Koreya Mədəniyyət Mərkəzi

Korean Cultural Center

Mərkəz 30 yanvar 2019-cu il tarixində Azərbaycan Texnologiya Universitetində (Gəncə) fəaliyətə başlayıb. Mərkəzin əsas fəzifəsi fəaliyyət istiqamətinə uyğun olaraq Koreya dili və mədəniyyətinin tədrisi və təbliği, eləcə də Azərbaycanda koreyaşünaslığı inkişaf etdirmək və hər iki ölkə arasında münasibətləri möhkəmləndirməkdən ibarətdir.
Mərkəz aşağidaki funksiyalari həyata keçirir:


• Koreya dilinin və mədəniyyətinin tədrisi istiqamətində dil kurslarının təşkili
• Xarici ölkə universitetləri və digər təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulması
• Tələbələrin mübadilə proqramlarında iştirakının təmin edilməsi
• Azərbaycan vətəndaşlarına Koreyada təhsil almaları istiqamətində köməklik göstərmək
• Koreya-Azərbaycan mədəniyyətlərinin qarşılıqlı tanıdılması və təbliği
• Koreya dili ilə məşğul olan tələbələrinin dil biliyi səviyyəsini müəyyən etmək üçün imtahanlar təşkil etmək
• Mərkəzə üzv olanların qeydiyyatını aparmaq
• Maarifləndirici xarakter daşıyan Koreya ilə bağlı ədəbi və elmi seminarlar keçirmək
• Universitetin digər təhsil müəssisələri ilə elm və təhsil sahəsində əməkdaşlığı haqqında məlumatların verilməsi
• Koreya Mədəniyyət Mərkəzinin fəaliyyəti haqqında illik hesabatlar hazırlamaq