Azərbaycan Texnologiya Universitetində beynəlxalq konfransın İnformasiya texnologiyaları və kompyuter mühəndisliyi bölməsində 10-dan artıq məruzə dinlənilib. Sakit Verdiyevin sədrliyi, Rövşən Hacıyevin həmsədrliyi ilə keçirilən panel iclasın ilk günündə İ.İsmayılovun “Elektrofotoqrafik təbəqələrin formalaşmasında elektrizatorun rolu”, S.Babayevanın “Azərbaycan kənd təsərrüfatı sahəsində elektron xidmətlərin inkişafı”, Ç.Həsənovanın “Qlükoza ilə vendaxili qidalanma”, R.Əsgərovanın “PbTe və PbSe lentlərin fotoelektrik xassələrinə işıqlandırmanın təsiri, Ar+ və Ga+ ionları ilə implantasiya edilmiş”, P.Vəliyevin “Kompyuter qrafikasının təsvirlərinin modelləşdirilməsinin alqoritmlərinin proqramlaşdırılması texnologiyası”, növbəti günündə isə R.Əsəgrovanın “Aristotel məntiqi ilə Lütfi Zadənin Qeyri-səlis məntiq nəzəriyyəsinin müqayisəsi haqda”, R.Əsgərovanın “Ellipsin parametrik tənliyinin çıxarılışı və onun həndəsi şərhi”, T.Ələkbərovanın “Rəqəmsallaşan dünyada Sənaye 4.0.”, P.Abbasovanın “Sessiyanın oğurlanması (Session hacking) hücumu və bu hücumdan qorunma yollarının analizi”, N.Əsgərlinin “Natanson lemmasının ümumiləşməsi” adlı məruzələri dinlənilib.Azərbaycan və rus dillərində dinlənilən məruzələr konfrans iştirakçılarının marağına səbəb olub. Çıxışçılara suallar verilib, mövzular ətrafında fikir mübadiləsi aparılıb. Məruzələrin tezislərinin konfransın məcmuəsində dərc edilməsi tövsiyə edilib.Qeyd edək ki, (UTECA) 5-6 may tarixlərində keçirilən, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş “Tekstil və yüngül sənayedə dizayn, texnologiya və innovasiya” adlı beynəlxalq elmi-praktik konfransın panel iclasları 8 istiqamət üzrə aparılıb.
Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi fakülltəsində ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş "Hərəmiz bir gül əkək" adlı aksiya keçirilib.Yaşıllaşdırma marafonu fakültə könüllülərinin təşkilatçılığı ilə baş tutub.Tədbirdə rektorun elm və innovasiyalar üzrə müşaviri dos. Mayıs Gülalıyev, tədris və sənaye əlaqələri üzrə müşaviri dos.Aqil Eyvazov, Gəncə şəhər Gənclər Evinin direktoru Amil Qurbanov, Qida mühəndisliyi fakültəsinin dekanı dos.Mehman İsmayılov, professor Əhəd Nəbiyev və başqaları çıxış edib.Bildirilib ki, Azərbaycan Texnologiya Universitetinin əsası 1979-cu ildə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Həmin vaxt baza ixtisası şərabçılıq və yüngül sənaye olan universitet öz ənənəsinə sadiq qalaraq bu gün də qida mühəndisləri, texnoloqları yetişdirir.Qeyd edilib ki, Azərbaycan Texnologiya Universitetinin rektoru professor Akif Süleymanov özü də Heydər Əliyevin vaxtilə təhsil almaq üçün xaricə göndərdiyi gənclərdən olub və o bu gün ulu öndərin əsasını qoyduğu universitetdə missiyasını, dövlətə, vətənə və xalqa xidmətini davam etdirir. Çıxış edənlər tələbələrə dövlətin onlar üçün yaratdığı şəraitdən faydalanaraq elmin sirlərinə yiyələnməyi, daim öz üzərlərində çalışmağı, yüksək səviyyəli kadr kimi yetişərək qida sektorunda nailiyyətlərə və yeniliklərə imza atmağı arzulayıblar.Tələbələrin ifasında əyləncə proqramı izlənildikdən sonra yaşıllaşdırma marafonuna start verilib. Tədbir iştirakçıları, eləcə də Qida mühəndisliyi fakültəsinin hər tələbəsi və əməkdaşı universitetin həyətinə müxtəlif növ gül fidanları basırıblar. Sonda fakültə könüllüləri təşəkkürnamə ilə təltif ediliblər.
