Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov tədbiri giriş sözü ilə açıq elan edib. Milli Ordunun yaranması, quruculuq tarixindən və şanlı qələbəsindən, dünyaya göstərdiyi qəhrəmanlıq nümunəsindən bəhs edib.
Tədbirdə Qiyabi və əlavə təhsil sektorunun müdiri İrşad Abbasov, İctimai elmlər və multikulturalizm kafedrasının dosenti Hüseyn Budaqov, Birinci Qarabağ Müharibəsi qazisi universitetin əməkdaşı İsfəndiyar Hacıyev və digər qazilər çıxış edərək ölkəmizin hərbi sahədə əldə etdiyi nailiyyətlərdən, təcrübəli ordusundan, şanlı Zəfər salnaməsindən və apardığı hərbi əməliyyatlardan bəhs ediblər.
Sonda rəşadətli Azərbaycan Ordusunun döyüş yolunu əks etdirən, Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr edilmiş video çarx nümayiş olunub.
Azərbaycan Texnologiya Universitetində (ATU) 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardınca Azərbaycan Milli Qurtuluş Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Giriş sözü ilə Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e dos. Yaşar Ömərov çıxış edib. Milli Qurtuluş Gününün tarixinə nəzər salaraq bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanı real təhlükələrdən xilas etməklə yanaşı, gələcək inkişaf strategiyasını müəyyənləşdirib və bu siyasi kursu Prezident İlham Əliyev uğurla davam etdirib.
Daha sonra tədbirdə iştirak edən Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman çıxış edib. Tədbir iştirakçılarını Milli Qurtuluş Günü münasibətilə təbrik edib, ölkəmizin müasir inkişafında qurtuluş tarixinin rolundan danışıb.
Sonra İnsan resursları şöbəsinin müdiri t.f.d. İlham Əlizadə, İctimai elmlər və multikulturalizm kafedrasının dosenti Hüseyn Budaqov çıxış edib. Milli qurtuluş ideologiyasının müstəqil respublikamızın davamlı inkişafındakı rolundan, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişafdan bəhs ediblər.
Sonda 1-ci kurs tələbəsi Turanə Bədəlova Milli Qurtuluş Gününə həsr edilmiş şeir səsləndirib.
Azərbaycan Texnologiya Universitetində (ATU) 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca "Cümhuriyyətin tarixinə nəzər" adlı qısametrajlı film nümayiş etdirilib.
Sonra ATU-nun rektoru v.m.i.e. dosent Yaşar Ömərov giriş sözü ilə çıxış edib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsində böyük əhəmiyyət kəsb edib. Y.Ömərov XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycanı parçalanmaqdan məhz Ümummilli Lider Heydər Əliyevin xilas etdiyini, Ulu Öndər siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müasir dünyaya səs salan Zəfər salnaməsi ilə Azərbaycanın öz müqəddəratını təyin etməyə qadir olduğunu bir daha sübut etdiyini vurğulayıb.
Daha sonra ATU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov çıxış edərək Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizələrdən bəhs edib, istiqlal ideyası uğrunda atılan addımların bu gün Azərbaycanı gələcəyə doğru inamla irəliyə aparan yol olduğunu qeyd edib.
Tədbirdə tələbələrin ifasında şeir və musiqi nömrələri səsləndirilib. Sonda ATU əməkdaşlarının və qazi tələbələrinin iştirakı ilə 28 May Müstəqilik Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib.