Azərbaycan Texnologiya Universitetində 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıqla bağlı növbəti iclas keçirilibUniversitet rəhbərliyi, dekanlar, kafedra müdirləri və tyutorların iştirak etdiyi yığıncaqda rektor əvəzi dos.Yaşar Ömərov imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsinin vacibliyini diqqətə çatdırıb.Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq İmtahan qərargahının yaradıldığını bildirən Y.Ömərov iştirakçılara imtahan prosesində yarana biləcək xoşagəlməz halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ qaydalara uyğun mütəşəkkil təşkil olunması barədə tapşırıqlar verib.İclasda cari sessiya ilə bağlı İmtahan Komissiyasında aparılan işlərin vəziyyəti də müzakirə edilib. 568 dəfə oxunub
Uğurun səbəbkarı, davamlı inkişafın qarantı Azərbaycan xalqı tarixin müxtəlif mərhələlərində dahi şəxsiyyətlər yetişdirmiş, onların səyi nəticəsində böyük uğurlar əldə etmişdir. Ancaq, o şəxsiyyətlər Azərbaycan xalqının liderləri olsalar da heç biri, Azərbaycan adlı Respublikanın liderləri deyildilər. 1991-ci ildə yaradılmış Azərbaycan Respublikası özünün yetişdirdiyi iki liderlə xatırlanmış, mövcud olmuş, inkişaf etmiş və inkişaf etməkdə davam etməkdədir. Bu liderlərdən birincisi Azərbaycan Respublikasının qurucusu hesab edilən bu dövlətin dönməzliyini və daimiliyini təmin edən, onu ağır və dağınıq vəziyyətdən uğurla çıxardaraq inkişaf yoluna qoyan, Ulu öndərimiz Heydər Əliyevdir. Digəri isə, Azərbaycanı Ulu öndərdən təfil alaraq surətlə inkişaf etdirən, bütün problemlərin öhdəsindən məharətlə gələn, öz ağlı, qabiliyyəti və uzaqgörən siyasəti ilə böyük dövlətləri belə Azərbaycanla hesablaşmağa məcbur edən, xalqın sevimlisi Cənab Prezident İlham Əliyevdir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir, uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır. Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Prezident İlham Əliyev ölkədə İnsan haqları və azadlıqlarının daha dolğun təmin olunmasını daim diqqət mərkəzində saxlayır. O, Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirir. İlham Əliyev Prezident Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində misilsiz fədakarlıq göstərmişdir və bu sahədə fəaliyyətini indi də uğurla davam etdirir. 1997-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti təyin olunan İlham Əliyev az vaxt içərisində həmin sahədə də yüksək təşkilatçılıq istedadına malik olduğunu göstərmişdir. Onun yorulmaz və gərgin əməyi sayəsində, qısa müddət ərzində, Azərbaycan idmanı ayağa qaldırılmış, dünya şöhrəti qazanmışdır. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı parlaq uğurlar İlham Əliyevin başçılıq etdiyi idman hərəkatının, hər şeydən əvvəl, böyük siyasi qələbəsidir. İlham Əliyev uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir. Onun təşəbbüsü ilə təkcə paytaxt Bakıda deyil, eyni zamanda regionlarda da olimpiya idmanı-sağlamlıq komplekslərinin tikilib istifadəyə verilməsi, idmanın müxtəlif sahələrinin inkişafı üçün güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş müdrik siyasətin parlaq təzahürləridir. Hazırda Azərbaycanın beynəlxalq yarışlarda, idmanın müxtəlif sahələrində ön mövqelərə çıxması, Bakının dünya üzrə mühüm beynəlxalq yarışların keçirildiyi mərkəzə çevrilməsi Azərbaycanın şöhrətini daha da artırır, onun beynəlxalq nüfuzuna müsbət təsir göstərir. Bu, İlham Əliyevin gənclər siyasətinin ən böyük uğurlarından biridir. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarına; tarixi faktlar və dəlillərlə cavablandırmışdır. Azərbaycan Prezidenti İlham Əliyev bir çox ölkənin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görülmüş, AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif olunmuşdur.Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. Cənab Prezidentin fəaliyyəti Azərbaycan xalqını bir daha əmin edir ki, onun dövləti güclü əllərdədir və onun liderinin apardığı siyasət Azərbaycan Respublikasının daha da güclü gələcəyinin qarantıdır. Şahmar Umud oğlu HəsənovAzərbaycan Texnologiya Universiteti Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir 572 dəfə oxunub
