Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Con Vu: “Əgər tələbə bu üç amilə yiyələnə bilsə uğur əldə edəcək”

Con Vu biotexnologiya, innovasiya və hesablama proqramı üzrə“Masters of Science” məktəbinin direktoru, Carnegie Mellon Universitetindəkompüter elmləri üzrə parlaq karyeraya sahibi, texniki işlər üzrə təqaüdçüəməkdaş və 777 kosmik gəmisi üçün proqram təminatının təkmilləşdirilməsinərəhbərlik etdiyi “The Boeing Company”də baş mühəndisdir. O, genişmiqyaslıinteqrasiya proqramlarını idarə edib, bir çox uğurlu aerokosmik layihələrdəhəlledici yer almaqla, proqram təminatı və sistem təkmilləşdirilməsi üzrə 35ildən artıq təcrübəyə sahibdir. Ohayo Universitetindən məzun olub, Nevada vəCarnegie Mellon universitetlərində isə magistr dərəcəsinə yiyələnib. Con Vununixtisas seçimi ilə bağlı maraqlı məqaləsini http://science-technology.vn/ təqdimedirik.TƏHSİLİNNÖVLƏRİHazırdatəhsilin üç növü mövcuddur: ənənəvi təhsil, sənaye dövrü təhsili və informasiyadövrü təhsili. Ənənəvi təhsil sistemi min illərdir mövcud olub, əzbərləməyaddaşının mühüm əhəmiyyət kəsb etdiyi və uğurun imtahanlardan keçmək olduğunaəsaslanan bir təsərrüfat cəmiyyəti üzərində köklənib. İndi əksər pedaqoqlar busistemin köhnəlmiş olduğunu düşünürlər.Sənayedövrü təhsil sisteminin təxminən 300 illik tarixi var və tələbələrin kütləviistehsal proseslərini öyrəndikləri sənayenin tələblərinin qarşılanmasınaəsaslanıb. Bu sistemlə tələbələr zəruri olanları öyrənir və məzun olduqdatəhsil də başa çatır. Uğur isə hər hansı bir istehsal sənayesində işə başlamağaəsaslanır. Bu sistem də artıq indiki dövrdə uğurla ayaqlaşmadığından köhnəlmişhesab edilir.İnformasiya dövrünün təhsil sistemi nisbətən yeni olub, əsasən texniki biliklərvə biznes məsələlərinin həlli üçün texnologiyanın tətbiqinə köklənib. Tələbələrəsas bilikləri tədris zamanı öyrənsələr də təhsil bununla bitmir, texnologiyadaim dəyişdikcə davam edir. Uğur fərdin əldə etdiyi bilik və bacarıqlar, eləcədə üzləşdiyi hər bir situasiyanın öhdəsindən gələ bilməsinə əsaslanır. Busistemdə innovasiya və fərdi yaradıcılıq yüksək qiymətləndirilir.Ənənəvisistemlə təhsil alanlar sənaye dövrünün təhsil sisteminə uyğunlaşa bilmirlər,çünki akademik düşüncə ilə sənaye düşüncəsi kəskin şəkildə bir-birindənfərqlənir. “Əzbərləmə”dən yaxşı qiymətlər almış və imtahanlardan uğurla keçmiş“şagirdlər” bildiklərini sənaye sistemində tətbiq edə və öz işlərində uğur qazanabilmirlər. Bu hal hələ də ənənəvi təhsil sistemini davam etdirən bir çoxölkələrdə baş verir. Sənaye dövrünün təhsil sisteminin şagirdləri sonralarinformasiya sahəsində işləyərək əlavə təlimlərdən yararlanmalı və vəziyyətəuyğunlaşmalı olacaqlar. Hazırda sənaye dövrünün təhsili ilə insanlarıninformasiya dövründə rəqabətə davam gətirmələri üçün ehtiyacları olan biliklərarasında böyük bir boşluq mövcuddur və bu boşluq getdikcə daha da genişlənir.Təhsil sistemlərində hələ də dəyişikliklərin baş verdiyi bir çox ölkələrdə,əsasən Avropa və Amerikada bu tendensiya müşahidə edilir.Hazırkıidarəetmə strukturu sənaye dövrünün məhsuludur. Standartlaşdırma və nəzarətsənaye dövrü cəmiyyətinin ideyalarıdır. Səlahiyyət qərarları qoyan rəhbərlərdəqalır, işçilərə isə əmrlərə itaət etmək öyrədilir. Təlimlər onlarınvəzifələrinə uyğun olan iş bacarıqlarının öyrədilməsi ilə məhdudlaşır. Həmintəlimlər sənaye ölkələrinin bazara nəzarət etdiyi bu dövrdə yaxşı nəticə verir,lakin qloballaşmış dünyada rəqabət mühitli bazar iqtisadiyyatı dövrü üçüneffektiv olmaya bilər. İnformasiya dövründə dəyişikliklər sürətlə baş verir vəhəyatda qalmaq daim təkmilləşən məhsullar, xidmətlər və çevik reaksiya bacarığıtələb edir. Başqa sözlə işçinin yalnız görəcəyi işə dair bacarıqlara sahibolması ideyası artıq aktual deyil. İnsanlar daim yeniliklər öyrənsə də,texnologiya onların qavrama bacarıqlarından daha sürətlə dəyişir.Gəlin Hindistanda proqram təminatısənayesinin inkişafına nəzər salaq. 