Azərbaycan Texnologiya Universitetində (ATU) fakültələrarası futzal birinciliyinə yekun vurulub.

Yarışın açılış mərasimi 5 noyabr tarixində keçirilib. Təntənəli açılışdan sonra simvolik olaraq rektor Yaşar Ömərovun ilk zərbəsi ilə oyunlara start verilib.

Birincilikdə beş fakültənin və əcnəbi tələbələrin komandaları olmaqla, ümumilikdə altı komanda mübarizə aparıb. 

Final oyununda Qida mühəndisliyi fakültəsinin komandası İqtisadiyyat və idarəetmə fakültəsinin komandası ilə üz-üzə gəlib. Penalti zərbələri seriyasında 5:4 hesabı ilə qalib gələn Qida mühəndisliyi fakültəsinin komandası birinci, İqtisadiyyat və idarəetmə fakültəsinin komandası isə ikinci yeri tutub.

Üçüncü yer uğrunda görüşdə Turizm fakültəsinin komandası Rəqəmsal texnologiyalar fakültəsinin komandası ilə qarşılaşıb. Penalti zərbələri seriyasında 5:4 hesabı ilə qalib gələn Turizm fakültəsinin komandası üçüncü yeri tutub.

 Yarışın sonunda qalib və mükafatçılar rektor tərəfindən kubok və fəxri fərmanlarla təltif olunublar.