Yüngül sənaye mühəndisliyi və dizayn kafedrası

Mirzəyev Tofiq Hacı

Mirzəyev Tofiq Hacı oğlu

Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının müdiri

(+994 22) 267 02 97

t.mirzeyev@atu.edu.az

Kafedranın yaranma tarixi

1970 –ci ildə Gəncə şəhərində Ç.İldırım adına Azərbaycan politexnik institunun (indiki Azərbaycan texniki unuversitetinin) filialı yaradıldı. Filialda digər ixtisaslarla bigə yüngül sənaye üçün mühəndis kadrlərın hazırlanması aparılırdi. İlk dədə 1976 –cı ildə filiala əyani, qiyabi və axşam təhsili olmaqla tələbə qəbulu Cəncə şəhərində keçirildi. O, dövrdə tədris aparan professor-müəllim heyyəti əsasən Bakı şəhərində yerləşən baş instititdan (Ç.İldırım adına Azərbaycan politexnik intitutundan) ezam edilmişdilər. Filialda yüngül sənaye ixtisasları sahəsi üzrə bir fakültə və bir kaedra fəaliyyətə başladı.

1981 –ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Gəncə şəhərində Ç.İldırım adına Azərbaycan politexnik intitutunun bazasında Azərbaycan texnologiya instutu yaradıldı. İnstitutda yüngül və tekstil  istiqamətləri üzrə “Pambığın ilkin emalı”, “Əyricilik texnilogiyası”, “Toxuculuğun texnologiyası”, “Tikiş məmulatlarının texnologiyası”, “Tikiş məmulatlarının konstruksiya edilməsi”, “Trikotajın texnologiyası”, “Gön-dəri məmulatlarının konstruksiya edilməsi” “Yüngül sənaye istehsalatının maşın və avadanlıqları” ixtisasları üzrə tələbə qəbulu aparılırdı və ona görə də sonrakı illərdə bir neçə ixtisas kafedraları fəaliyyət göstərməyə başladı:

  1. a) Tikiş məmulatlarının texnoogiyasl və konstruksiya edilməsi;
  2. b) Toxucululuğun texnologiyası;

c)Əyriciliyin texnologiyası və avadanlıqları;

  1. d) Ayaqqabı istehsalının texnologiyası və avadanlıqları.

Sonrakı illərdə bu kafedraların dəfələrlə adları dəyişdirilmiş, bəziləri dərs yüklərinin normadan az olması səbəi ilə bağlanmış yaxud başqa kafedraların tərkibinə verilmişlər. 1913 –cü ildə “Çoxişlənən malların texnologiyas və dizayn” kafedrası iki müstəqil iki kafedra (“Çoxişlənən malların texnologiyası” və “Dizayn”) kimi fəaliyyətlərini davam etdirdilər.

2017-ci ilin 14 sentyabrından Azərbaycan Texnologiya Universitetinin Elmi Şurasının qərarı və rektorun müvafiq əmri ilə “Yüngül sənaye mühəndisliyi” kafedrası yaradılmışdır. Kafedraya 02 noyabr 2017-ci ildən texnika üzrə fəlsəfə doktoru, dosent Tofiq Hacı oğlu Mirzəyev rəhbərlik etmişdir. 2018-ci ilin 21 noyabrından Azərbaycan Texnologiya Universitetinin Elmi Şurasının qərarı və rektorun müvafiq əmri ilə “Yüngül sənaye mühəndisliyi” və “Dizayn” kafedraları birləşdirilərək “Yüngül sənaye mühəndisliyi və dizayn” kafedrası yaradılmışdır. Kafedraya  texnika üzrə fəlsəfə doktoru, dosent Tofiq Hacı oğlu Mirzəyev universitet Elmi şursının qərarı ilə rəhbərlik etməyə səlahiyyət almışdır.

Kafedranın hazırda Azərbaycan MEA,  Azərbaycanın bir çox universitetlərinin müvafiq kafedraları, o cümlədən Türküyə, Rusiya, Belarusiya, Ukraina, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxstan, Gürcüstan universitetləri ilə əməkdaşlıq əlaqələri yaradılmışdır. Bundan başqa kafedranın hazırda Respublikanın bir çox istehsalat müəsisələri ilə Elmi və digər işlər üzrə əlaqələri yaranmışdır. Bunlar aşağıdakılardır: 

1. Azərbaycan Texnologiya Universiteti ilə Azərbaycan Respublikasının CTS – Aqro MMC ilə əməkdaşlıq memorandumu  imzalanmışdır.

2. Azərbaycan Texnologiya Universiteti ilə Azərbaycan Respublikası “Bakı tikiş evi” açıq səhmdar cəmiyyəti ilə əməkdaşlıq memorandumu imzalanmışdır.