1985-ci ildə Hindistan 24 milyon dollar dəyərindəproqram ixrac edib. 2000-ci ildə onlar 350 milyon dollarlıq ixrac etsələr də,2009-cu ildə bu rəqəm 85 milyard dollar olub, bu il isə maliyyə böhranınabaxmayaraq, Hindistanda proqram ixracatının ilin sonunadək xalis 100 milyarddollar olacağı ehtimal edilir. Bu sənayenin ixrac potensialının və onun“arxaik” təhsil sisteminin tanınması prosesi olduqca zəifdir. Hindistanın əksərproqram şirkətləri əhalinin inkişaf edən texnologiya ilə ayaqlaşmasını təminetmək üçün təhsil proqramlarına külli miqdarda investisiyalar yatırıblar.Hindistanın böyük şirkətləri təlimlər üçün ABŞ və Avropadan qat-qat çox, illikgəlirlərinin 8%-i qədər məbləğ xərcləyirlər. Wall Street Jurnalı məlumat verirki, Yaponiya və Avropa şirkətləri işçilərin maarifləndirilməsi istiqamətindəbüdcələrinin 4%-i həcmində vəsait sərf etdikləri halda, ABŞ şirkətləri bununüçün yalnız 2.5% xərcləyir. Bunun sadə səbəbi odur ki, başqa ölkələr hələ də öztəhsil sistemlərini inkişaf etdirməyin yolları barədə müzakirələr apardıqlarıhalda Hindistanda XXI əsrdə bilik və bacarıqların nə dərəcədə əhəmiyyətliolduğunu anlayırlar.Sənaye sahəsində illərlə işləmiş birpedaqoq kimi, mən inanıram ki, öyrənmək fərdin öz üzərinə düşən birməsuliyyətdir, çünki biz artıq universitetdən məzun olmaqla qurtaran təhsilinbitdiyi bir dövrdə yaşayırıq. Əgər duya bilsək, texnologiyanın hazırkıdəyişiklikləri olduqca maraqlıdır. İnkişaf etməkdə olan ölkələrin bu fürsətdənyararlanaraq inkişaf etmiş ölkələrlə tez bir zamanda ayaqlaşması mümkündür vəbu bizim öz seçimimizdir. Düşünürəm ki, növbəti 10 illikdə ən savadlı və yayüksək qiymətlər alan şagirdlər, tələbələr ən uğurlu insanlar olmaya bilərlər.Çünki, onların indi əldə etdiyi biliyin həmin vaxt artıq köhnəlmiş olmaehtimalı yüksəkdir.İnformasiya dövründə uğur öyrənməyi davam etdirmək bacarığı ilə ölçülür.Texnologiya böyük sürətlə inkişaf edəcək və həyatda qalmağı bacaranlar yalnızhəyatı boyu öyrənən insanlar olacaqlar. Məhz bu səbəbdən mən hər zaman öztələbələrimi bacardıqları qədər öyrənməyə sövq edirəm. Dəyişikliyin daimiolduğu bu dünyada ən zəruri biliklər düşünmə, analiz etmə və öyrənməbacarıqlarıdır. Əldə etməli olduğumuz biliklər bu gün məktəbdə öyrəndiyimizbiliklər olmaya bilər, çünki rəqabətə açıq olan bu dünyada həyatı boyuöyrənənlər” ən uğurlu insanlardır.Mən tez-tez tələbələrimdən həftə ərzindənə qədər məqalə oxuduqlarını soruşuram. Peşəkar inkişafları ilə bağlıoxuduqları ən son kitabın hansı olduğunu və s. Həyat boyu öyrənənlər məzunolduqdan sonra öyrənməyi dayandırmır, əksinə, əlavə təlimlərə getməklə özbacarıqlarını inkişaf etdirirlər. Lakin öyrənmək şəxsin öz üzərinə düşsə də,yalnız fərdi şəkildə öyrənmək cəmiyyətin inkişafına yardım edə bilməz. Cəmiyyətolaraq rəqabətə davam gətirmək üçün daha çox oxumaq, təlimlər keçmək, texnikibiliklərə yiyələnmək və daha çox öyrənmə imkanlarını təşviq