Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru v.m.i.e., Elmi Şura sədri dos. Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
Elmi Tədqiqat Mərkəzinin direktoru Qalibə Məmmədova Universitetdə keçiriləcək konfranslar barədə çıxış edib.
Daha sonra İqtisadiyyat kafedrasının müdiri Məmməd Urkayevin və Mühasibat uçotu və iqtisadi təhlil şöbəsinin müdiri İradə Zeynalabdinzadənin hesabatları dinlənilib.
Təsdiq olunması üçün tədris işləri üzrə prorektor, Tədris Metodiki Şuranın sədri Raqif Hüseynov Tədris metodiki vəsaitlərin siyahısını, Magistratura və doktorantura şöbəsinin müdiri Ulduz Babayeva isə doktorantların mövzu və rəhbərlərinin siyahısını təqdim edib.
İclas çərçivəsində Avtomatika Telekommunikasiya və İnformatika fakültəsinin dekanı Rövşən Hacıyev, Qida mühəndisliyi və ekspertiza kafedrasının əməkdaşları Müşfiq Xəlilov və Simuzər Fərəcova yubileyləri münasibətilə təltif ediliblər.

Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru v.m.i.e., elmi şura sədri dos. Yaşar Ömərov yetərsayı nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb. 

İclasda tədris işləri üzrə prorektor Raqif Hüseynov yaz imtahan sessiyasına hazırlığın vəziyyəti, universitetin strukturunun optimallaşdırılması və yeni struktur bölmələrinin yaradılması ilə bağlı komissiyanın hesabatına dair çıxış edib. 

Daha sonra Xarici dillər kafedrasının müdiri İlhamə Rəhimovanın, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri  v.m.i.e. Ramidə Xəlilovanın hesabatı dinlənilib.

İclas çərçivəsində İnsan resursları şöbəsinin müdiri İlham Əlizadənin şura üzvlərinin müzakirəsinə təqdim etdiyi ştat cədvəlində dəyişiklik və s. kimi məsələlərə baxılıb, tədris metodiki vəsaitlər təsdiq edilib, Kimya mühəndisliyi kafedrasının müdiri Musa Cəfərov, əməkdaşı Rəna Axundzadə 75 illik yübileyləri münasibətilə təltif ediliblər.

UTECA Avropada təmsil olunub

Polşada Erasmus+ layihəsi çərçivəsində Beynəlxalq təlim həftəsi təşkil olunub. 28 ölkədən 56 nümayəndənin iştirak etdiyi təlimdə Azərbaycan Texnologiya Universitetini Elm və Xarici Əlaqələr Mərkəzinin mütəxəssisi İlahə Qurbanova təmsil edib. Təlimlər Polşanın Bialistok Texnologiya Universitetində baş tutub. UTECA sözügedən universitetlə Avropa Birliyi tərəfindən maliyyələşən Erasmus+ layihəsi çərçivəsində uzun müddətdir əməkdaşlıq edir. 1 həftə davam edən təlimlərdə universitetlər arası mövcud və perspektiv əməkdaşlıqlara dair məhsuldar müzakirələr aparılıb. Müxtəlif ölkələrin təhsil sistemləri, tələbə və müəllim mübadiləsi, birgə yay məktəbləri və ikili proqramların həyata keçirilməsi gündəlikdə duran əsas məsələlərdən olub. Geniş fikir mübadiləsi yeni bilik və təcrübələr qazandırıb. Təlim müddətində mədəniyyət günü keçirilib. İştirakçılar onlara ayrılan guşələrdə mənsub olduqları ölkə və universitetlərə aid materiallar nümayiş etdiriblər, maraqlı təqdimatlarla çıxış ediblər. Tədbirin sonunda iştirakçılara sertifikatlar verilib. 


