Elanlar
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

2021-ci il 15 dekabrda türkiyəli mütəxəssisin seminarı keçiriləcək

Azərbaycan Texnologiya Universitetində 2021-ci il 15 dekabr, saat 12:00-da Türkiyənin Uşak Universitetinin dosenti Ercan Özenin seminarı təşkil olunacaq.Mühazirə mövzusu “Türkiyədə pensiya sistemi”dir.Onlayn seminara qoşulma linki:https://us02web.zoom.us/j/2649919656... 690 dəfə oxunub

Türkiyəli mütəxəssisin seminarı keçiriləcək

Türkiyə və Azərbaycanda müstəqil auditin statusu və müqayisəsi - Türkiyənin Adıyaman Universitetinin dosenti Burcu Doğan 2 dekabr, 11:00-da UTECA-dan olan dinləyicilərinə bu mövzudan bəhs edəcək.Onlayn seminara qoşulma linki:https://us02web.zoom.us/j/2649919656... 698 dəfə oxunub

Ukraynalı mütəxəssisin seminarı keçiriləcək

Azərbaycan Texnologiya Universitetində (UTECA) 24 noyabr, saat 12:00-da Ukraynanın Sumı Milli Aqrar Universitetinin dosenti Marina Savçenkonun seminarı keçiriləcək. Rus dilində təşkil olunacaq mühazirə Qida sənayesində innovativ mühəndislik mövzusuna həsr edilib. Onlayn seminara qoşulma linki:https://us02web.zoom.us/j/2649919656... 684 dəfə oxunub


Müəllimlər üçün Avropada təqaüdlü mübadilə imkanı

Müəllimlər üçün Avropada təqaüdlü mübadilə imkanıAzərbaycan Texnologiya Universiteti Polşa, İspaniya və Rumıniyanın bir neçə universiteti ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir. Əməkdaşlıq çərçivəsində UTECA-nın müəllimləri üçün bir həftəlik tam təqaüdlü qrant ayrılıb. Proqramdan yararlanacaq müəllimlərin bütün xərcləri proqram tərəfindən ödəniləcək.Müəllimlərin seçimi aşağıdakı meyarlar əsasında aparılacaq:✓ Müvafiq sahə üzrə pedaqoji staj✓ İngilis dilində sərbəst ünsiyyət bacarığıMüsahibədə iştirak etmək istəyən müəllimlər 10 dekabr 2021-ci il tarixinədək Elm və xarici əlaqələr mərkəzi ilə (Tel: 022 257 35 78; Mob: 070 503 12 99) əlaqə saxlayıb qeydiyyatdan keçməlidirlər. 656 dəfə oxunub

Türkiyəli mütəxəssisin seminarı təşkil olunacaq

Azərbaycan Texnologiya Universitetində 23 noyabr, 2021-ci il tarixdə saat 15:00-da Türkiyənin İnönü Universitetinin dosenti Nurhayat Özdemirin seminarı təşkil olunacaq.Mühazirə mövzusu qida analizlərində istifadə olunan cihazlara həsr edilib.Onlayn seminara qoşulma linki: https://us02web.zoom.us/j/2649919656... 679 dəfə oxunub

Gənc tədqiqatçıların nəzərinə!

Gənc tədqiqatçıların nəzərinə!2021-ci il 11 noyabr tarixində saat 10:00-da Azərbaycan Texnologiya Universitetinin gənc tədqiqatçıları üçün "İnternet resurslarında ədəbiyyatla iş" mövzusunda seminar təşkil olunacaq.Universitetimizin bakalavr, magistr, doktorant, eləcə də gənc əməkdaşları qarşısında təlimçi qismində ABŞ-ın Vayominq Universitetinin tədqiqatçısı Ayxan Yusifov çıxış edəcək.Gənc tədqiqatçılarımız seminara aşağıdakı link vasitəsilə qoşula bilərlər:https://us02web.zoom.us/j/2649919656... 636 dəfə oxunub