyev Şakir Hüseynqulu oğlu
Rzayeva Rəsmiyyə Aslan qızı
Əmiraslanova Niyar İsmayıl qızı
Yüngül sənaye mühəndisliyi və logistika fakültəsi haqqında
Yaranma tarixi
Yüngül sənaye mühəndisliyi və logistika fakültəsi Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Gəncə filialında iki müstəqil fakültənin - 1978-ci ildən fəaliyyət göstərən “Mexanika” fakültəsi və 1981-ci ildən fəaliyyət göstərən “Toxuculuq və yüngül sənayenin texnologiyası” fakültələrinin əsasında 1991-ci ildə təşkil olunmuş və “Yüngül sənayenin mexanikası və texnologiyası” fakültəsi adı ilə 1995-ci ilə qədər fəaliyyət göstərmişdir. Sonralar fakültənin adı dəyişdirilərək, 2015-2016-cı illərdə “Standartlaşdırma və texnoloji maşınlar” adı ilə fəaliyyətini davam etdirmişdir. Daha sonra, 2016-2017-ci illərdə fakültənin adı dəyişdirilərək “Mexanika və metallurgiya mühəndisliyi” adlanmışdır. 2017-ci ildən hal-hazıra kimi “Yüngül Sənaye Mühəndisliyi və logistika” fakültəsi adlanır.
Dekan, dekan müavinləri, tyutorlar
Dekan v.m.i.e: Əliyev Şakir Hüseynqulu oğlu
Dekan müavinləri:
Tədris işləri üzrə: Rəsmiyyə Aslan qızı Rzayeva
Elm və tərbiyə işləri üzrə: Niyar İsmayıl qızı Əmiraslanova
Tyutorlar:
I kurs üzrə: Qafarova Vüsalə
II kurs üzrə: Məmmədova Sevinc
III kurs üzrə:Yusubova Vəfa
IV kurs üzrə: Kəsəmənli Ləman
Kafedralar:
İxtisaslar:
Fakültədə çoxpilləli tədris sistemi əsasında: 050621- “ Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi”; 050632-“Nəqliyyat mühəndisliyi”; 050627-“Metallurgiya mühəndisliyi”, 050306- “Dizayn” ixtisasları üzrə bakalavr və magistrlər hazırlanır.
Yüngül sənaye mühəndisliyi və logistika fakültəsində aşağıdakı kafedralar fəaliyyət göstərir.
Elmi tədqiqat işləri
2018-2020-ci il üçün “Yüngül sənaye mühəndisliyi və logistika fakültəsində elmi tədqiqat işlərinin mövzuları:
1.Maşın mühəndisliyi və logistika kafedrasında iki elmi istiqamət üzrə elmi iş yerinə yetirilib:
Birinci mövzu: Elmi istiqamət -“Azərbaycan Respublikasının qərb zonasında xalq təsərrüfatının inkişafında nəqliyyat, anbar logistikasının rolu və əhəmiyyətinin tədqiqi”.
İkinci mövzu : Problemin mövzusu:
“Xidmət sahələrində keyfiyyətin idarə olunma sistemlərinin təkmilləşdirilməsi”
Elmi istiqamətin problemi:
Problem1: Tikiş məmulatları istehsalında rasional texnologiyaların işlənməsi.
Problem 2: Bərpa təyinatlı uşaq geyimlərinin və ortopedik ayaqqabıların gigiyenik xassələrinin tədqiqi.
Problem 3.Hörmə prosesində trikotajın quruluşunun formalaşma nəzəriyyəsi.
Problem 4. Maddi-Mənəvi dəyərlərin qorunması və müasir şəraitdə inkişaf etdirilməsi.
Kimya və metallurgiya kafedrasında bir Elmi istiqamət üzrə elmi iş aparılıb.
Problem: “Alunit filizindən gil–torpaq istehsalı texnologiyasının təkmilləşdirilməsinin təhlili”
2021-2023-cü il üçün Yüngül sənaye mühəndisliyi və logistika fakültəsində
Elmi tədqiqat işlərinin mövzuları:
1.Maşın mühəndisliyi və logistika kafedrasında - bir elmi istiqamət üzrə elmi iş yerinə yetirilib:
Problemin mövzusu: Azərbaycan Respublikasında logistikanın inkişaf perspektivləri;
2.Yüngül Sənaye Mühəndisliyi və Dizayn kafedrası - bir elmi istiqamət üzrə elmi iş yerinə yetirilib.
Problemin mövzusu: Qarabağ milli geyimlərinin və dekorativ-tətbiqi sənət nümunələrinin etno-dizayn kompozisiya analizi, müasir geyimlərin layihələndirilməsində bu nümunələrdən istifadə yolları.
3.Kimya və Metallurgiya Mühəndisliyi kafedrası - bir elmi istiqamət üzrə elmi iş yerinə yetirilib.
Problemin mövzusu: Alüminium vərəq istehsalında tökmə - yayma prosesinin təhlili.
4.Tələbə Elmi Cəmiyyətinin - 2022-ci il üçün fəaliyyətində, əsasən 9 tələbə seminarı;
tələbələr üçün 4 tədbir- təlim ;
Beynəlxalq konfranslarda 4 nəfər tələbə iştirak edib.
