Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

UTECA tələbəsi təltif edildi

Azərbaycan Texnologiya Universitetinin (UTECA) tələbəsi Qalib Quliyev Qarabağ həqiqətlərinin təbliğatında fəallığına görə təltif edilib. Kommersiya ixtisasının I kurs tələbəsiBeynəlxalq Qramaski Təşkilatının və “Zaparoji Kazakları” Birliyi Ali Məclisinin Getmanının Azərbaycan üzrə nümayəndəsi Kazak marşalı Üzeyir Vahabovun şərəfinə təsis edilmiş 65 il yubiley medalına layiq görülüb.  

Emin Dostiyari UTECA-da tələbələrlə görüşüb

Azərbaycan Texnologiya Universitetinin məzunu, indiyədək 78 ölkədə olan gənc səyyah Emin Dostiyari UTECA tələbələrilə görüşüb. O, ixtisasca qida mühəndisidir və hazırda beynəlxalq təşkilatlardan birinin mütəxəssisi, eyni zamanda məşhur blogerdir. Univetsitetin rektoru, professor Akif Süleymanov gənc səyyahla görüş zamanı deyib ki, bu ünsiyyət tələbələr üçün faydalı olacaq və belə məzunları tanımaları onların gələcək karyerası üçün bir növ stimuldur.TED formatında keçirilən görüşdə səyyah tələbələrlə uğurlu karyerasının sirlərini paylaşıb. Emin Dostiyari səfərlərindən və dünyanın 230 şəhərində gördüklərindən, ona qədər heç bir azərbaycanlının gedə bilmədiyi qəbilələrdən və başına gələn macəralardan danışıb.Gənc səyyah sonda tələbələri maraqlandıran sualları cavablandırıb. 

“Kitab oxuyaq” birliyi yaradılıb

UTECA-da“Kitab oxuyaq” adlı tələbə və müəllim birliyi yaradılıb. Təşkilatın dəqdimat tədbirindəbildirilib ki, İctimai elmlər və multikulturalizm kafedrasının təşəbbüsü iləreallaşan layihənin məqsədi mütaliə mədəniyyətinin formalaşdırılmasıdır. TəşkilatçılardanZəminə Rəsulova bildirib ki, mütaliə sivil bir topluma, mənəvi zənginliyə gedən yol, nitq bacarıqlarının inkişafında əvəzsiz vasitədir.Ona görə də hər bir insan bu vərdişi özündə aşılamalı, zövq halına çevirməlidir.  MətanətMustafayeva “Kitab oxuyaq” məqsədilə toplaşanları gündəlikdə olan kitablar vəmüəlliflərlə tanış edib və bəzi məsləhətlər verib. Siyahıda müxtəlif janrlı bədiiəsərlər, bestsellerlər, milli və dünya ədəbiyyatı yer alıb. Kitabsevərlər səslənənsiyahıdan Qurban Səidin “Əli və Nino” romanının mütaliəsinə qırar veriblər.Layihənin qaydalarına əsasən əsər oxunduqdan bir neçə gün sonra gənclərarasında müzakirə ediləcək, həmin gün mütaliə üçün digər kitablar tövsiyyə ediləcək.Birliyə qoşulmaq istəyən kitab həvəskarları İctimai elmlər və multikulturalizm kafedrasına müraciət edə bilərlər.  


