İctimai elmlər və multikulturalizm kafedrası
Yaranma tarixi
Çingiz İldırım adına Azərbaycan Politexnik İntitunun Gəncə filialında.1974-cü ildə İctimai elmlər kafedrası adı altında fəaliyyət göstərib. 1981- ci ildə filialın bazası əsasında Azərbaycan Texnologiya İnstitutu yaranandan sonra kafedra iki müstəqil “Fəlsəfə və elmi kommunizm”, ”Sov. İKP tarixi və siyasi iqtisad” kafedrasına ayrılmışdır. Kafedra 1981-1991 –ci illərdə
“Fəlsəfə və Elmi kommunizm”, 1991-1992-ci illərdə “Fəlsəfə və sosial- siyasi münasibətlər nəzəriyyəsi”, 1992-2002- ci illərdə “Fəlsəfə və Politolo-giya”, 2002-2016-cı illərdə “Fəlsəfə və Tarix” kafedrası, 2016-cı ildən hal-hazıra kimi “İctimai elmlər və multikulturalizm”kafedrası adlanır.
Tədrisin müasir səviyəyə çatdırılması üçün kafedrada tədris olunan bütün fənnlər üzrə mühazirə mətnlərinin elektron versiyası hazırlanmış,eləcədə internet vasitəsi ilə MDB ölkələrinə və Türkiyə Respublikasında ictimai elmlərin tədrisi sahəsində təcrübəni öyrənməklə ən müasir praqram və elmi- metodik vəsait əldə edilmişdir.
Kafedra M.V. Lomonosov adına Moskva Dövlət Universiteti, Belorusiya Dövlət Universiteti, Bakı Dövlət Universiteti və şəhərimizdəki ali məktəblərin oxşar kafedraları ilə sıx əlaqə saxlayıb, əməkdaşlıq edir.
Kafedranın professor –müəllim heyəti 12 nəfər, texniki heyəti isə 2 nəfərdir. Professor –müəllim heyətinin 4 nəfəri dosent, 7 nəfəri baş müəllim və 1 nəfəri isə müəllimdir.
İxtisaslar
Qeyri-ixtisas kafedrasıdır
İctimai elmlər və multikulturalzm kafedrasında tədris olunan fənnlər
Ali təhsilin bakalavriat səviyyəsi üzrə fənlərin siyahısı:
1. Azərbaycan tarixi
2. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
3. Fəlsəfə
4. ARK və hüququn əsasları
5. Turizm hüququ
6. Kommersiya hüququ
7.Nəqliyyat hüququ
8.Turist psixologiyası və davranışı
9.Multikultutralzm
10.Etnoqrafiya
11.Ədəbiyyat və milli-mənəvi kimlik
12. Arxeologiya, mədəniyyət və turizm
13.Dünya və Azərbaycan muzeyləri
14.Ekologiya hüququ
15.Mülki və inzibati hüquq
Ali təhsilin magistratura səviyyəsi üzrə fənlərin siyahısı:
1. Ali məktəb pedaqogikası
2. Psixologiya
3. Azərbaycan multikulturalzmi
Göstərilən fənlərin proqramları Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunub və çap edilmişdir.
Kafedrada tədrisi nəzərdə tutulmuş fənlər üzrə və bu fənlərin tədrisinin kredit sisteminin tələblərinə uyğun aparılması üçün illik iş planı,fənlər üzrə təsdiq edilmiş fənn proqramları, sillabusları, fənlər üzrə müəllimlərin tədris iş planları (forma 3 və 6), müəllimləri açıq dərslərinin qrafiki, müəllimlərin məsləhət saatlarının qrafiki və aparılacaq elmi seminarların qrafiki tərtib edilmiş və təsdiqlənmişdir.
Kafedrada professor- müəllim heyətinin tədris ilində mühazirə mətnlərinin elektron variantları vardır, onlar universitetin kitabxanasına təhvil verilmiş və onlara mütəmadi nəzarət olunur.