Universitetlərarası tələbə mübadiləsində Erasmus proqramı üzrə Seyfullayev Elcan Polşada 1 semestr təhsil alıb.
Tələbə Elmi Cəmiyyətinin xətti ilə 26-29 may 2022-ci ildə Azərbaycanda Bakıda keçirilən “Texnofest “ festivalında Azərbaycan Texnologiya Universitetinin “Yüngül Sənaye mühəndisliyi və logistika” fakültəsindən iki komanda :
1.Rossol komandası
Rəhbər: Yusif Vüqar oğlu Məmmədov
Tariyel-Hicran İbrahim oğlu Məmmədli
Rza Kənan oğlu Əsgərov
2.Şahin komandası
Rəhbər: Elmir İmamqulu oğlu Mollayev
Elay Elçin oğlu Məmmədov
Gülgəz Arzu qızı Abdullayeva iştirak ediblər.
Beynəlxalq konfranslarda fakültənin 4 tələbəsı iştirak edib.
2022-2023-cü ildə YSML fakültəsindəfakültə dekanı Namik Əsgərovun təşəbbüsü ilə 2022-ci ilin dekabrında fakültə müəllimləri və kafedra müdirlərindən ibarət münsiflər heyətinin iştirakı ilə "fakültə tələbələrinin konfransı” keçirildi.
Universitetlərarası tələbə mübadiləsində Erasmus proqramı üzrə Rumıniyada Tariyel-Hicran İbrahim oğlu Məmmədli II(yaz ) semestrdə təhsil alıb.
Startap üzrə keçirilən layihələrdə fakültənin 2 tələbəsi (Anaxanım İntiqam qızı Rzazadə və Elvin Anar oğlu Həsənov) qalib olublar.
Fakültədə Tələbə konfransı və 5 seminar keçirilib .
“YSMvə L” fakültəsində 3 tələbə dərnəyi- “Avtomobilçi”, “ Milli irs” və “Metallurq” dərnəkləri fəaliyyət göstərib.
Yüngül sənaye mühəndisliyi və logistika fakültəsində 14 açıq dərs dinlənilib.
“Yüngül sənaye mühəndisliyi və logistika fakültəsində 12 seminar dinlənilib.
Fakültədə vətənpərvərlik ruhunda ənənəvi olaraq tələbələrin əl işlərindən ibarət sərgilər keçirilir və bu mütəmadi olaraq hər il davam edir.
Yüngül sənaye mühəndisliyi və logistika fakültəsində aparılan tədbirlər.
1418a2 qrup tələbələri
Elvin Qasımlıvə Rəmzi Məmmədov Azərbaycan MMA, PANKRATİON və GRAPPLİNG federasiyasının uşaqlar, yeniyetmələr, gənclər , böyüklər və qızlar arasında təşkil etdiyi Azərbaycan Respublikası Çempionatı və Birinciliyində Pankration və GRAPPLİNG döyüş növlərində 2-ci və 3-cü yerlərə layiq görülmüşlər.
31 Oktyabr 2019 · Azəralüminiumda kafedra filialının açılışı olub.
Azəralüminium zavodunda Azərbaycan Texnologiya Universitetinin (ATU) Kimya və Metallurgiya mühəndisliyi kafedrasının filialının açılışı olub. Açılış lentini universitetin rektoru, professor Akif Süleymanov və Azəralüminiumun istehsalat üzrə direktor müavini Oqtay Rəfiyev kəsiblər.
Rektor bildirib ki, müvafiq ixtisasın tələbələri bundan sonra həftənin müəyyən günləri zavodda, tədris üçün zəruri inventarlarla təchiz edilmiş kabinetdə təhsil alacaq, bununla da metallurgiya ixtisasının sirlərinə daha yaxından bələd olacaqlar. Belə ki, tədris prosesində nəzəri təlimlərlə paralel, uyğun sexlərdə əyani hazırlıqlar aparılacaq. Nəticədə gələcəyin texnoloqları müasir texnologiyalar əsasında işləyən müəssisə təcrübəsinə malik olacaqlar. Həmin tələbələrin (II və III kurs tələbələrinin) gələcəkdə təcrübə müddətinin də Azəralüminiumda keçiriləcəyi nəzərdə tutulub. Akif Süleymanov qeyd edib ki, elm və istehsalatın bu kimi əyani əməkdaşlığı ölkənin metallurgiya sənayesinə töhfə verəcək. Sonda rektor tələbələrə onlar üçün yaradılmış şəraiti lazımınca dəyərləndirməyi tövsiyə edərək zavod şəraitində keçirilən ilk dərs günündə uğurlar arzulayıb.
15 may 2019
Fakültəmizin 1317a2 qrup tələbəsi Eyvaz Əliyevin diplom və medalları - ?.
Fakültəmizdə fakültə dekanı Namik Əsgərovun təşəbbüsü ilə "fakültə tələbələrinin konfransı fakültə müəllimləri və kafedra müdirlərindən ibarət münsiflər heyəti təşkil olunmaqla keçirildi.