Nəbi Zeynal oğlu Mehdizadə

Qida mühəndisliyi

Tədris işləri üzrə dekan müavini

n.mehdizade@atu.edu.az

Mən Mehdizadə Nəbi Zeynal oğlu 1992-ci il mart ayının 26-da Qax rayonunun İlisu kəndində anadan olmuşam. 1998-ci ildə Nizami Gəncəvi adına        İlisu kənd orta məktəbinin 1-ci sinifinə daxil olmuşam. 2009-cu ildə orta təhsilimi bitirmişəm. 2011-ci ildə Azərbaycan Texnologiya Universitetinin “Çoxişlənən malların texnologiya mühəndisliyi” ixtisasına qəbul olmuşam. 2015-ci ildə həmin universitetin magistratura pilləsinə “Trikotaj texnologiyası” ixtisası üzrə qəbul olmuşam. 2017-ci ildə magistr təhsilimi fərqlənmə diplomu ilə bitirmişəm.

2016-cı ildə Təhsil Nazirliyinin (hal-hazırda Elm və Təhsil Nazirliyi) razılığı əsasında keçirilmiş tyutor kursunu müvəffəqiyyətlə bitirmiş, həmin ilin sentyabr ayından Azərbaycan Texnologiya Universitetində tyutor olaraq fəaliyyətə başlamışam. 2017-2019-cu illər ərzində təlim-tərbiyə işləri üzrə dekan müavini vəzifəsini ictimai əsaslarla icra etmişəm. 2019-cu ildə “Qida mühəndisliyi və ekpertiza” kafedrasında asisstent olaraq fəaliyyətə başlamışam. 2019-cu ildə “Qida mühəndisliyi” fakültəsində elmi işlər üzrə dekan müavini vəzifəsini, 2020-ci ildə isə həmin fakültədə tədris işləri üzrə dekan müavini vəzifəsini icra etmişəm.

Hal-hazırda da “Qida mühəndisliyi” fakültəsində tədris işləri üzrə dekan müavini, “Qida mühəndisliyi və ekspertiza” kafedrasında isə assistent olaraq çalışıram.

Ailəli deyiləm.