3.Azərbaycan Texnologiya Universiteti ilə GəncəTekstil ASC arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi bağlanılmışdır.

4. Azərbaycan Texnologiya Universiteti ilə Yevlax rayonunda “Lalə-Tekstil” MMC tikiş fabriki arasında əməkdaşlıq müqaviləsi bağlanılmışdır.

5. Azərbaycan Texnologiya Universiteti ilə Mingəçevir Tekstil Parkınin əyricilik fabriki arasında əməkdaşlıq memorandumu imzalanmışdır.

6. Azərbaycan Texnologiya Universiteti ilə Azərbaycan Respublikasının MKT – istehsalat kommersiya MMC idarə heyyəti arasında əməkdaşlıq memorandumu  imzalanmışdır.

7. Azərbaycan Azərbaycan Texnologiya Universiteti ilə Cəncə şəhərində yerləşən “Reginal mədəniyyət mərkəzi” arasıda qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanışdır.

8. Azərbaycan Azərbaycan Texnologiya Universiteti ilə Cəncə şəhərində yerləşən “QALAKSİ” Türk şirkəti arasında əməkdaşlıq memorandumu imzalanmışdır.

İstehsalatla “YSM və D” kafedrası arasında əlaqələrin yaradılması getdikcə artırilacaqdır. Elm-təhsil-istehsalat üçbucağı çərçivəsində istehsalat sahələri ilə əməkdaşlığın perepektivdə genişləndirilməsi nəzərdə tutulmuşdur.

“YSM VƏ D” kafedrada 3 (üç)  tədris-istehsalat laboratoriyalari və 2 (iki) emalatxana tələbələrin tədrisi və tədqiqat işlərinin icrasi üçün fəaliyyət göstərirlər:

1. “Göndən olan məmulatların texnologiyası” tədris istehsalat laboratoriyası;

2. “Tikiş məmulatlarının texnologiyası” tədris istehsalat laboratoriyası;

3. “Pambığın ilkin emalı” tədris istehsalat laboratoriyası;

4. ”Əl xalçaçılığı” emalatxanası;

5. “Dizayn” emalatxanası;

6. Yaxın gəlcəkdə kafedrada, “Sənaye dizaynında materiallarının və məmulatlarının keyfiyyət səviyyəsinin müəyyən edən xassəlrinin təyin edilməsi Elmi-tədqiqat laboratoriyası”nın qurulması nəzərdə tutulur. Bu məqsədlə VI –korpusda 31301 otağının tam təmiri aparılmaqdadır.

“YSM və D” kafedrasında Dizayn ixtisası tələbələri üçün fənlər üzrə 5 (beş) ixtisas kabinetləri fəaliyyət göstərir.

“YSM və D” kaferasında  

Kafedrada tədris olunan fənlər

Ali təhsilin bakalavriat səviyyəsi üzrə
Rəsm; Rəngkarlıq; Erqonomika; Dizaynın əsasları; Kostyumun tarixi; Fərdi hazırlanan malların bədii tərtibatı;Kostyumun tarixi; Moda və stil; İstehsalın texnoloji əsasları; Sənaye dizaynınma materialşunaslıq; Sənaye dizaynında maketləşdirmə; Tətbiqi antropologiyanın əsasları; Konstruksiyalaşdırmanın əsasları; Bədii tərtibatın işlənmə prinsipləri; Gön-dəri məmulatlarının layihələmdirilməsi; Azərbaycan əl xlçalarının növləri və dizayn həlli; Müəsisələrin layihələndirilməsi; İstehsal sistemləri; Xammal ehtiyyatlarının idarə olunması; Perspektiva; Qrafik dizayn; Kompyuter dizaynı; Reklam və dizayn; Parçaların bədii ərtibatı. Dekorativ tətbiqi sənət; Kostyumun kompozisiyası; Təşkilatı dizayn; Təsviri incəsənət; Memarlığa giriş; Azətbaycanda şəhəralma tarixi. 

Ali təhsilin magistratura səviyyəsi üzrə

Dizayn yaradıcılıq prinsipləri; Dizayn nəzəriyyəsi; Dünya incəsənətində bədii-stilistik istiqamətlər; Müasir dövrün bədii-estetik xüsusiyyətlri; Tikiş məmulatlarının keyfiyyət göstəriciləri; ALS-elementləri ilə geyimlərin konstruksiya edilməsi; Geyim üçün materiallar; Elmi tədqiqat işinin əsasları; Tədqiqtın üsul və vasitələi; Qeyri ərzaq  mallarının  keyfiyyətə qoruyan  istehlak  təlabatları; Teksil məmulatları səthində bədii təribat və işləmələr; Xalq istehlakı malları istehsalını texnoloji əsasları; Tikiş məmul.mühəndis layihələndiril. prinsipləri.

