Elanlar
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Qeydiyyat onlayn aparılır

Tələbə adını qazanan bütün abituriyentləri təbrik edirik! Yeni qəbul olan tələbələrdən əvvəlcə e-telebe.edu.az portalından qeydiyyatdan keçmək tələb olunur. Bu qeydiyyat sosial baxımdan həssas əhali qrupuna aid edilən tələbələrin müəyyən edilməsi üçün nəzərdə tutulur. Qeydiyyat 25 sentyabr – 7 oktyabr tarixlərində ONLAYN qaydada həyata keçiriləcək.Qeydiyyat üçün aşağıdakı sənədlərin skan edilmiş və ya foto şəkil formasını ixtisaslar üzrə göstərilən mail və ya whatsapp nömrələrindən birinə göndərmək lazımdır.➤ Attestat (və ya diplom, bu il məzun olan subbakalavrlar üçün arayış)➤ DİM saytındakı şəxsi səhifədən çıxarış➤ Təhsil haqqının ödənilməsi haqqında qəbz (ödənişli tələbələr üçün)➤ Ödənişdən azad edən sənəd (məcburi köçkün, şəhid ailəsindən olan və ya digər imtiyazlı tələbələr üçün)➤ Şəxsiyyət vəsiqəsi Aşağıdakı İXTİSASLAR üçün e-mail: [email protected]  051-311-28-34✓ Dizayn✓ Metallurgiya mühəndisliyi✓ Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi✓ Nəqliyyat mühəndisliyi✓ Sənaye mühəndisliyi✓ Kimya mühəndisliyi Aşağıdakı İXTİSASLAR üçün e-mail: [email protected]  051-311-28-37✓ Ekologiya✓ Qida mühəndisliyi✓ Şərabçılıq✓ Turizm bələdçiliyi✓ Turizm işinin təskili Aşağıdakı İXTİSASLAR üçün e-mail: [email protected] 051-311-28-36✓ Marketinq✓ İqtisadiyyat✓ Biznesin idarəedilmesi✓ Mühasibat Aşağıdakı İXTİSASLAR üçün e-mail: [email protected]  051-311-28-35✓ Dövlət ve bələdiyyə idarəetməsi✓ Mühəndis fizikası✓ Proseslerin avtomatlaşdırılması mühəndisliyi✓ İnformasiya texnologiyaları,✓ Radiotexnika ve telekommunikasiya mühəndisliyi✓ Komputer mühəndisliyi QEYDLƏR:  Sənədlərin şəkli səliqəli çəkilməli və oxunan olmalıdır;  Qeydiyyatın operativ həyata keçirilməsi üçün sənədləri təqdim edərkən yuxarıda göstərilən kommunikasiya vasitəsilərindən yalnız birilə əlaqə qurmaq məsləhət görülür;  Təhsil haqqının 50%-nin ödənilməsi şərtdir. Ödəniş Kapital Bankın ödəmə terminalları vasitəsilə, Azərbaycan Texnologiya Universiteti bölməsini seçməklə həyata keçirilir;  Məcburi köçkün, şəhid ailəsi üzvü statusu olan tələbələrlə yanaşı 18 yaşına qədər hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya onlara bərabər tutulan (bir valideynini itirmiş, digər valideyni I və ya II qrup əlil olan) 23 yaşınadək tələbələr də təhsil haqqından azaddırlar;  Diqqət! Dərslər başlayan zaman tələbə yuxarıda qeyd edilən sənədləri özü ilə gətirərək müvafiq dekanlıqlara təqdim etməlidir. Bu zaman attestatın (və ya diplom, arayışın) əslinin, məcburi köçkün statusunu təsdiq edən sənədin isə notarial qaydada təsdiq edilmiş surətinin olması mütləqdir. Hərbi bilet və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin, eləcə də şəxsiyyət vəsiqəsinin surəti, fotoşəkil isə 4 ədəd olmalıdır. Əlaqə nömrəsi: 050-246-07-72Məsul şəxslər: Hamlet Kəsəmənli, Ramil Vəliyev 732 dəfə oxunub

Müəllimlərin işə qəbulu

Azərbaycan Texnologiya Universiteti (UTECA) 2020/2021 tədris ili üçün aşağıdakı ixtisaslar üzrə müəllimlərin işə qəbulunu həyata keçirir: ⎔ Kompyuter mühəndisliyi (rus bölməsi üzrə)⎔ Mühasibat uçotu (rus bölməsi üzrə)⎔ Kimya mühəndisliyi (azərbaycan və rus bölmələri üzrə)⎔ Metallurgiya mühəndisliyi (azərbaycan və rus bölmələri üzrə)⎔ Turizm (azərbaycan və rus bölmələri üzrə)⎔ Logistika (azərbaycan və rus bölmələri üzrə)⎔ İngilis dili⎔ Alman dili Namizədlərə aid tələblər: ☝ Fənn blokuna uyğun elmi dərəcəsi (magistr, fəlsəfə və elmlər doktoru)☝ Müasir tədris standartlarına uyğun sillabus və fənn materiallarını hazırlama bacarıqları☝ Tələbə yönümlü tədris metodikası☝ Microsoft Ofis proqramlarında (Windows, Microsoft Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığı   ✓ Namizədlər CV-lərini (mövzu yerində müvafiq ixtisas adları qeyd edilməklə) l.r[email protected] elektron ünvanına göndərə bilərlər ✓ Müraciət üçün son tarix 05 sentyabr 2020-ci ildir✓ Namizədlərin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya müraciət müddəti bitdikdə CV-lərə baxılmayacaq 669 dəfə oxunub

Tələbələrin nəzərinə!