edərəkmaariflənmənin tərəfində olmalıyıq. Bizim sürətlə inkişaf edən bu dünyadauğurumuz və xilasımız dəyişikliklərə uyğunlaşa bilmə bacarığımızdan asılıolacaq.DƏYIŞƏN ZAMAN VƏ UĞURBu gün əmək bazarında üzləşdiyimizsürətli dəyişikliklər ötən əlli ildəkindən daha fərqli bilik və bacarıqlartələb edir. Təlim metodlarının çoxu XIX əsrin sonlarında hazırlanıb, hazırda daistifadə olunan bir çox tədris metodları artıq indiki texnologiya əsaslıiqtisadiyyat üçün məqsədəuyğun deyil. Təkrar qeyd edim ki, ənənəvi “əzbəryaddaşı” modeli artıq sürətlə dəyişən ətraf mühit üçün aktual deyil. Bilik vəbacarıqlar yerinə imtahan və dərəcələr üzərində köklənmiş köhnə bir ideyadır.Qabaqcıl texnoloji təhsilə malik ölkələr daha çox tərəqqi edir, güclütexnologiya, mühəndislik və riyaziyyat (STEM) biliklərinə sahib olmayan ölkələrisə işsizlik və iqtisadi çətinliklər yaşayırlar.İndiki dəyişikliklər dövründətələbələrin inkişafı üçün onların təhsili üç amil üzərində köklənməlidir:bilik, bacarıq və həyat boyu öyrənmə. Bilik amili STEM biliyi və qlobal rəqabətkimi texniki təhsilə əsaslanan karyeranın dərk edilməsindən başlayır. Gənclərnə etmək istədiklərini, hansı biliyə yiyələnməli olduqlarını və maraqdairələrinin nə olduğunu bilməlidirlər. Bunu etməyin yolu isə məqsədə uyğunfənlərin tədris olunduğu universitetlərə başlamazdan əvvəl karyera planınınhazırlanmasıdır. Bacarıq amili tənqidi düşüncə, komanda işi, əməkdaşlıq vəməsuliyyət kimi keyfiyyətlərin inkişafı ilə yanaşı, problemlərin həlli iləbağlı öyrənilən bilik və bacarıqların tətbiqidir. Həyat boyu “tələbəlik” isəmaariflənmə yollarının araşdırılması, biliyə həvəs, təşəbbüs, uyğunlaşmabacarığı, etik davranış və innovasiyadır. Əgər tələbələr bu üç amilə (bilik, bacarıqvə həyat boyu öyrənmə) yiyələnə bilsələr, o zaman uğur əldə edəcəklər, çünkibunlar texnologiya əsaslı iqtisadiyyat və ya dördüncü sənaye inqilabı üçünuğurun açarıdır.ƏN YAXŞI KARYERA Gənclərdə dəqiq elmlər, texnologiya, mühəndislik və riyaziyyata (STEM) maraq azlığının əsas səbəblərindən biri karyera imkanları barədə məlumat qıtlığı, eləcə də STEM sahəsində hansı işlərin mövcud olduğundan xəbərsiz olan müəllim və valideynlərin yanlış tövsiyələridir. Bəziləri hələ də dəqiq elmlər və riyaziyyat öyrənənlərin müəllim, texnologiya öyrənənlərin isə kompüter və noutbukları təmir edən texnik olduqları barədə köhnəlmiş fikirlərə inanırlar. Bir çox valideyn üçün universitet təhsilinin əsas məqsədi övladın məzun olduqdan dərhal sonra iş tapması və işsizlikdən yaxa qurtarmasıdır. Onlar övladlarının doğru seçim olduğunu düşündükləri “etibarlı”bir sahədə təhsil almalarını istəyirlər. Lakin əksəriyyət gəncin nə ilə maraqlandığını və nəyə qadir olduğunu soruşmur. Beləliklə karyera planlaşdırılması şəxsin deyil, valideynin seçim və düşüncələrinə əsaslanır. Bəzən də əksəriyyət nə istədiyini, nəyə marağının olduğunu bilmir və valideyn seçiminə ümid edir, yaxud da dostların etdiyini təkrarlayır. Məhz buna görədir ki, insanlar məzun olduqdan sonra, etdikləri yanlış karyera seçimi ucbatından xoşagəlməz nəticələrlə üzləşirlər. Bu gün biz texnologiyanın idarə etdiyibir dünyada yaşayırıq və nəticə etibarilə yaxşı vəzifələrin əksəriyyətinin tələb etdiyi elm və texnologiya öndə gedən qüvvələr hesab olunur. Bir neçə il bundan əvvəl analitiklərdən biri “Wall Street” jurnalında yazırdı: “STEM bilikləri üzrə məzun olmayanlar əmək bazarında iş tapmaqda çətinlik