Göstərilən  fənlərdən təhsi proqramlarında təsbit edilmişlərin fənn  proqramları Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunub və çap olunmuşdur. Seçmə fənlərin proqramları isə Azərbaycan texnologiya universitetinin Elmi şurası tərəfindən təsdiq edilmiş və çap olunmuşdur.

Kafedrada tədrisi nəzərdə tutulmuş fənlər üzrə və bu fənlərin tədrisinin kredit sisteminin tələblərinə uyğun aparılması üçün illik iş planı, fənlər üzrə təsdiq edilmiş fənn sillabusları, fənlər üzrə müəllimlərin fərdi iş planları, müəllimlərin açıq dərslərinin qrafiki, müəllimlərin məsləhət saatlarının  qrafiki və aparılacaq elmi seminarların qrafiki tərtib edilmiş və təsdiqlənmişdir.   

Kafedrada professor- müəllim heyətinin tədris ilində mühazirə mətnlərinin elektron variantları vardır, onlar universitetin  kitabxanasına təhvil  verilmiş və onlara mütəmadi nəzarət olunur. 

 

Elmi-tədqiqat işi

Problemin mövzusu: “Qarabağ milli geyimlərinin və dekorativ-tətbiqi sənət nümunələrinin etno-dizayn kompozisiya analizi, müasir geyimlərin layihələndirilməsində bu nümunələrdən istifadə yolları”.

2021- ci ildə tədqiqat mövzusu: “Qarabağ milli geyimlərində və dekorativ-tətbiqi sənət nümunələrində etni-dizayn  kompozisiya xüsusiyyətlərinin analizi”;

2022- cuildə tədqiqat mövzusu: “Müasir üst trikotaj və parçadan olan geyim hissələrinin Qarabağ milli geyimləri və dekorativ-tətbiqi sənət nümunələri elementlərindən istifadə etməklə rasional emal texnologiyalarının işlənməsi”;

2023- cu ildə tədqiqat mövzusu: “Müasir geyim və ayaqqabı kolleksiyalarının Qarabağ milli geyimləri əsasında həmçinin dekorativ-tətbiqi sənət elementlərindən istifadə edilməklə layihələndirilməsi”.

Rəhbər:t.f.d., dos. Mirzəyev Tofiqı Hacı oğlu;

Əsas məsui icraçılar:t.e.d, prof. Hacıyev Cahangir Əhməd oğlu: b/m. Bağırova Validə Şahməmməd qızı; Hicran Ədalət qızı Ramazanova;

İcraçılar: t.f.d., dos. T.Q.Kərimov; t.f.d., dos. Ş.R.Əlivev; b/m L.İ.Məmmədova; b/m M.H.Hümbətova; b/m G.N.Əliyeva; b/m  F.Ə.Fərci; b/m Q.F. Abbasova; b/m H.Q.Kərimov; b/m R.X.Aslanova; assistent  R.T.Mirzəyev; assistent A.H.Hüseynov; laborant K.M.Məmmədova.

YSM və D kafedranın müdiri dos. T.H.Mirzəyev rəhbərliyi ilə “Qarabağ milli  geyimlərində və dekorativ-tətbiqi sənət nümunələrində etno-dizayn kompozisiya xüsusiyyətlərinin analizi”  mövzusu üzrə ilk dəfə olaraq aşağıdakı innovativ nəticələr alınmışdır:

  • Kafedramızda aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, XVII– XIX əsr  Qarabağın milli geyim nümunələri Azərbaycanın digər bölmələrinin geyimlərinə uygun, lakin fərqli arnamentli, məxsusi emal texnologiyasına malik olmaları ilə səciyyələnirlər:
  1. a) tədqiqatlarla müəyyən edilmişdie ki, Qarabağ (Fizuli, Ağdam, Laçın, Kəlbəcər və Suşa) milli kişi geyimləri XVIII – XX əsrin əvvəllrinə kimi iki yüz il ərzində Gəncə milli geyimlərinə forma və konstruksiyasına oxşar, lakin fərqli arnamentli, məxsusi emal texnologiyasına malik olmaları ilə fəqlənirlər;
  2. b) digər tərəfdən Qarabağ qadın milli geyimlərinin (Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və Suşa) XVIII – XX əsrin əvvəllrinə kimi iki yüz il ərzində Naxçivan milli geyimlərinə forma və konstruksiyasına oxşar, lakin fərqli arnamentli, məxsusi emal texnologiyasına malik olmaları ilə fəqlənirlər;
  • İlk dəfə olaraq geyim məmulatlarının bədii layihələndirmə sxemi  tərtib edilmişdir və məmulatların layihələndirilməsində dizayn metodikası işlənilmişdir.  Bundan başqa məmulat nümunələrinin bədii layihələndirilməsində  müxtəlif amillərin təsiri öyrənilmişdir.
  • Elmi-tədqiqat işinin üçüncü ilində müasir geyim və ayaqqabı kolleksiyalarının Qarabağ milli geyimləri əsasında həmçinin dekorativ-tətbiqi sənət elementlərindən istifadə edilməklə layihələndirilməsinin aparılması nəzərdə tutulur. Beləliklə, Qarabağ milli geyimlərinin və dekorativ-tətbiqi sənət nümunələrində etno-dizayn kompozisiya xüsusiyyətlərinin tam analizi və tarixi məlumatlardan həmçinin digər məlumatlardan məlum olmuşdur ki, Qarabağ ərazisi türklərin məskunlaşdığı məkan olmuşdur. Beləliklə, aparılmış Elmi-tədqiqat işinin nəicələri Azərbaycan Respublikası prezidenti İlham Əliyevin QARABAĞ AZƏRBAYCANDIR ! tezisinin sübut etmiş olur.