İmtahanlara bir ay qalmış test sualları və imtahan biletləri tərtib edilir və kafedra iclasında təsdiq olunur.
Elmi-tədqiqat işləri
Davamlı inkişafın dialektikası
2021-ci il – Davamlı inkişaf fəlsəfəsi: mahiyyəti,ənənəvi yanaşma, yeni meyillər,ziddiyyətlər və həlli yolları.
2022 – ci il - Texnoloji innovasiyaların davamlı inkişafda rolu
2023 - ci il – Bəşəriyyətin alternativi : ümumbəşəri və milli dəyərlərin
nisbəti davamlı inkişaf konteksində
Elmi-tədqiqat işinə dosent H.T.Budaqov rəhbərlik edir və aşağıdakı əməkdaşlar bu işə cəlb olunmuşdur: dosentlər F.Y.Yusifov, S.Ə.Məmmədova, M.İ.Tağıyeva, baş müəllimlər R.A.Hüseynov, Ş.U.Həsənov, Z.R.Novruzova A.R.Tağıyeva, N.M.Əhmədov S.H.Abbasova, M.E.Mustafayeva.
Planlaşdırılmış elmi-tədqiqat işləri nəzəri xarakter daşıyır
Tədris-metodiki təminat
2019- cu il – 1 monoqrafiya,26 məqalə(9-u xaricdə)
4 tezis,6 fənn proqramı
2020 – ci il –9 məqalə (3 respublikada),(6xaricdə) o
cümlədən 2-si impakt jurnalda 4 fənn proqramı
2021 – ci il – 8 məqalə (4 respublikada), (4xaricdə) 4 fənn
proqramı
2022 – ci il -5 məqalə (3 respublikada), (2xaricdə) , 17 tezis
2 fənn proqramı
2023 – cü il -12 məqalə (8 respublikada), (4xaricdə) 10 tezis
6 fənn proqramı
Kafedra əməkdaşlarının inzibati-ictimai fəaliyyəti
Kafedranın əməkdaşları şəhərin və universitetin ictimai işlərində fəal iştirak edirlər, o cümlədən Universitetdə keçirilən ictimai – siyasi tədbirlərdə təşkilatçılıq edirlər.
Kafedranın nəzdində tələbə - müəllim birliyi adı altında “ Kitab oxuyaq” klubu fəaliyyət göstərir və kafedranın baş müəllimləri Z.R.Novruzova və M.E.Mustafayeva rəhbərlik edirlər.
Kafedranın dos.H.T.Budaqov Azərbaycan Texnologiya Universitetinin ağsaqqallar şurasının sədridir
Kafedranın əməkdaşları Yeni Azərbaycan Partiyasının üzvüdür.Onların keçirdiyi bütün tədbirlərdə fəal iştirak edirlər.
Uzun illər kafedra müdiri işləmiş fəlsəfə üzrə alim,professor Abdullayev Oruc İsmayıl oğludur.
Professor-müəllim heyəti
Yusifov Fuad Yusif oğlu
Kafedra müdiri, dosent
Məmmədova Süsənbər Əsəd qızı
Dosent
Budaqov Hüseyn Tağı oğlu
Dosent
Tağıyeva Mehriban İmran qızı
Dosent əvəzi
Əhmədov Nüsrət Məsim oğlu
Baş müəllim
Həsənov Şahmar Umud oğlu
Baş müəllim
Hüseynov Rafiq Alcəfər oğlu
Baş müəllim
Tağıyeva Aidə Rza qızı
Baş müəllim
Zəminə Rəsul qızı Novruzova
Baş müəllim
Abbasova Səlminə Hidayət qızı
Baş müəllim
Mətanət Eldar qızı Mustafayeva
Baş müəllim
Cəfərova Heyran Mehman qızı
Müəllim
Bayramova Lamiyə İlyas qızı
Müəllim