2022-ci ilin 15 dekabr tarixində Azərbaycan Texnologiya Universiteti ilə Gəncə Şərab 2 zavodu arasında memorandum imzalanıbBu çərçivədə tərəflər arasında görüş Gəncə Şərab 2 zavodunda baş tutub. Görüş zamanı kadr hazırlığının müəssisələrin tələblərinə uyğunlaşdırılması, müasir texnologiyaların elmi əsaslarla tətbiqinin gücləndirilməsi, elmi-praktik təcrübələrin birgə aparılması, şərab turizminin inkişaf etdirilməsi kimi məsələlər müzakirə edilib, təkliflər irəli sürülüb.Müzakirələrdən sonra Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos.Yaşar Ömərovla Gəncə Şərab-2 ASC-nin idarə heyətinin sədri Saleh Babazadə əməkdaşlıq memorandumu imzalayıblar.Görüş çərçivəsində universitet rəhbərliyi və nümayəndə heyəti müəssisənin infrastrukturu, tətbiq olunan müasir texnologiyalar, avadanlıqların iş prinsipi, kadr tələbatı və müəssisələrin qarşılaşdıqları problemlərlə yaxından tanış olublar.Qeyd edək ki, əsası 1984-cü ildə qoyulan Gəncə Şərab 2 zavodu 1998-ci ildə tamamilə rekonstruksiya olunaraq aparıcı Avropa şirkətlərinin müasir avadanlıqları ilə təchiz olunub. 583 dəfə oxunub
ECAR Erasmus+ layihəsinin Belçikada növbəti təlim proqramı öz işinə başlayıbBakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Kommissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” layihəsi çərçivəsində növbəti səfər Belçikada yerləşən EFMD Global qurumuna təşkil olunub.12-16 dekabr tarixlərini əhatə edən tədbirin məqsədi Avropa təcrübəsinin mənimsənilməsi və ali təhsilin beynəlmiləlləşdirilməsində potensialın gücləndirilməsidir. Səfərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, layihə konsorsiumunun üzvü olan Azərbaycanın 17 ali təhsil müəssisəsindən 50-ə yaxın nümayəndə heyəti - rektorlar, prorektorlar və digər məsul şəxslər, o cümlədən xarici tərəfdaşlar qismində İsveçin Kral Texnologiya Universitinin, İspaniyanın Alicante Universiteti, İspan Rektorlar konfransının, Avropa Beynəlxalq Təhsil Assosiasiyasının, Avropa İttifaqının Tədqiqatlar və İnnovasiyalar üzrə Baş Müdirliyinin, Alman Akademik Mübadilə Xidməti / DAAD-nin nümayəndələri iştirak edirlər.Səfər müddətində EFMD Global və digər Avropa partnyorları tərəfindən keyfiyyət təminatı və beynəlmiləlləşmə, tədqiqatların və tədrisin beynəlmiləlləşməsi, beynəlmiləlləşmə strategiyalarının inkişaf etdirilməsi, beynəlxalq layihələr, Alman Akademik Mübadilə Xidməti kimi olduqca mühüm mövzularda seminarlar və təqdimatlar keçirilməkdədir.Təlimdə Azərbaycan Texnologiya Universitetini Tədris şöbəsinin müdiri Raqif Hüseynov və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri v.m.i.e. Ramidə Xəlilova təmsil edirlər. 680 dəfə oxunub
Azərbaycan Texnologiya Universiteti yeni loqonun hazırlanması üçün müsabiqə elan edirMüsabiqə şərtləri:1. Loqo Azərbaycan Texnologiya Universitetinin əsas fəaliyyət istiqamətlərini özündə təcəssüm etdirməlidir.2. Loqo müasir, sadə, günümüzün dizayn trendlərinə uyğun şəkildə hazırlanmalıdır.3. Loqonun kəsb etdiyi məna mütləq yazılı şəkildə izah edilməlidir. İstəyə bağlı olaraq loqonun müxtəlif səthlər üzərində görünüşü, onun “mock-up”lara uyğunlaşdırılmış görüntüləri yerləşdirilə bilər.4. Loqo eskiz şəklində də göndərilə bilər. Seçilən dizayn eskiz halındadırsa, daha sonra rəqəmsallaşdırılaraq daha yaxşı formada təqdim edilə bilər.5. Loqo hazırlayan şəxsin ad, soyad, doğum tarixi, əlaqə nömrəsi qeyd olunmaqla müsabiqənin son təhvil tarixinədək aşağıda göstərilmiş e-poçt ünvanına göndərilməlidir.6. İştirakçı müsabiqəyə bir və ya daha çox dizayn nümunəsi təqdim edə bilər. Bunun üçün hər bir loqo layihəsi ayrıca e-poçt məktubla göndərilməlidir.7. Göndərilən loqo layihələri yalnız layihəni hazırlaşan şəxsin özünə məxsus olmalıdır.8. Loqonun rəqəmsal forması minimum 1000x1000px ölçüsündə olmalıdır. Loqo təqdimat məktubuna AI və PNG fayl formatları yerləşdirilməlidir.Müsabiqə üçün hazırlanan loqo nümunələri 27.12.2022-ci il tarixinə qədər m.ga[email protected] elektron poçtuna göndərilməlidir.Əlaqə: +994 55 687 83 34Müsabiqədə qalib gələn loqonun müəllifi universitet tərəfindən mükafatlandırılacaq. 740 dəfə oxunub
Azərbaycan Texnologiya Universitetinin rəhbərliyi və kollektivi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu öndərin abidəsi önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin xatirəsini ehtiramla anıblar. 707 dəfə oxunub