Tədris-metodiki təminat 

2019 –cu təqvim ili üzrə

Elmi-metodiki fəaliyyətin növü

Respublikada

(sayı)

Xaricdə

(sayı)

1

2

3

Elmi məqalələr

10

4

Dərslik

1

-

Dərs vəsaiti

2

-

Tzislər (Elmi-praktik konfrans)

8

3

Metodiki işlər

2

-

Fənn proqramları

18

-

İxtira, patentlər

1

-

Monoqrafiya

1

-

Keçirilmiş Elmi seminarlar

18

-

Müdafiə olunmuş dissertasiya

-

-

2020 –ci təqvim ili üzrə

Elmi məqalələr

9

3

Dərslik

-

-

Dərs vəsaiti

1

-

Tzislər (Elmi-praktik konfrans)

14

3

Metodiki işlər

2

-

Fənn proqramları

5

-

İxtira, patentlər

7

-

Monoqrafiya

-

-

Keçirilmiş Elmi seminarlar

11

-

Müdafiə olunmuş dissertasiya

-

-

 

2021 –ci təqvim ili üzrə

1

2

3

Elmi məqalələr

11

3+ (1

Dərslik

-

 

Dərs vəsaiti

2

 

Tzislər (Elmi-praktik konfrans)

6

2

Metodiki işlər

2

 

Fənn proqramları

8

 

İxtira, patentlər

2

 

Monoqrafiya

1

 

Keçirilmiş Elmi seminarlar

11

 

Müdafiə olunmuş dissertasiya

-

 

2022 –ci təqvim ili üzrə

Elmi məqalələr

20

2

Dərslik

 

 

Dərs vəsaiti

 

 

Tzislər (Elmi-praktik konfrans)

27

1

Metodiki işlər

 

 

Fənn proqramları

15

 

İxtira, patentlər

-

 

Monoqrafiya

-

 

Keçirilmiş Elmi seminarlar

11

 

Müdafiə olunmuş dissertasiya

1

 

 

 

Professor-müəllim heyəti

MirzəyevTofiq Hacı oğlu

Kafedra müdiri, dosent


Hacıyev Cahangir Əhməd oğlu

Professor


Kərimov Tariverdi Qurban

Dosent


Babayev Firdovsi Əsgər

Dosent


Əliyev Şakir Rüstəm oğlu

Dosent


Kərimov Hüsnü Qədir oğlu

Baş müəllim


Maya Hüseynqulu qızı Hümbətova

Baş müəllim


Aslanova Raisa Xələf

Baş müəllim


Əliyeva Gülnarə Nürəddin

Baş müəllim


Tağıyeva Tamam Əhməd qızı

Baş müəllim


Fərəci Fizuli Ələkbər

Baş müəllim


Əliyeva Fərqanə İsfəndiyar

Baş müəllim


Bağırova Validə Şahmməd qızı

Baş müəllim


Məmmədov Əli Zeynal oğlu

Baş müəllim


Məmmədova Sevil Cəmil qızı

Baş müəllim


Ramazanova Hicran Ədalət qızı

Baş müəllim


Mehdizadə Rahim Fikrət oğlu

Baş müəllim


Hüseynov Aqşin Hafiz oğlu

Assistent


Paşa Arzu Tahir qızı

Assistent


Əliyeva Nərgiz Xalis

Assistent


Mirzəyev Razil Tofiq oğlu

Assistent


İsgəndərova Jalə Şahin qızı

Assistent


Əsgərov İsgəndər Ceyhun oğlu

Assistent


Qarayev Mobil Ramiz oğlu

Assistent