Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun Sərəncamı ilə Tağıyev Adil Arif oğlu Gəncə Şəhər İcra Hakimiyyəti başçının müavini - Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Adil Tağıyev Azərbaycan Texnologiya Universitetinin Təsərrüfat işləri üzrə prorektoru vəzifəsində çalışıb. Adil müəllimi UTECA kollektivi adından təbrik edirik!
UTECA-nın elmi jurnalları AAK-ın 2021-ci il siyahısında Azərbaycan Texnologiya Universitetinin (UTECA) iki elmi jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə olunan dövri elmi nəşrlərin yeni siyahısına daxil edilib. UTECA-nın “Elmi xəbərlər” məcmuəsi AAK tərəfindən “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması üçün tövsiyyə edilən dövri elmi nəşrlərin siyahısı”nda texnika, biologiya, aqrar elmlər olmaqla 3 istiqamət üzrə yer alıb. AAK-ın 2021-ci il üzrə yenilənmiş siyahısında UTECA-nın “İnnovasiyalı iqtisadiyyat və menecment” jurnalı isə iqtisad elmləri üzrə əks olunub.
UTECA-da Nizami Gəncəvinin şəklinin əks olunduğu mozaik panno bərpa edilib. Qida mühəndisliyi fakültəsinə aid korpusun fasadında əks olunan mozaik panno 30 il əvvəl həkk edilib. Pannonun önündəki şam ağacları universitetin həyətində başqa əraziyə köçürülüb, yerində isə dekorativ yaşıllıq olacaq. Freskanın üzərindən tökülən daşlar yenisilə əvəz edilib. 2021-ci ilin Nizami ili olduğunu tarixdə yaşatmaq, gələcək nəsillərə ötürmək üçün mozaika ilə 880 yazısı qeyd edilib. Dahi filosof Nizami Gəncəvi pannosunun eskizi mərhum rəssam Tahir Abbasova məxsusdur. Memari isə Tahir Məmmədovdur. Sənət əsərinin ərsəyə gəlməsində Texnologiya Universitetinin mərhum dosenti, Gəncədə Rəssamlar İttifaqının keçmiş rəhbəri Qalib Bağırovun da əməyi olub. Pannonun hazırlanmasında istifadə olunan materiallar o dövrdə Qalib Bağırovun həm də baş rəssam kimi çalışdığı Gəncə Farfor Zavodunda hazırlanıb. Tarixi çox qədimə dayanan mozaika sənətindən ibarət əl işi 2,5 aya ərsəyə gəlib. Hündürlüyü 7 metrdən çox, eni isə 5 metrdən artıqdır.
Bu gün saat 14:00-da "Yuxarı siniflər və universitetlərdə ənənəvi tədrisin qismən bərpası" mövzusunda Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsi üzərindən canlı yayım olacaq.
“Bayraktar” PUA-nın yaradıcısı Selcuk Bayraktar azərbaycanlı gənclərə müraciət edib: “Müraciət üçün fevralın 28-dək vaxt var. Azərbaycanlı gənc qardaşlarımız tələssinlər, tez bir zamanda komandalarını qurub 35 müxtəlif sahədə yarışlara qoşulsunlar. Onları “Texnofest-2021”də qonaq etmək istəyirik”.
Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi görüşdə UTECA-nın əməkdaşı iştirak edib. 28 yanvar tarixində Dövlət Məşğulluq Agentliyi ilə Ali təhsil müəssisələrinin Karyera Mərkəzlərinin rəhbərləri arasında onlayn görüş keçirilib. Görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, sədr müavini Cəmaləddin Quliyev və sədr köməkçisi Kamil Bayramlı, eyni zamanda, Agentliyin Peşə hazırlığı və peşəyönümü departamentinin müdiri Fuad Mehdizadə ilə İnsan resursları departamentinin müdiri Emil Hüseynov, Peşəyönümü şöbəsinin müdiri Toğrul Ələkbərov, eləcə də 25 Ali təhsil müəssisəsinin Karyera Mərkəzlərinin rəhbər və əməkdaşları iştirak ediblər. Görüşdə iştirak edən universitetlərin Karyera Mərkəzlərinin nümayəndələri də öz növbəsində təmsil etdikləri təhsil müəssislələrində Karyera Mərkəzlərinin və Karyera Şurasının faəliyyətində diqqət ayrılmasını istədikləri mövzular barədə məlumat veriblər. Sonda gələcəkdə bu tip müzakirələrin keçirilməsinin vacibliyi vurğulanıb və növbəti görüşlərdə yaradılması planlaşdırılan Şuranın fəaliyyətinin daha detallı müzakirə edilməsi qərara alınıb.