çəkəcəklər. Əgər onlar məktəbə hazırlıqsız və heç bir karyera planı qurmadan getsələr, məhsuldar həyat sürə bilməyəcəklər. Öz təhsilinə texnologiya biliklərinə yiyələnmədən investisiya yatıran bütün məzunlar əmək bazarı üçün tam hazırlıqsız olacaqlar. Bu, fərdlər üçün pis, biznesin inkişafı üçün ondan dapis haldır”. İllərdir bu fikri müdafiə edirəm ki, dəqiq elmlər və texnologiya bütün sənaye sektorlarında ən çox tələb olunan iki elm sahəsidir. Bir çox dillərə tərcümə edilmiş internet səhifəmdə bu mövzuya dair müxtəlif məqalələr yazmışam. Asiyada müəllimlik etdiyim müddətdə valideynlər tez-tez mənə deyirdilər övladlarımız üçün “ən etibarlı karyera” istəyirik, buna görə də çox diqqətli olmaq lazımdır. Mən isə onlara deyirdim ki, bu gün bütün biznes sahələri sürətli informasiya axınına əsaslanır. Öndə gedən şirkətlərin səmərəlilik, məhsuldarlıq və gəlir açarı texnologiyalardan istifadədir. Ona görə də İnformasiya Texnologiyaları (İT) sahəsində təhsil almaq ən etibarlı karyera olar. Bu sahənin məzunları istənilən sənaye sektorunda, hər növ işdə işləyə bilərlər. Tədqiqatlara görə növbəti on il ərzində mobil cihazların ümumi sayı 1.2 milyarddan 4.5 milyarda kimi artacaq, məlumatın ötürülməsi isə ən az min dəfə sürətlənəcək və təbii ki, hazırkı şəbəkə buna davam gətirməyəcək. İndi üzərində işlənilən texnologiya yeni nəsil mobil şəbəkəsi və ya 5G adlanır və o, hər şeyi dəyişəcək. Bir çox müəssisələr daha yaxşı, çevik internet sürəti və imkanları tələb etdiklərindən bütün telekommunikasiya şirkətləri öz infrastruktur və şəbəkə arxitekturalarını tamamilə dəyişməli olacaqlar. Mobil telefonlar, tabletlər, internetə əsaslanan cihaz idarəetmə sistemləri və digər applikasiyalar kimi qoşulmuş cihazları optimallaşdırmaq məqsədilə 5G şəbəkəsinin bütün xüsusiyyətlərini dəstəkləmək üçün şirkətlərin daha çox texniki işçilərə ehtiyacı yaranacaq. Şəbəkə mühəndisliyi, bulud hesablamaları, mobil applikasiyaların yaradılması, proqram mühəndisliyi, məlumat analitikası, maşın öyrənməsi və s. bacarıqlara sahib universitet məzunlarına yüksək tələb yaranacaq. Bu gün yüksək yexnologiya termini əsasən üç mühüm texnologiyanı bildirir: İnformasiya, Bio və Nano. Bu texnologiyalardan adətən yüksək dəyərə malik yeniliyin cəmiyyətə təqdim olunması zamanı istifadə olunur. Yüksək texnologiyanın sürətli inkişafından yararlanmaq üçün biz gəncləri dəqiq elmlər, texnologiya, mühəndislik və riyaziyyat (STEM) üzrə maarifləndirməliyik ki, onlar texnoloji cəhətdən dəyişən dünya ilə asanlıqla ayaqlaşa bilsinlər. Bu isə o deməkdir ki, ibtidaidən aliyədək bütün təhsil proqramları STEM bilikləri üzrə tələbələr hazırlamalıdırlar. Son dövrlərdə əksər insanlar fərdi kompyuter və smartfonlarda (ağıllı telefon) informasiya texnologiyalarının təsirini görüblər, lakin bu hələ başlanğıcdır. Tədqiqat laboratoriyalarında hazırlanan, lakin hələ kommersiyalaşdırılmamış bir çox mükəmməl vasitələr mövcuddur. Yüksək texnologiya sahələri STEM üzrə bacarıqlı işçilər tələb edir, odur ki, gələcək illərin tələbini qarşılamaq üçünbu bacarıqları inkişaf etdirmək vacibdir. Texnologiya dünyası xüsusi inkişaflar və tələblər yarada bilər. Bu karyera sahələri üzrə təhsil alan tələbələr ən yaxşı iş imkanları əldə edəcəklər. Əgər siz də həmin insanlar arasında olmaq istəyirsinizsə, öz təhsilinizi STEM əsasında qurmalısınız. Beləliklə, daiminkişaf edən çağırış və imkanlara hazır ola bilərsiniz.

