Elanlar
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

ATU-da beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan Texnologiya Universiteti (ATU) Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD), Özbəkistanın Fərqanə Dövlət Universiteti (FDU) və Qazaxıstanın Bolaşak Universiteti (BU) ilə birlikdə beynəlxalq elmi-praktik konfrans keçirəcək. 

“NƏSİRƏDDİN TUSİ II Beynəlxalq Mühəndislik və Tətbiqi Elmlər Konfransı” 8-9 iyul 2026-cı il tarixlərində Azərbaycan Texnologiya Universitetində hibrid formatda baş tutacaq.

Ətraflı: https://www.scienceazerbaijan.org/az/ntusipractical

📢 2026/2027-ci tədris ili üçün təkrar ali təhsil üzrə elektron sənəd qəbuluna start verilib

Sənəd qəbulu portal.edu.az platforması üzərindən aparılır və proses 31 avqustadək davam edəcək.

🎓 Azərbaycan Texnologiya Universitetində təkrar ali təhsil almaq istəyənlər aşağıdakı ixtisasları üzrə müraciət edə bilərlər:

✔️ Dövlət və bələdiyyə idarəetməsi
✔️ İqtisadiyyat
✔️ Marketinq
✔️ Mühasibat
✔️Turizm bələdçiliyi
✔️ Turizm işinin təşkili

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23124-1

Vakant olan vəzifənin tutulması üçün müsabiqə elan edilir

 

Azərbaycan Texnologiya Universiteti aşağıdakı vakant vəzifənin tutulması üçün müsabiqə elan edir:


 “Turizm sənayesinin təşkili” kafedrası - kafedra müdiri.

Sənədlərin təqdim olunması bu elan dərc edildiyi tarixdən 1 ay müddətindədir.

Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-100 nömrəli 05 fevral 2018-ci il tarixli “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları” əmrə uyğun olaraq elan olunduğu gündən başlayaraq 1 ay müddətində qəbul edilir.

Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir.

Ünvan: AZ 2011, Gəncə şəhəri, Ş.İ.Xətai pr. 103
Əlaqə telefonu: 022-257-56-29
 
REKTORLUQ


Azərbaycan Texnologiya Universiteti məqsədli doktoranturaya qəbul elan edir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2026-cı il tarixli 320s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2026-cı il üçün doktorant hazırlığı üzrə qəbul planlarına”na əsasən Azərbaycan Texnologiya Universiteti üçün digər ali təhsil müəssisələri və elmi tədqiqat institutlarında fəlsəfə doktoru proqramı üzrə məqsədli doktorant yerləri ayrılıb.

 

Doktoranturaya sənədlərin qəbulu 09 iyun 2026-cı il tarixinədək davam edəcək və “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi (TMİS)” vasitəsilə elektron qaydada həyata keçiriləcək. Doktoranturaya qəbul olmaq istəyən şəxslər Azərbaycan Texnologiya Universitetindən razılıq məktubu əldə etməli, https://portal.edu.az veb səhifəsində qeydiyyatdan keçməli və tələb olunan sənədləri portala yükləməlidir.

 

ATU üçün ayrılmış məqsədli doktorant yerlərinin sayı, eləcə də yerlərin ayrıldığı ali təhsil müəssisələri və elmi tədqiqat institutları barədə ətraflı məlumatı Doktorant yerləri linkindən yükləyə bilərsiniz. Həmçinin məlumatla aşağıdakı cədvəldən də tanış olmaq mümkündür.

 

İxtisasın şifri

Elm sahələri və ixtisaslar

Plan yeri

 

Məqsədli doktorant yerinin ayrıldığı ali təhsil müəssisəsi və elmi tədqiqat institutu

Məlumat əldə etmək üçün link

5304.01

İqtisadi fəaliyyət növləri

1 (əyani)

Bakı Dövlət Universiteti

 

http://md.bsu.edu.az/az/announcement/183

 

5312.01

Sahə iqtisadiyyatı

1 (qiyabi)

5311.01

Müəssisələrin təşkili və idarə olunması

1 (qiyabi)

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

https://asoiu.edu.az/single_event/3025

 

3337.01

İnformasiya-ölçmə və idarəetmə sistemləri (sahələr üzrə)

1 (qiyabi)

Azərbaycan Texniki Universiteti

https://aztu.edu.az/az/announcement/aztu-felsefe-doktoru-hazirligi-uzre-doktoranturaya-sened-qebulu-elan-edir-285818

 

3309.01

Qida məhsullarının texnologiyası

1 (əyani)

Azərbaycan Dövlət İqtisad Universiteti

https://news.unec.edu.az/en/elan/138-gebul/15145-unec-2026-ci-il-uchun-felsefe-doktoru-programi-uzre-doktoranturaya-gebul-elan-edir

 

6217.01

Texniki estetika və dizayn

1 (qiyabi)

Azərbaycan Memarlıq və İnşaat Universiteti

 

3339.01

İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi

1 (qiyabi)

İnformasiya Texnologiyaları İnstitutu

https://ict.az/az/news/7637

 

lll Basketbol turniri keçiriləcək

Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Basketbol Federasiyası və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş region ali təhsil müəssisələrinin tələbələri arasında basketbol üzrə regional turnir keçiriləcək.
 
Rəsmi açılış mərasimi 20 may tarixində Gəncə İdman Sarayında saat 11:00-da baş tutacaqdır.
 
⛹️‍♂️ Basketbol turniri iki gün davam edəcək. Hər kəsi turniri izləməyə və tələbə komandalarına dəstək olmağa dəvət edirik!
 

ATU-da tanınmış iqtisadçı Fərhad Pərvizi ilə görüş keçiriləcək

🎓 Azərbaycan Texnologiya Universitetində (ATU) Karyera Forumu çərçivəsində tanınmış iqtisadçı Fərhad Pərvizi ilə görüş keçiriləcək. Görüş 15 may 2026-cı il tarixində saat 11:00-da baş tutacaq.

💼 Tədbir zamanı iqtisadi sahədə mövcud karyera imkanları, əmək bazarının aktual tələbləri, peşəkar inkişaf istiqamətləri və gənclərin uğur qazanması üçün vacib məqamlar ətrafında müzakirələr aparılacaq.

📈 İqtisadiyyat sahəsinə maraq göstərən tələbələr və gənc mütəxəssislər üçün faydalı olacaq görüşdə iştirakçılar öz suallarını ünvanlandırmaq və peşəkar tövsiyələr almaq imkanı əldə edəcəklər.