UTECA tələbələrinin Rosol layihəsi “TEKNOFEST Azərbaycan” festivalı ziyarətçilərinin marağına səbəb olub Azərbaycan Texnologiya Universiteti (UTECA) tələbələrinin Rosol (Robot solider) layihəsi TEKNOFEST Azərbaycan festivalı ziyarətçilərinin marağına səbəb olub. Startap məhsulu hazırda istifadədə olan minaaxtaran avadanlıqlardan daha sərfəli, ən əsası insan amilini sıfıra endirən və asan ərsəyə gələn coxfunksiyalı minaaxtaran və zərərsizləşdirən robotdur. Komandanın kapitanı Yusif Məmmədov: "Robotumuz xalqımıza və ordumuza xidmət edəcək və minalanmış əraziləri özəl operatorlarla birlikdə kəşf edib, müəyyən etdiyi yerin kordinatlarını yollayacaq, hətta lazım gəldikdə tapılmış minanı yerindəcə uzaqdan zərərsizləşdirə biləcək. Hətta minanı götürüb başqa əraziyə də daşımaq qalibillətinə malikdir. Layihəmiz minalı ərazilərdə insan yaralanmaları və ölümlərinin sıfıra endirilməsini hədəfə alan bir layihədir. Burda robot insana nisbətən daha dəqiq işləyəcəyi üçün peosesləri sürətləndirir və xəta payını sıfıra enir". Qeyd edək ki, müsabiqə layihələrinin sərgiləndiyi zalda Qərb bölgəsində yerləşən universitetlərdən yalnız Azərbaycan Texnologiya Universitetinin tələbələri stendlə çıxış edir. Universitetin Rosol komandası Robotexnika müsabiqəsində ilk onluqdadır.
Azərbaycan Texnologiya Universiteti (UTECA) və Gəncə Şəhər Gənclər Evinin təşkilatçılığı ilə 28 May Müstəqillik Gününə həsr olunmuş intellektual oyun keçirilib.Bilik yarışında ümumilikdə 10 komanda iştirak edib. Zəka oyununun sonunda Dəmir Yumruq komandası 1-ci yeri tutub.Yarış iştirakçıları diplom və serfikatlarla təltif olunublar.
Tədbirdə Universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak edib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Ölkəmizin azadlığı uğrunda mübarizə aparmış qəhrəmanlarımızın, canını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan UTECA-nın rektoru, professor Akif Süleymanov bildirib ki, bu il mayın 28-də 104 yaşı tamam olan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirib. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Ölkəmizdə aparılan uğurlu daxili və xarici siyasət, Qarabağ zəfəri bir daha sübut etdi ki, Azərbaycan xalqı əzimlidir, Azərbaycan dövləti yenilməzdir. Bu bütöv müstəqil Azərbaycanın daha da möhkəmləndiyinin əyani sübutudur. Müstəqillik gününə həsr edilmiş videoçarx nümayiş etdirilib. Daha sonra tədbirdə iştirak edənlərin çıxışları dinlənilib. 1918-ci il mayın 28-də yaranan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, həmin dövrün görkəmli şəxsiyyətlərinin fəaliyyətindən danışıblar.Tədbirin sonunda Məhəmməd Əmin Rəsulzadənin 1953-cü il mayın 28-də Amerikanın səsi radiosuna müsahibəsi zamanı Azərbaycan xalqına etdiyi müraciəti səsləndirilib.
Azərbaycan Texnologiya Universitetində (UTECA) 5-6 may tarixlərində keçirilmiş, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunan “Tekstil və yüngül sənayedə dizayn, texnologiya və innovasiya” adlı beynəlxalq konfransın iştirakçılarına sertifikatlar verilib. Rektor professor Akif Süleymanov təltif olunma tədbirində bildirib ki, konfransda ən maraqlı tezislə çıxış edən hər bölmə üzrə üç məruzəçi sertifikata layiq görülüb. Rektor tədqiqatçıları uğurları münasibətilə təbrik edərək fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzu edib. Daha sonra sertifikatlar sahiblərinə təqdim edilib. Xatırladaq ki, 12 ölkənin elm adamlarının iştirak etdiyi beynəlxalq konfransın panel bölmələri 8 istiqamət üzrə təşkil edilib. Konfransın məcmuələr toplusuna 30-dan çoxu xarici ölkələrdən olan 150-dən artıq tezis daxil edilib.
UTECA-nın Turizm sənayesinin təşkili və ekologiya kafedrasının əməkdaşları Göygöl Milli Parkına səfər ediblər Azərbaycan Texnologiya Universitetinin (UTECA) Turizm sənayesinin təşkili və ekologiya kafedrasının əməkdaşları, Qida Mühəndisliyi fakültəsinin elmi işlər üzrə dekan müavini Qasımova Afət, ekologiya, ekologiya mühəndisliyi, eləcə də turizm və otelçilik ixtisaslarında təhsil alan tələbələr Göygöl Milli Parkına səfər ediblər. Ekspedisiyanın məqsədi biomüxtəlifliyin qorunması üçün Azərbaycan Respublika sı Qırmızı kitabına daxil olan növ müxtəlifliyinin tədqiq edilməsi və ekoloji turizmin yeni inkişaf istiqamətlərinin araşdırılması olub. Səfər zamanı kafedranın bir qrup əməkdaşı və tələbələri Göygöl Milli Parkının direktor müavini Fuad Quliyev və baş elmi işçi Zaur Məmmədovla görüşdə olublar. Fuad Quliyev çıxış edərək görüşün məhz bugünə - ekoloqların peşə bayramına təsadüf etməsini xüsusi günü daha da əlamətdar etdiyini bildirib, ölkədə ekoloji problemlərin həlli istiqamətində görülən işlərdən, dövlətin bu sahəyə göstərdiyi qayğıdan, qəbul olunan dövlət proqramlarından, ekologiyanın əhəmiyyətli rolundan danışıb. Qeyd edib ki elmi tədqiqat məqsədilə təşkil olunmuş ekspedisiyalar tələbələr üçün olduqca vacib, onların ixtisaslı kadr kimi yetişməsində böyük əhəmiyyətə malikdir. F.Quliyev bu qəbildən təşkil olunan səfərlərə görə universitet rəhbərliyinə təşəkkür ünvanlayıb. Daha sonra F.Quliyevin müşayiəti ilə çətin keçilən relyefə malik Qaragöl marşrut xətti üzrə hərəkət təşkil olunub. Ekspedisiya çərçivəsində Göygöl Milli Parkında kafedranın professoru Elşad Məmmədovun elmi-praktik seminarı keçirilib. Seminarın sonunda Göygöl Milli Parkının əməkdaşları tələbələri maraqlandıran sualları cavablandırıblar. Eyni zamanda Göygöl Milli Parkı ilə kafedranın qarşılıqlı əməkdaşlıq əlaqələri nəzərdən keçirilib.
UTECA-nın Rosol komandası TEKNOFEST Azərbaycan festivalının #Robotexnika müsabiqəsində ilk onluqda yer alıb. Azərbaycan Texnologiya Universitetinin tələbələri finalda iştirak edən 16 komanda arasında 8-ci yeri tutub.74,67 balla adını qaliblər sırasına yazdıran Rosol komandası minaaxtaran və zərərsizləşdirən robot layihəsi ilə 26-29 may tarixlərində baş tutacaq böyükmiqyaslı TEKNOFEST Azərbaycan festivalında iştirak edəcək.