Azərbaycan Texnologiya Universitetinin (UTECA) rektoru professor Akif Süleymanov “Azəralüminium” MMC-nin direktoru Maksim Cavadovu və “Azəralüminium” MMC-nin Gəncə Kompleksinin direktoru Cəmil Səfərovu “Tələbənin dostu” fəxri adı ilə təltif edib. Qeyd edək ki, Azərbaycan Texnologiya Universiteti ilə “Azəralüminium” uğurlu universitet-sənaye əlaqələri icra edir. Belə ki, əsası 2016-cı ildən qoyulan əlaqələr nəticəsində “Azəralüminium”un sifarişi ilə 4 elmi tədqiqat işi aparılıb.“Azəralüminium” zavodunda UTECA-nın Kimya və metallurgiya mühəndisliyi kafedrasının filialı yaradılıb ki, bu da həftənin iki günü metallurgiya mühəndisliyi ixtisası üzrə ixtisas fənlərinin tələbələrə filialda tədrisinə imkan verib. Bununla da UTECA tələbələri müəssisənin zəngin laboratoriyalarından istifadə edir, istehsalın texnoloji keçidlərini əyani şəkildə görür, gələcəkdə qarşılaşa biləcəkləri problemlərlə indidən əyani şəkildə tanış olmaqla yüksək səviyyəli kadr kimi yetişirlər.Bundan başqa UTECA tələbələri “Azəralüminium”da elmi seminarlarla çıxış ediblər. İxtisasın tədris planının seçmə fənlər bloku isə müəssisənin təklifləri nəzərə alınaraq formalaşdırılıb.“Azəralüminium” ixtisasın maddi-texniki bazasına da əhəmiyyətli dərəcədə kömək edir. Bu ilin mayında Bakıda keçiriləcək “TEKNOFEST”də iştirak edəcək UTECA tələbələri “Robotlaşdırılmış minaaxtaran və zərərsizləşdirən” layihəsi çərçivəsində mobil robotu məhz bu tərəfdaş müəssisənin köməyi ilə hazırlayırlar.Rektor bütün bunları və universitetin tələbə cəmiyyətlərinin təklifini nəzərə alaraq “Azəralüminium”un rəhbər şəxslərini “Tələbənin dostu” fəxri adı ilə təltif edib.
Azərbaycan Texnologiya Universitetinin (UTECA) tələbələri Ramazan bayramı münasibətilə Gəncə şəhər Körpələr Evini ziyarət edib. Körpələr Evinin sakinləri ilə keçirilən görüş UTECA Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə baş tutub. Ziyarət zamanı bütün uşaqlara və yeniyetmələrə hədiyyələr verilib. Əlaçı məktəblilərə isə xüsusi hədiyyələr təqdim edilib. Ziyarətin sonunda UTECA tələbələri ilə uşaq evinin sakinləri əyləncəli və yaddaqalan zaman keçirib.