UTECA-da Əlillər Günü qeyd edilib

Azərbaycan Texnologiya Universitetində  3 dekabr – Beynəlxalq Əlillər Gününə həsredilmiş “Könüllülük sərhəd tanımır” adlı tədbir keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin, Qeyri Hökumət Təşkilatlarının nümayəndələri, fiziki məhdudiyyətli şəxslər və tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan UTECA-nın təlim-tərbiyə işləri üzrə prorektor əvəzi Mətanət Əhmədova bildirib ki, dünya əhalisinin, təxminən 10-12%-ni fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Onların da 20%-i inkişaf etməkdə olan ölkələrdə yaşayır. Statistikaya görə bu gün Azərbaycanda 600 mindən artıq əlilliyi olan şəxs yaşayır. Bu da, ölkə əhalisinin 6%-i civarındadır. Azərbaycanda olan faiz göstəricisinin az olması onu göstərir ki, bu sahədə ardıcıl işlər aparılır. Əlil Qadınlar Cəmiyyətinin Gəncə şəhər şöbəsinin sədri Elmira İsmayılova çıxışında ölkədə bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atıldığını deyib. Beynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir və bu barədə 1992-ci ildə BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Onun hədəfi — ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir. Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi və UTECA-nın fəxri məzunu Yadigar Bədəlov əlavə edib ki, Beynəlxalq Əlillər Günü Ümummilli Lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlanıb. Ölkədə bu kateqoriyadan olan insanların sosial təminatı ildən-ilə daha da yaxşılaşır. UAFA Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinin koordinatoru Rəzalə Abbasova təmsil etdiyi qurumun fəaliyyətindən danışıb, üzvlərin nailiyyətləri barədə məlumatlar verib. Bildirib ki, əlillərin cəmiyyətə inteqrasiyasının təminində iştirak etmək hərbir şəxsin borcudur. Tədbirin qonağı, paralimpiyaçı Ülkər Əsgərova tədbir iştirakçıları ilə öz nailiyyətlərini bölüşüb. Fiziki imkanlarının məhdud olmasına baxmayaraq daim uğur qazandığını, ictimai həyatın bir çox sahələrində fəal iştirak etdiyini, boccia idman növü, rəssamlıq, veb dizaynla məşğul olduğunu, aktiv həyat sürdüyünü, 1 yaşlı övladı və ailəsi ilə xoşbəxt olduğunu deyib. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov isə əlillərin cəmiyyətə inteqrasiyasında könüllülərin rolundan danışıb. Bu təşəbbüsə qoşulan bütün gəncləri 5 Dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edərək könüllülük hərəkatını gənclər siyasətinin bariz nəticələrindən biri kimi dəyərləndirib. Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının idarə heyətinin üzvü Qalib Quliyev vaxtilə könüllü kimi fəaliyyətə başladığını, sonrakı uğurlu karyerasında məhz o dönəmin böyük rolu olduğunu bildirib. Əlillərin cəmiyyətə inteqrasiyasını əks etdirən videoçarx nümayiş etdirildikdən sonra “Bir” Tələbə-Könüllü Proqramının UTECA üzrə koordinatoru Nicat Nağıyev Texnologiya Universitetinin bu missiyaya qoşulan tələbələrinin hesabatı ilə çıxış edib.  