SAHIBKARLIQ CIDDI BIR MƏSƏLƏDIR Bir çox dünya liderləri STEM təhsilinin vəsahibkarlığın iqtisadiyyatın inkişafı üçün əsas amillər olduğunu anlayırlar.Onlar bilirlər ki, sahibkarlıq bacarıqlarının və startap biznesin qabağagetməsində STEM təhsili əhəmiyyətli rol oynayır. Ötən bir neçə il ərzindəstartap biznesi kiçik biznesin qurulması ilə qarışdırılırdı. Həqiqət isə budurki, sahibkarlıq texnologiya ilə əlaqələndirilir və əksər startaplar ənənəvi kiçik bizneslər deyil, sürətlə inkişaf edən, yüksək gəlirli iş təklif edən və yerli iqtisadiyyata töhfə verən texnologiya ilə bağlıdır. Hətta bu gün də sahibkarlıq ciddi təhsil tələb edən bir sahə deyil, əsas təhsil sistemindən kənar, əlavə fəaliyyət sahəsi kimi öyrədilir. Mən isə bunun yanlış olduğunu düşünürəm. İqtisadiyyatın inkişafı üçün sahibkarlıq fizika, kimya və riyaziyyat kimi əsas bir fənn olaraq keçilməlidir. Bugün yaşadığımız dünya dünənkindən fərqlidir. Sabah isə bugünkündən əhəmiyyətli dərəcədə fərqlənəcək. Axı texnologiya bizim çoxumuzun düşünmə bacarığından daha böyük sürətlə təkamül edir. Texnoloji problemləri həll edə biləcək texnikisahələr üzrə ixtisaslaşmış kadrlar yetişdirmək üçün orta məktəbdən universitetə qədər təhsil sistemində təşəbbüskar düşünmə təşviq edilməlidir. Problemlərin həllinə yönəlmiş sahibkarlıq düşüncə və bacarıqlarının inkişafını təşviq edən yeni tədris üsulları tətbiq olunmalıdır. Zəngin olmaq üçün sahibkar olmaq anlayışı problemləri, xüsusilə də başqalarının edə bilməyəcəyi çətin məsələləri həll etmək qabiliyyəti ilə əvəzlənməlidir. Bu, təşəbbüskar düşüncə tərzinin əsas mahiyyətidir və gənclər məhz bunu öyrənməklə cəmiyyətdə fərqliliklər yarada biləcək yenilikçi insanlar kimi yetişəcəklər.Şagirdproblemlərin qorxub şikayətlənməli bir amil deyil, potensial imkanlar olduğunu öyrənməlidir. Onlar özlərindən soruşmalıdırlar: “Mən bu məsələni necə həll edəbilərəm? Məndən başqa nə qədər insan bu problemlə üzləşir? Nə üçün həll edə bilmirlər? Məsələ nədədir? - Onlar doğru sualları verməklə analiz etməyi öyrənəcək, imkanları və seçimləri müəyyən edəcəklər. Bütün uğurlu sahibkarlar karyeralarına eyni sualla başlayırlar: “Həll etməli olduğum məsələ nədir?”. Bir dəfə tələbələr mənə Stiv Cobs və ya Bill Qeyts olmaq istədiklərini dedilər, mən isə onlardan soruşdum: “Stiv Cobs Apple-ni yaratmadan öncə necə biri idi? Onun üç başı və ya altı qolu var idi? Xeyr, o, sizin kimi adi bir insan idi. Fərq onun məsələyə yanaşması və özünə “Mən bu məsələni necə həll edə bilərəm” sualını verməsi idi”. Məsələnin həllinə yönəlmiş hər şeylə maraqlanan beyni onu kiçik bir kompyuter yaratmağa vadar etdi və bunu bahalı Meynfreym EHM-ləralmağa gücü çatmayan insanlar üçün həll yolu olaraq bir neçə min dollara satdı. Texnologiya əsaslı bu dünyada iqtisadiyyatın inkişafı üçün ən yaxşı üsul yeni məhsullar yaradan, yeni bizneslər quran, yeni iş yerləri təklif edən, iqtisadiyyatı inkişaf etdirən və əhalinin yaşayış səviyyəsini qaldıran daha çox yenilikçi və sahibkarlara sahib olmaqdır. Bütün bunlar elm və texnologiyanın təməlinin möhkəm qoyulması istiqamətinə yönəlməklə insanların maariflənməsinə fərqli şəkildə yanaşmaqdan başlayır və problemlərin həlli üzərinə köklənir. Mən inanıram ki, sahibkarlar cəmiyyətin tərəqqisi üçün zəruri olan, gələcəyin müasir biliklərə sahib bir cəmiyyətini yaradan, yeni iqtisadiyyatın dəstəkverici qüvvələridir. 