                                                                                                                                                                                                                                     653 dəfə oxunub


UTECA-da şəhər miqyaslı videokonfrans təşkil ediləcək

UTECA-da şəhər miqyaslı videokonfrans təşkil ediləcək 19 iyun 2020-ci il tarixində, saat 11:00-da Azərbaycan Texnologiya Universitetində “Təhsilin dayanıqlı inkişafında könüllülərin rolu” adlı şəhər miqyaslı elmi-praktik videokonfrans keçiriləcək. Tədbirin təşkilatçıları Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetidir. Onlayn konfransa qatılmaq istəyənlər [email protected] poçt ünvanından qeydiyyatdan keçə bilərlər. Tel: (+99422) 257 35 78, (+99450) 537 81 82 İlahə Əsgərova 671 dəfə oxunub

UTECA-da beynəlxalq elmi-praktik konfrans keçiriləcək

UTECA-da beynəlxalq elmi-praktik konfrans keçiriləcək 24-25 aprel 2020-ci il tarixlərində Azərbaycan Texnologiya Universitetində (UTECA) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97 illiyinə həsr olunmuş “UNİVERSİTET SƏNAYE ƏLAQƏLƏRİNİN KEYFİYYƏT TƏMİNATININ ƏSAS PROBLEMLƏRİ” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Konfransın təşkilatçıları Azərbaycan Respublikası Təhsil Nazirliyi, Alikante Universiteti (İspaniya), Kral Texnologiya Universiteti (İsveç), Tətbiqi Elmlər Universiteti (Litva), Sankt Peterburq Dövlət Telekommunikasiya Universiteti (Rusiya), Nijeqorod Dövlət Texniki Universiteti (Rusiya), Moqilev Dövlət Ərzaq Universiteti (Belarus), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası, Neon firması, Azəralüminium zavodu və Mingəçevir Tekstil fabriki, Azərbaycan Texnologiya Universitetidir. Kofransın panelləri universitetin istiqamətlərinə müvafiq olaraq aşağıdakı kimi müəyyənləşdirilib: Qida və turizm sənayesi mühəndisliyi və menecmenti Logistika mühəndisliyi və menecmenti Yüngül sənaye mühəndisliyi və menecmenti  İnformasiya texnologiyaları mühəndisliyi və menecmenti Metal və materiallar mühəndisliyi və menecmenti Davamlı inkişaf və təhsil texnologiyaları Tezislərə olan tələblər Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi formata uyğun olaraq aşağıdakı kimidir:Tezislər konstruktiv, konkret və konfransın mövzusuna uyğun olmalıdır, 1,5 intervalla, 12 şriftlə, Times New Roman (formulalar Microsoft Eqution 3,0) formatı – soldan, sağdan, yuxarıdan, aşağıdan 2 sm olmaq şərti ilə 3 səhifədən çox olmayaraq təqdim olunmalıdır. Müəlliflərin adı, soyadı, elmi dərəcəsi, iş yeri və e-poçt ünvanı tezisin adının altında yazılmalıdır. Tezislərin ingilis və rus dillərində xülasəsi vacibdir. Tezislər xüsusi topluda nəşr olunacaq. Tezislər 5 aprel 2020-ci ildən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidir. Tezisin çap dəyəri xarici vətəndaşlar üçün hər səhifəyə görə 5$, Azərbaycan vətəndaşları üçün 5 AZN-dir. Məcmuələr toplusunun isə dəyəri xarici vətəndaşlar üçün 20$, Azərbaycan vətəndaşları üçün 10 AZN-dir. Valyuta: AZNBenefisiarın adı: Azərbaycan Texnologiya UniversitetiVÖEN: 2300343181H/H: AZ39AIIB38060019440135272127Benefisiarın Bankı: “Kapital Bank” ASC, Gəncə filialıBankın kodu: 200275VÖEN: 9900003611Müxbir hesab: AZ37NABZ01350100000000001944S.W.I.F.T. BİK: AIIBAZ2XBankın ünvanı: Gəncə şəhəri, Cavadxan küçəsi 24Tel: (022) 256-67-95, 256-01-19 Ünvan: Gəncə ş. AZ2011 Şah İsmayıl Xətai prospekti 103Tel: (022) 257 00 46e-mail: [email protected]   710 dəfə oxunub

UTECA-nın 1-ci və 2-ci kurs tələbələri üçün Avropada təqaüdlə təhsil imkanı

UTECA-nın 1-ci və 2-ci kurs tələbələri üçün Avropada təqaüdlə təhsil imkanı Azərbaycan Texnologiya Universiteti İspaniyanın Jaen Universiteti ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir. Əməkdaşlıq çərçivəsində UTECA-nın 2 tələbəsinə İspaniyada 1 semestr müddətinə təhsil alması üçün qrant ayrılıb. Proqramdan yararlanacaq tələbələrin bütün xərcləri proqram tərəfindən ödəniləcək. Tələbələrin seçimi aşağıdakı meyarlar əsasında aparılacaq: ÜOMG İngilis dili imtahanı Müsahibə İngilis dili imtahanı 30 aprel 2020-ci il tarixində keçiriləcək. İmtahanda iştirak etmək istəyən tələbələr 20 aprel 2020-ci il tarixinədək Elm və xarici əlaqələr mərkəzində qeydiyyatdan keçməlidirlər. Ünvan: İnzibati bina, 3-cü mərtəbə   684 dəfə oxunub