Milli-mənəvi dəyərlər UTECA gənclərinin gözü ilə

Polşada Erasmus+ layihəsi çərçivəsində Beynəlxalq təlim həftəsi təşkil olunub. 28 ölkədən 56 nümayəndənin iştirak etdiyi təlimdə Azərbaycan Texnologiya Universitetini Elm və Xarici Əlaqələr Mərkəzinin mütəxəssisi İlahə Qurbanova təmsil edib. Təlimlər Polşanın Bialistok Texnologiya Universitetində baş tutub. UTECA sözügedən universitetlə Avropa Birliyi tərəfindən maliyyələşən Erasmus+ layihəsi çərçivəsində uzun müddətdir əməkdaşlıq edir. 1 həftə davam edən təlimlərdə universitetlər arası mövcud və perspektiv əməkdaşlıqlara dair məhsuldar müzakirələr aparılıb. Müxtəlif ölkələrin təhsil sistemləri, tələbə və müəllim mübadiləsi, birgə yay məktəbləri və ikili proqramların həyata keçirilməsi gündəlikdə duran əsas məsələlərdən olub. Geniş fikir mübadiləsi yeni bilik və təcrübələr qazandırıb. Təlim müddətində mədəniyyət günü keçirilib. İştirakçılar onlara ayrılan guşələrdə mənsub olduqları ölkə və universitetlərə aid materiallar nümayiş etdiriblər, maraqlı təqdimatlarla çıxış ediblər. Tədbirin sonunda iştirakçılara sertifikatlar verilib. 

UTECA Avropada təmsil olunub

İspaniyada Erasmus+ layihəsi çərçivəsində Beynəlxalq təlim həftəsi təşkil olunub. Müxtəlif ölkələrin universitetlərindən 35-ə yaxın nümayəndənin iştirak etdiyi təlimdə Azərbaycan Texnologiya Universitetini rektorun tədris və sənaye üzrə müşaviri Aqil Eyvazov təmsil edib.Tədbir İspaniyanın Jaen Universitetində keçirilib. UTECA sözügedən universitetlə Avropa Birliyi tərəfindən maliyyələşən Erasmus+ layihəsi çərçivəsində uzun müddətdir ki, əməkdaşlıq edir və əməkdaşlıq çərçivəsində daha öncə UTECA-nın 3 tələbəsi 1 semestr müddətində mübadilə proqramında iştirak edib.23-27 may tarixlərində bir həftə davam edən təlimlərdə universitetlərarası mövcud və perspektiv əməkdaşlıqlara dair məhsuldar müzakirələr aparılıb. Müxtəlif ölkələrin təhsil sistemləri, tələbə və müəllim mübadiləsi, birgə yay məktəbləri və ikili proqramların həyata keçirilməsi gündəlikdə duran əsas məsələlərdən olub. Geniş fikir mübadiləsi yeni bilik və təcrübələr qazandırıb.Təlim müddətində bəzi iştirakçılar mənsub olduqları ölkə və universitetlərə aid materiallar nümayiş etdiriblər, maraqlı təqdimatlarla çıxış ediblər. Aqil Eyvazov UTECA haqqında təqdimatla çıxış edib və öz çıxışında Azərbaycan və Gəncə haqqında da ətraflı məlumat verib.Tədbirin sonunda iştirakçılara sertifikatlar verilib.      

 

 

 

 

UTECA tələbəsi Azərbaycan-Koreya dili müsabiqəsində yer tutdu

UTECA IX Azərbaycan-Koreya dili nitq müsabiqəsində təmsil edilib. Bakı Dövlət Universitetində təşkil olunan tədbirdə Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tonq-op da iştirak edib. Müsabiqə iştirakçılarına uğurlar arzu edən səfir yarışın Koreya dilinin inkişafında böyük önəmindən danışaraq bildirib ki, bir ölkəyə sevgi və maraq onun tarixi və ədəbiyyatının çox oxunması ilə nəticələnir. Müsabiqədə Azərbaycan Texnologiya Universitetini Koreya dili müəllimi Ülviyyə Məmmədova və Turizm və otelçilik ixtisası I kurs tələbəsi Kənan Paşayev təmsil ediblər. Ülviyyə Məmmədova tədbirdə UTECA-da yeni yaradılmış Koreya Mədəniyyəti Mərkəzi və universitetdə Koreya dilinin tədrisi ilə bağlı təqdimatla çıxış edərək mövcud vəziyyət və gələcək perspektivlər barədə məlumat verib. Müsabiqə iki mərhələli şəkildə həyata keçirilib. UTECA tələbəsi Kənan Paşayev birinci mərhələdən uğurla keçərək ilk 10-luqda yer alıb. Səfir birinci mərhələdən keçən tələbələrin potensialını yüksək qiymətləndirərək hər birinin qalib olduğunu qeyd edib. Müsabiqədə, eyni zamanda, Samulnori (Koreya milli zərb alətləri) və K-POP rəqs performansı nümayiş etdirilib və lotereya oyunu keçirilib. Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetində 2018-2019-cu tədris ilindən etibarən Koreya dilinin tədrisinə başlanıb və regionda ilk dəfə olaraq Koreya Mədəniyyət Mərkəzi yaradılıb.