Mənbə: https://www.muallim.edu.az/news.php?id=8283  

Yataqxana 26 il sonra tələbələrini qəbul edib

Bu gün UTECA tələbələrinin bir qismi yataqxanaya yerləşdirilib. Rektor, professor Akif Süleymanov yataqxananın açılışında iştirak edib və otaqların açarlarını tələbələrə təqdim edib. Yeni yaradılan şəraitlə tanışlıq zamanı rektor tələbələrə yataqxana qaydalarına əməl etməyi, dərslərə daha ciddi hazırlaşmağı tövsiyə edib. Azərbaycan Texnologiya Universitetinin 1000 tələbəlik yataqxanası iki korpusdan ibarətdir. Onlardan biri 1981, digəri isə 1989-cu ildə inşa edilərək istifadəyə verilib. 1993-cü ildən hər iki binada məcburi köçkünlər məskunlaşıb. 2013-cü ildə məcburi köçkünlər onlar üçün salınan yeni yaşayış massivinə köçürülüb. Uzun zaman istifadəyə yararsız qalan yataqxananın bir hissəsi Texnologiya Universitetinin daxili imkanları hesabına bərpa edilib. Hər iki binanın dam örtüyü yenilənib, bir mərtəbədə əsaslı təmir və yenindənqurma işləri aparılıb. Burada tələbələrin rahatlığı üçün hər cür şərait yaradılıb. Otaqlar zəruri məişət avadanlıqları, istilik sistemi ilə təmin olunub. Yataqxananın həyətində yeni yaşıllıq zonası salınıb. Ərazidə futbol meydançasının qurulması da planlaşdırılır. Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetində təhsil alan tələbələrin 60%-i ayrı-ayrı bölgələrdəndir.   

Erasmus+EQAC komandanı Vilnüsə topladı

Azərbaycan Texnologiya Universitetinin nümayəndə heyəti növbəti dəfə Litvada təlimdə iştirak edirlər. Avropa Komissiyası tərəfindən maliyələşən Erasmus+EQAC layihəsi çərçivəsində Litvanın paytaxtı Vilnüs şəhərində təşkil edilən təlimlərdə UTECA-nı universitetin Keyfiyyətin təminatı şöbəsinin müdiri Asiman İlyasov, Elm və xarici əlaqələr mərkəzinin direktoru Orxan Vətənxah təmsil edirlər.Təlimlərdə Avropalı təhsil ekspertləri ilə birlikdə Keyfiyyətin təminatı üçün istifadə olunan QPR Graphics Design və QPR Metrics proqram təminatları barədə müzakirələr aparılır. Hər universitet nümayəndələri təmsil etdikləri ali təhsil müəssisəsinin timsalında sözügedən proqram təminatının köməyi ilə iyerarxik strukturunu quraraq vəzifə təlimatlarını daxil edirlər.  


İşə götürənlər gələn il nə tələb edəcək?

10 ƏSAS BACARIQ Gələcəkdə işsiz qalmamaq üçün hansı keyfiyyətləri inkişaf etdirmək lazımdır? Ümumdünya İqtisadi Forumunun “The Future of Jobs” hesabatına görə 2020-ci ildə işəgötürənlərin üstünlük verdiyi bacarıqların çoxu 2015-ci ildə elə də əhəmiyyətli hesab edilmirdi. Səbəb isə texnologiyanın surətli inkişafıdır. Lakin mütəxəssislər hesab edirlər ki, robotlar mövcud peşələri tamamilə əvəz etməyəcək, avtomatlaşdırılmış tapşırıqların yalnız bir hissəsini öz uzərinə götürə biləcəklər. İnsanlar isə, karyera pilləsində irəliləmək üçün, özlərində daha çox keyfiyyətləri inkişafetdirməli olacaqlar. Qurumun araşdırmasına görə 2020-ci ilin fərd bacarıqları əsasən aşağıdakıları özündə əks etdirməlidir. 1. Problemlərin kompleks həlli Bu bacarıq peşəkarın həmkarları ilə zəncvari əlaqə rolunu oynamasına, problemi aşkar etməklə yanaşı onun mənbəyini müəyyənləşdirməsinə kömək edir. Bu qabiliyyətin sahibi olan mütəxəssis layihədə qarşıya çıxan problemləri təxmin etməli və onun qarşısını almağı bacarmalıdır. Mütəxəssislərin fikrincə 2020-ci ildə iş yerlərinin 36%-ində məhz problemləri hərtərəfli həll etmək bacarığı tələb olunacaq. 2. Tənqidi düşüncə Texnologiyalar təkmilləşir -Alibaba və Microsoft şirkətləri 2018-ci ildə dünyada ilk dəfə mətnin oxunuşunun başa düşülməsinə görə insandan üstün süni intellekt (Aİ) sistemini təqdim etdilər. Lakin genişlənən robototexnika imkanları tənqidi düşüncəyə sahib insanlara ehtiyacı da artırır. Məsələn, insan istifadə olunan texnologiyanın nə qədər optimal və etik olduğunu və fayda verməsi üçün onu kalibrləmə üsulunu qiymətləndirməlidir. 