Azərbaycan Texnologiya Universitetinə magistratura üzrə 120 plan yerinə 80 nəfər qəbul olub. Bu qəbulun 67%-ni təşkil edir. Dövlət sifarişi əsasında qəbul olanların sayı 8-dir. UTECA-nı seçənlər arasında 112 balla ən yüksək göstərici olan G.N.Rzayevadır. O universitetimizdə kompyuter mühəndisliyi ixtisasına daha dərindən yiyələnəcək. Ümumiyyətlə UTECA-ya magistr pilləsinə qəbul göstəricisində ildən-ilə artım müşahidə olunur - 2017-ci ildə 48 nəfər, 2018-ci ildə 60 nəfər, 2019-cu ildə isə 80 nəfər (I tur).
Magistraturaya qəbul olanların qeydiyyat tarixi 27.06.2019 – 10.07.2019 tarixlərində aparılacaq. Qeydiyyat üçün lazım olan sənədlərin siyahısı aşağıdakı kimidir:
✓ Bakalavr diplomu (cari ilin məzunları üçün universiteti bitirmək haqqında arayış)
✓ Şəxsiyyət vəsiqəsinin surəti (2 ədəd)
✓ Hərbi mükəlləfiyyət haqqında sənəd (hərbi bilet, yaxud “İlkin hərbi qeydiyyata alınma haqqında” vəsiqə)
✓ 3 x 4 ölçüdə fotoşəkil (4 ədəd)
✓ Ödənişli təhsilə qəbul olanlar üçün ödəniş qəbzi (Kapital Bank)
✓ Şəxsi kabinetin login, parolu və iş nömrəsi
✓ Qovluq
Ünvan: Ş.İ.Xətai prospekti 103
Əlaqə: 050 246 07 40 Gülnaz Əsgərova (qeydiyyat üçün məsul şəxs)
Boş qalan yerlər üçün II tur ixtisas seçimi 23.07.2019 - 30.07.2019 tarixlərində aparılacaq.
Bütün magistr adı qazananları təbrik edir, onlara təhsilin bu pilləsində uğurlar arzulayırıq!
UTECA komandası Gəncədə keçirilən mini-futbol turnirində qalib olub. Yarışda Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Gəncə Tibb Kolleci və Gəncə Dövlət Regional Kolleci tələbələri öz qüvvələrini sınayıblar. UTECA komandası ilk oyunda GDU tələbələrini 6:2 hesabı ilə məğlub edib. Komandamız final oyununda isə ADAU-nu yenən kollec tələbələri ilə üz-üzə gəlib. Məşqçi Fariz Əliyevin rəhbərliyi altında həlledici qarşılaşmada da inamlı təsir bağışlayan gələcəyin texnoloqları bu dəfə də böyük hesabla qalib gəliblər 5:1.Yarışın sonunda qaliblər təşkilatçılar tərəfindən qiymətli hədiyyələrlə təltif olunub. Qeyd edək ki, mini futbol çempionatı Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşəbbüsü ilə, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil edilən şahmat turniri və stolüstü tennis idmanı üzrə yarışdan sonra keçirilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Gəncənin 2019-cu ilin Avropanın İdman şəhəri seçilməsi ilə bağlı şəhərin ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında təşkil edilən "Gənc qızların Bahar -2019 kuboku" layihəsinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə Gəncəşəhər İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Vəfa Abbasova, Millət Vəkili Pərvin Kərimzadə və Gəncə şəhər Gənclər vəİdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov da iştirak ediblər. Qeyd edək ki, yarışda Azərbaycan Texnologiya Universitetinin badminton və dama üzrə komandaları bütün rəqiblərinə qalib gələrək kuboka sahib olublar.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Gəncə ali təhsil müəssisələri tələbələri arasında keçirilən Spartakiadanın bağlanış mərasimi baş tutub. Fevral ayından start götürən və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan Spartakiada müxtəlif idman növlərini əhatə edib. Gənclər evində baş tutan yekun tədbirində yarışda iştirak edən müəllim və tələbələr mükafatlandırılıblar. Mükafatçılar sırasında Azərbaycan Texnologiya Universitetinin komandaları da var. Uğur qazanan tələbələrimizlə yanaşı məşqçilər Fariz Əliyev və Məhəbbət Kərimova da diplomla təltif olunublar.
