Universitet kollektivi əvvəlcə Gəncədə yerləşən 20 Yanvar Şəhidləri abidəsini, daha sonra ATU şəhidlərinin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, torpaqlarımızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhlarına dualar oxuyublar.
Sonra tədbir universitetdə davam edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra respublikamızın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca 20 yanvar hadisələrinə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbirdə giriş sözü ilə Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e dos Yaşar Ömərov çıxış edib. 20 yanvar hadisələrinə siyasi və hüquqi qiymətin məhz Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyindən, Azərbaycan xalqının keşməkeşli tarixinin səhifələrindən bəhs edib. Qanlı yanvar gününün hər il böyük hüznlə yad edildiyini bildirərək bütün şəhidlərimizə rəhmət diləyib.
Daha sonra anım tədbirinin xüsusi qonağı Şamaxı Dövlət Regional Kollecinin direktoru dos. İlham Vəliyev çıxış edib, qan yaddaşımızdan, 20 Yanvar şəhidlərinin qəhrəmanlığından danışıb.
Tədbirdə universitet əməkdaşları - tarix üzrə fəlsəfə doktoru İlham Əlizadə, Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının müdiri Tofiq Mirzəyev, İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi Zəminə Novruzova çıxış edib, tarixin xronologiyasına nəzər salınıb, faciəvi günün acı xatirələrindən bəhs edilib.
Sonda Azərbaycan Texnologiya Universitetinin tələbəsi Turanə Bədəlovanın 20 Yanvara həsr edilmiş şeiri dinlənilib.