Azərbaycan Texnologiya Universitetinin (ATU) “Dizayn” ixtisası üzrə təhsil alan I kurs tələbələrinin rəsm məşğələsi açıq havada təşkil olunub. Buna səbəb universitetin yaşıl kampusunun füsunkar payız mənzərəsi olub.

Kampusun payız mənzərəsindən ilhamlanan tələbələr təbiətin rəng çalarlarını və ətraf mühiti rəsm işlərində əks etdiriblər.