Elmi Şuranın iclası keçirilib

Azərbaycan Texnologiya Universitetində (UTECA) Elmi Şuranın 3 saylı iclası keçirilib. Bu dəfəki iclasda yeni ənənənin təməli qoyulub. Belə ki, Elmi Şura ilk dəfə olaraq tələbələrin iştirakı ilə reallaşıb. Elmi Şuranın sədri, professor Akif Süleymanov iclası açıq edən zaman bildirib ki, universitet daxili qərarların verilməsi prossesini tələbələrin izləməsi müsbət haldır: “Onlar öz təklif və müraciətlərini müzakirəyə çıxaracaq. Belə imkanlar tələbə üçün həm də bir növ təcrübə xarakteri daşıyır”. Sonra sədr Elmu Şura üzvlərini və iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. Qış imtahan sessiyasına hazırlıq və qarşıda duran vəzifələr barədə Tədris şöbəsinin müdiri Piri Axundov çıxış edib. Bildirib ki, imtahanlara 3 yanvar 2020-ci ildə start veriləcək və prosses 2 fevraladək davam edəcək. 229 qrup üzrə 1306 imtahan təşkil ediləcək. Magistratura səviyyəsi üçün isə 43 qrup üçün 252 imtahan keçiriləcək. Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin hesabatı dekan Nazim Vəliyevin təqdimatında dinlənilib. Qeyd edilib ki, 3 kafedranı özündə birləşdirən Yüngül sənaye mühəndisliyi və logistika fakültəsində təhsil alan tələbələrin sayı ötən il 352 idisə bu il rəqəm 519 çatıb. Dekan kafedralarda aparılan elmi-tədqiqat işləri, professor-müəllim heyətinin dərc olunan məqalələri, açıq dərslər, elmi seminarlar, tələbə seminarları, fakültənin yeni müəssisə əlaqələri barədə də geniş məlumat verib. Elmi-Texniki Şuranın əsasnaməsi təsdiq olunduqdan sonra iclas gündəlikdə duran müxtəlif məsələlərin müzakirəsilə davam edib. Elm və xarici əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah Universitetin beynəlmiləşmə perspektivlərini gündəmə gətirib. Xarici universitetlərlə əlaqə, beynəlxalq proqramlarda iştirak, dual diplom müqavilələri, əcnəbi tələbələr, mübadilə proqramından yararlanma və s. barədə dəqiq məlumatlar slaydlar vasitəsilə əks olunub, bundan sonrakı fəaliyyət, hədəflər və görüləcək işlər səsləndirilib.           Keyfiyyətin təminatı şöbəsinin müdiri Asiman İlyasov Litva səfəri barədə məmumatlar verib. Bildirib ki, Erasmus+ EQAC (Azərbaycanda ali təhsil müəssisələrində Keyfiyyətin təminatı mərkəzlərinin qurulması və inkişaf etdirilməsi) layihəsi bu dəfə layihə iştirakçılarını Vilnüsə toplayıb. Təlimlərdə Avropalı təhsil ekspertləri ilə birlikdə Keyfiyyətin təminatı üçün istifadə olunan QPR Graphics Design və QPR Metrics proqram təminatları barədə müzakirələr aparılıb. Hər universitet nümayəndələri təmsil etdikləri ali təhsil müəssisəsinin timsalında sözügedən proqram təminatının köməyi ilə iyerarxik strukturunu quraraq vəzifə təlimatlarını daxil ediblər. Layihənin digər iştirakçıları arasında UTECA-nın daim seçildiyini və diqqət mərkəzində olduğunu qeyd edən Asiman İlyasov bu uğuru rektor Akif Süleymanovun layihədə aktiv iştirakı, layihənin tətbiqi üçün universitetdə yaratdığı şəraitlə, eləcə də layihə çərçivəsində indiyədək görülən işlərlə əlaqələndirib.Magistratura və doktorantura şöbəsinin müdiri Sadiq Əfəndiyev doktorant Lamiyə Xəlilovanın mövzusunun dəyişdirilməsi ilə bağlı çıxış edib. Əsaslandırılmış müraciət müzakirələrdən sonra qəbul edilib. Sonda Ulduz Babayevanın təqdim etdiyi tədris metodiki vəsaitlərin siyahısı təsdiqlənib.  

UTECA Zəyəm Texnologiyalar Parkı ilə əməkdaşlığa başladı

Zəyəm Texnologiyalar Parkı (ZTP) ilə Azərbaycan Texnologiya Universiteti (UTECA) arasında memorandum imzalanıb. Əməkdaşlıq memorandumunu ZTP-nin baş direktoru Elxan Hacıyev və UTECA-nın rektoru, professor Akif Süleymanov imzalayıblar. Sənəddə təcrübə və imkanlardan qarşılıqlı faydalanma, elmi-praktik əlaqələrin qurulması, texnologiya transferinin həyata keçirilməsi, kadr hazırlığı və s. məsələlər oz əksini tapır. Bununla da Azərbaycan Texnologiya Universitetinin Müştəriyə Yönəlmə Proqramı (MYP) çərçivəsində əməkdaşlıq etdiyi müəssisələrin sayı 33-ə çatıb. Zəyəm Texnologiyalar Parkı ASC Şəmkirdə yerləşir. Layihələndirmə işlərini həyata keçirən zavodda təzyiq altında tutumlar, qaldırıcı qurğular, istilik qazanları, yeraltı və yerüstü çənlər, müxtəlif növ kənd təsərrüfatı texnikası, müasir tipli istixana kompleksləri və bina-körpülərin ağır metal konstruksiyaları istehsal edilir. Müəssisə Avropa və Asiya istehsalı ən son texnoloji avadanlıqlarla təchiz olunub.