3. Kreativlik Süni intellekt dünyasından daha bir xəbər - Microsoft texnki tapşırığı, daha dəqiq desək mətni təsvirə çevirməyi bacardı. Məlum məsələdir ki, hələ başlanğıc astanasında olan bu yenilik sadə tərtibatçılara tələbi azaldacaq. Ancaq maraqlı, yaradıcı fikirlərə ehtiyacı artıracaq. Odur ki, işəgötürənlər 2015-ci ildə sonuncu sırada yer alan kreativlik bacarığına 2020-ci ildə daha çox üstünlük verəcəklər. 4. İnsanları idarə etmək bacarığı Şirkət işçilərini koordinasiya etmək, tapşırıqlar vermək, nəzarətdə saxlamaq qədər, icra üsullarını müəyyənləşdirməkdə vacibdir. Xarizma, cazibədarlıq, empatiya keyfiyyətləri isə robotlar üçün səciyyəvi deyil. Nəticə etibarilə işəgötürənlər gələcəkdə liderlik qabiliyyəti olanlara - insanları motivasiya etməyi, istedadları təşviq və inkişaf etdirməyi, effektiv komanda qurmağı bacaran fərdlərə ehtiyac duyacaqlar. 5. İnsanlarla qarşılıqlı əlaqə Komandada işləmək bacarığını tamamilə əvəzləmək üzrə olan bu bənd həm də gələcək sosial bacarıqların ümumi tendensiyasını əhatə edir. Yeni tanışlıqlara uyğunlaşmaq, razılaşmaq, qayğı göstərmək, məsuliyyəti digərinə ötürməmək – hesabatı hazırlayan analitiklərinfikrincə bu keyfiyyətləri özündə birləşdirməkdə fayda var. 6. Emosional zəka (EQ) Emosional zəka özünün və digərlərinin emosiyalarını anlamaq, idarə etmək, yəni bu emosiyalardan situasiyaya görə istifadə etmək bacarığıdır. Alimlərin fikrincə bu xüsusiyyət qədim insanların da həyatda qalma səbəblərindən olub. İnsanlar mağaraları çoxdan tərk etdiblər, lakin, emosional zəka hələ də cəmiyyətdə uğurlu fəaliyyət göstərmək üçün əsas bacarıq hesab olunur. Unutmayın ki, hər reaksiya komanda daxilində münasibətləri tənzimləyəcək. 7. Təhlil etmək və qərar vermək bacarığı Hər hansı şirkət milyonlar gətirən qərardan əvvəl müəyyən analizlər həyata keçirir. Məlumat mənbə və vasitələri isə günbəgün artır, genişlənir. Bu tendensiya əldə olunan məlumatları təhlil etməyi və sistemləşdirməyi bacaran əməkdaşlara ehtiyac yaradır. Vacib meyara sahib olanlar çətin ki, işsiz qalsın. 8. Müştəriyə yönəlmə Məqsədli şəkildə başqasına kömək etmək yollarını, o başqasının kim ola biləcəyini fəal şəkildə axtarmaq bacarığı. Daha çox xidmət sektorunda üstünlük verilən və bütün komandaya uğur gətirə biləcək bu keyfiyyət kollektiv daxilində də işə yarayır. 9. Danışıq aparma qabiliyyəti Fikir müxtəlifliyini aradan qaldırmaq, güzəştlər təklif etmək, tərəfləri ortaq nöqtəyə gətirmək bacarığı. Bu xüsusiyyətlər əsasən kompyuter, riyaziyyat, dizayn və bəzi sənət sahələrində tələb olunacaq. 10. Düşüncə çevikliyi Mütəxəssis eyni anda bir neçə fikir yürütməyi, naməlum yolları sınayıb daha optimalını seçməyi, iş prosesinə yeni məlumat və son texnologiyaları daxil etməyi bacarmalıdır. Ünsiyyət zamanı deyilənləri hərtərəfli anlamaq, həmsöhbətin şəxsiyyətindən asılı olaraq davranışı nizamlamaq bacarığı işəgötürənlər üçün vacib faktor olacaq. 2015-ci ildə şirkət rəhbərləri də ilk növbədə problemlərin hərtərəfli həllini vacib hesab edirdilər. İnsanlarla ünsiyyət bacarığı ikinci, insanları idarə etmək bacarığı – üçüncüsü yerdə idi. Sonrakı ardıcıllıqda isə tənqidi düşüncə, danışıq bacarığı, müştəriyə yönəlmə, təhlil və qərar qəbul etmək, yaradıcılıq gəlirdi. İndi üstünlük verilən emosional zəka və düşüncə çevikliyi bəndlərinin yerində isə 5- il əvvəl keyfiyyətə nəzarət və dinləmə qabiliyyəti dayanırdı.     