30 ilə yaxın idi ki, Azərbaycan xalqının ən böyük arzusu, istəyi, amalı, məqsədi yalnız bir idi – işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək! Bu arzumuzu hər fürsətdə dilə gətirmişik. Şuşada keçirilən V qurultay arzularımızın yerinə yetdiyi bir məqam oldu. Bizi bir-birimizə birləşdirən, dünya miqyasında nüfuzumuzu artıran, xalqını, hər bir qarış torpağını qorumağı bacaran, qırılmaz tellərlə bizi bizə birləşdirən ölkə başçımızın uzaqgörən siyasəti nəticəsində bu gün tarixdə böyük hərflərlə yazılan izlər qoyduq. Bu günlər hamımız bir tarix yazdıq. Azərbaycan xalqının birliyinin təmin olunmasının ən böyük mənası elə dünya çapında məkrli düşmənə qarşı effektli, koordinasiyalı mübarizənin təşkili, zaman-zaman itirdiyimiz torpaqlarımıza qayıdışımıza nail olmaq idi. Sözsüz ki, böyük qələbənin aparıcı qüvvəsi Azərbaycan dövləti, şanlı ordumuz, qəhrəman əsgərimizdir. Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti, beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və heç vaxt işğalla barışmaq fikrində deyilik. Beynəlxalq təşkilatlar isə Ermənistanın işğalçılıq siyasətini pərdələmək və Azərbaycanı bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Azərbaycan yalnız mənfur, aciz bir düşmənlə müharibə aparmayıb, eyni zamanda, Ermənistanın himayədarları ilə də mübarizə aparmalı olub və bu müharibədə Qələbə qazanıb. Ona görə də, bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Milyonlarla xaricdə yaşayan azərbaycanlılar öz çıxışlarında, şərhlərində, sosial şəbəkələrdə və digər imkanlardan istifadə edərək, Azərbaycanın haqq səsini, haqq işini yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırırdılar. Bu yöndə fəaliyyəti davam etdirmək lazımdır, çünki ermənilərin informasiya təxribatları hələ də davam edir. Müharibə başa çatsa da, bizə qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb. Amma artıq heç kəsə sirr deyil və bütün dünya da bilir ki, ermənilər XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan torpaqlarına köçürülmüşlər. 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi tarixi faktdır. Ondan iki il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermənistana bağışlaması da sənədlərlə təsdiq olunan faktdır. Tarixi amillər həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün çox vacibdir. XIX əsrdə imzalanmış Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrinin müddəalarını beynəlxalq ictimaiyyətə çatdırmaq kifayətdir. Orada erməni əhalisindən söhbət getmir. Kürəkçay müqaviləsini İbrahimxəlil xan Şuşalı və Qarabağlı imzalayıb. XIX əsrin bu tarixi hadisələrindən sonra Qarabağa ermənilərin kütləvi köçü başlamışdır. Bu da heç kimə sirr deyil və artıq dünya ictimaiyyəti, ekspertlər bunu bilir. Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında daim beynəlxalq ictimaiyyəti məlumatlandırmalıyıq.
Leyla Hüseynova
Azərbaycan Texnologiya Universitetinin assistenti
Ölkə başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən torpaqlarda abadlıq və quruculuq işləri aparılır, tarixi abidələr bərpa edilir. Azad edilmiş torpaqları ziyarət etmək, erməni vəhşiliyinin izlərini görmək üçün Azərbaycan Texnologiya Universitetinin rektoru professor Akif Süleymanovun təşəbbüsü ilə universitetin bir qup əməkdaş və tələbə heyəti Ağdam şəhərinə səfər edib.2022-ci ilin 26 aprel tarixində baş tutan səfər çərçivəsində kollektiv işğaldan azad olunan Ağdam şəhərində və ətraf ərazilərdə olublar. Universitetin tədris işləri üzrə prorektoru vəzifəsini icra edən Yaşar Ömərovun rəhbərliyi ilə həyata keçirilən səfərdə struktur bölmə rəhbərləri, müəllimlər və tələbələr, o cümlədən TGT və TEC nümayəndələri iştirak edib.Səfər çərçivəsində universitet heyəti Ağdamın İmarət saray kompleksini, Ağdamın birinci şəhidlər xiyabanını, Ağdamın Cümə məscidini və Şahbulaq qalasını ziyarət edib.