Azərbaycan Texnologiya Universitetində (UTECA) 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib. Universitet rəhbərliyi və professor müəllim heyətinin iştirak etdiyi tədbirdə 1993-cü ilin yayında baş verən və Azərbaycanın siyasi tarixinə parlaq dönüş nöqtəsi kimi daxil olan hadisələrə nəzər salınıb.Tədbirigiriş sözü ilə açan UTECA-nın rektoru, professor Akif Süleymanov bildirib ki,tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Çünki Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə möhtəşəm siyasi hadisə kimi daxil olub. Rektor qeyd edib ki, 1993-cü ilin yayında xalqın xahiş və tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə ölkədə yaranmış siyasi böhranın həllinə, hərtərəfli inkişafın vüsət almasına imkan yarandı. 1993-cü ildə "olum, ya ölüm" ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. Daha sonraçıxış edənlər də vurğulayıb ki, məhz qeyd edilən tarixi reallığa əsasən 15 iyun müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş günü kimi daxil olub. 1997-ci ilin 27 iyununda xalqın arzusu və Milli Məclisinin qərarı ilə 15 iyun Azərbaycanda Qurtuluş günü kimi rəsmiləşdirildi. Çünki məhz Azərbaycanın azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi həmin tarixi məqamda Heydər Əliyev ölkə rəhbərliyinə qayıtmaqla milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etdi, qurtuluşumuzun təməlini atdı. Həmin vaxtdan bu günə qədər Azərbaycan xalqı 15 iyun gününü əziz bayram kimi qeyd edir, bu tarixi dövlətimizin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir. Ötən illərdə ümummilli liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan edib, Azərbaycan məhvolmaq təhlükəsindən qurtularaq gələcəyə inamla baxan güclü bir dövlətə çevrilib. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev ümummilli liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır.
Azərbaycan Texnologiya Universitetində kafedraların yekun hesabatı dinlənilib. Tədris şöbəsinin müdiri Piri Axundov kafedraların ayrı-ayrılıqda verilən hesabatı barədə danışıb. O, açıq dərsləri təşkili, video dərslərin internet resurslarında yerləşdirilməsi, sillabusların, fənn proqramlarının yenilənmə vəziyyəti, laboratoriya şəraiti və s. dair məsələlərin mövcud vəziyyətini, eləcədə çatışmazlıqları qeyd edib. Universitetin 2018/2019-cu il üzrə elmipotensialının hesabatını Elm şöbəsinin müdiri Qalibə Məmmədova təqdim edib. Təqdimatelmi tədqiqat fəaliyyətləri, elmi nəşrlər, elmi metodiki işlər, elmi tədbirlərvə elmi potensialın davamllığı olmaqla 5 kriteriya üzrə xarakterizə olunub.Birinci yeri elmi nəşrlər və elmi potensialın davamlılığı göstəricisi üzrə Qidamühəndisliyi və ekspertiza kafedrası tutub. İkinci yeri Maşın mühəndisliyi vəlogistika kafedrası (elmi nəşrlər, elmi metodiki işlər üzrə) ilə Ekologiya mühəndisliyivə turizm kafedrası (elmi tədbirlər, elmi potensialın davamlılığı) bölüşüb. Təqdimatda bildirilib ki, universitet əməkdaşları tərəfindən 453 elmi məqalə çap edilib. 13 məqalə isə “Thomson Reuters”in impakt faktorlu jurnallarında yer alıb. Bundan əlavə universitet əməkdaşları tərəfindən xarici universitetlərdən olan alimlərlə, ölkənin aparıcı müəssisələri ilə birgə elmi tədqiqat işləri aparılıb. Hazırda 32 müəssisə ilə əməkdaşlıq davam edir. Universitetin rektoru, professor Akif Süleymanov hesabat və təklifləri dinlədikdən sonra çatışmazlıqların aradan qaldırılmasına dair məsləhət və göstərişlər verib. Sonda rektor universitetdə atılan hər bir uğurlu addımın arxasında bütün əməkdaşların böyük dəstəyi və rolu olduğunu, bu tədrisilinin də Azərbaycan Texnologiya Universiteti üçün yüksək göstəricilərlə yaddaqalacağını, qarşıya qoyulacan bütün strateji hədəflərə bundan sonra da nail olunacağına əminliyini ifadə edib.