Gənc Avropa səfiri UTECA-da olacaq

Gənc Avropa səfiri (Young European Ambassador) Nərgiz Hacıyeva Azərbaycan Texnologiya Universitetində (UTECA) 21-22 noyabr 2019-cu il tarixində həmmüəllif olduğu “Doktoral Dissertasiyasını yazmaq haqqında metodik göstərişlər” (“Didactical Guidelines Handbook on Writing a Doctoral Dissertation”) adlı kitabın təqdimatını keçirəcək. Müəllif doktorluq işinin necə yazılması və başa çatdırılmasının spesifik xüsusiyyətləri haqqında mühüm göstəriş və məsləhətlər verəcək. Sözügedən metodik vəsait doktorant, dissertant, gənc müəllim və tədqiqatçılara fəlsəfə və elmlər doktoru proqramları üzrə dissertasiya işinə metodik dəstək verməklə yanaşı, metodoloji axtarış problemini asanlaşdırmaqda kömək edəcək.Nərgiz Hacıyeva 2014-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər ixtisasını bakalavr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirib. O, 2017 Litva və Fransa Dövlət təqaüdü vasitəsi ilə Vitautas Magnus Universiteti və Fransanın Sciences PO Diplomatiya Məktəbi Beynəlxalq Münasibətlər və Diplomatiya İxtisasının magistr dərəcəsini də fərqlənmə diplomu ilə bitirib. Nərgiz Hacıyeva müxtəlif vaxtlarda Korvinus Universiteti Budapeştin nəzdində fəaliyyət göstərən, Şərqi Avropanın ilk siyasi-tarixi beyin mərkəzi olan Soyuq Müharibə Siyasi Tədqiqatlar İnstitutunda müstəqil tədqiqatçı və siyasi analizçi, Çexiya Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Beynəlxalq Münasibətlər İnstitutunda Şərqi və Mərkəzi Avropa Ölkələri Departamentində işləyib. Eyni zamanda, Mərkəzi Avropada ilk diplomatik akademiya olan Avropa Diplomatik Akademiyasının (European Academy of Diplomacy) “Avropa İttifaqının Xarici Siyasəti” adlı proqramının fəxri məzunudur. Bir çox xarici və yerli siyasi platformalarda 50-dən çox məqalə, 6 tədqiqat işi, Almaniyanın Düsseldorf şəhərində çap olunub, “İran və Türkiyənin Cənubi Qafqazda Enerji münasibətlərindən” bəhs edən kitabın müəllifidir. Akademik fəaliyyəti dövründə müxtəlif Avropa universitetlərində - Varşava universiteti, Avropa Humanitar Elmlər Universiteti, Vilnus Universiteti, Vitautas Magnus Universiteti, Varşava İqtisadiyyat Məktəbi, Korvinus Universiteti Budapest, Sciences PO, Azərbaycan Texnologiya Universiteti və digər universitetlərdə seminarlar həyata keçirib. 2019-cu ildə Avropa İttifaqı, Litva və Polşa Xarici İşlər Nazirlikləri tərəfindən təşkil edilən “Avropa Şərq Tərəfdaşlıq Proqramının gələcəyi” (The future of Eastern Partnership Programme) üzrə beynəlxalq məqalə müsabiqəsinin qalibidir. 2018-ci il “Beynəlxalq Münasibətlər və Asia üçün Harvard Layihəsinin Dövlət və Geosiyasət Panelinə” (HPAİR- Harvard Project for Asian and İnternational Relations) fəxri nümayəndə heyəti seçilib. İsveçrənin Cenevrə Universiteti Siyasi Elmlər Departamentinin “Democracy Net” gənc alimlər şəbəkəsinin və “Avstriyada yerləşən Innovation in Politics” Beyin Mərkəzinin üzvüdür. Avropa İttifaqı tərəfindən 2018-ci ildə Gənc Avropa Səfiri (Young European Ambassador) seçilib.Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Əməkdaşlıq departamentinin Xarici Əlaqələr şöbəsinin əməkdaşı, UNEC Beynəlxalq İqtisadiyyat məktəbinin müəllimi (ingilis dilli), gənc doktorantıdır. 

UTECA-da olimpiada keçirilib

Azərbaycan Texnologiya Universitetində Avtomatika Telekommunikasiya və İnformatika fakültəsinin təşkilatçılığı ilə müxtəlif fənlər üzrə olimpiada təşkil edilib. IV-XI sinif şagirdləri öz biliklərini informatika, riyaziyyat və fizika fənləri üzrə sınayıblar. İştirakçılara 30 sualın cavablandırılması üçün iki saat vaxt verilib. Olimpiadanın keçirilməsində məqsəd məktəblilərin abituriyent imtahanlarına hazırlığı ilə yanaşı sözügedən fənlər sahəsində xüsusi qabiliyyətə malik şagidrlərin seçilməsi və onlara biliklərinin daha da genişləndirilməsi üçün gələcəkdə dəstək göstərilməsidir.