Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universitetində Avropa Kommissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi ilə bağlı məlumatlandırma günü keçirilib.

Tədbir layihə çərçivəsində bu ilin 10-14 iyul tarixlərində tələbə və məzun işləri üzrə İspaniya Rektorlar Konfransının, eləcə də və İspaniya ali təhsil müəssisələrinin, həmçinin Fransa, Polşa və Litvadan olan tərəfdaşların iştirakı ilə Madriddə keçirilmiş səfər zamanı əldə olunan təlim nəticələrinin müzakirəsinə həsr olunub.

Görüşün əvvəlində Beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı mütəxəssisi, layihə meneceri İlahə Qurbanova sözügedən layihənin ümümi məqsədi, yerli və xarici tərəfdaşları, cari fəaliyyət planı, eyni zamanda yaradılacaq Azərbaycan Rektorlar Konfransının tərkibində yer alan komitələr barədə iştirakçılara məlumat verib.

Daha sonra beynəlxalq təlimdə Azərbaycan Texnologiya Universitetini təmsil etmiş tədris işləri üzrə prorektor Raqif Hüseynov və sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov çıxış edərək İspaniya Rektorlar Konfransının yaranması, İspaniya ali təhsil sistemində rolu, strukturu, fəaliyyət istiqamətləri, müvafiq komitələri, eyni zamanda İspaniya universitetlərində tələbələrlə iş üzrə məsələlərdə yeni strateji baxış, sektorlararası münasibətlər və koordinasiya ilə bağlı ətraflı məlumat veriblər.

Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Azərbaycan Texnologiya Universitetində Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş tədbir keçirilib

Əvvəlcə dövlət himni səsləndirilib. Daha sonra Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədris işləri üzrə prorektor Raqif Hüseynov açılış nitqi ilə çıxış edərək ATU müəllimlərinin universitet həyatında xidmətlərindən danışıb. Prorektor universitetin bütün müəllimlərini təbrik edib, elmi, pedaqoji fəaliyyətlərində yeni-yeni uğur və nailiyyətlər arzulayıb.

Tədbirdə elm və innovasiyalar üzrə prorektor v.m.i.e Mayıs Gülalıyev, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov, strateji inkişaf və rəqəmsallaşma üzrə müşavir Mehman Kərimov, Tədris şöbəsinin müdiri Cəsarət Şabanov, Elmi Tədqiqat Mərkəzinin direktoru Qalibə Məmmədova çıxış edərək Azərbaycanda və dünyada müəllim peşəsinin tarixindən, gənc nəslin vətənpərvər ruhda yetişməsində rolundan, müəllim missiyasının dəyərlərindən bəhs edilib.

Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov universitetdə çalışan qocaman müəllimlərlə görüş keçirib.

Beynəlxalq Müəllimlər Günü münasibətilə baş tutan görüşdə Y.Ömərov elmi-pedaqoji əmək təcrübəsinə malik olan qocaman müəllimləri xüsusi gün münasibətilə təbrik edib, onlara cansağlığı, fəaliyyətlərində uğur və nailiyyətlər arzulayıb.

Y.Ömərov müəllimlərin cəmiyyətimizdə, dövlətimizin inkişafında rolunu və xidmətlərini xüsusi qeyd edib, universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi, yüksəkixtisaslı gənc kadrların hazırlanması istiqamətində görülən işlərdə müəllimlərin rolunu vurğulayıb, qarşıya qoyulan hədəflərə çatmaq üçün həyata keçirilən layihələrdə bundan sonra da istər qocaman, istərsə də gənc müəllimlərin potensialından istifadə olunacağını bildirib.

Görüşün sonunda qocaman müəllimlər təltif edilib.


Avtomatika, telekommunikasiya və informatika (ATİ) fakültəsinin I kurs tələbələri ilə görüş keçirilib

Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e dos. Yaşar Ömərov ATİ fakültəsinin l kurs tələbələri ilə görüşüb.

Görüşdə tədris işləri üzrə prorektor Raqif Hüseynov, elm və innovasiyalar üzrə prorektor v.m.i.e. Mayis Gülalıyev, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov, ATİ fakültəsi rəhbərliyi və digər struktur bölmə rəhbərləri iştirak edib.

Yaşar Ömərov yeni tədris ili münasibətilə tələbələri bir daha təbrik edib, təhsildə uğur qazanmağı arzulayıb, onlara universitetin imkanları, ictimai həyatı, tədrisin təşkili ilə bağlı məqamlar, beynəlxalq layihələr, mübadilə proqramları, universitetdə fəaliyyət göstərən tələbə cəmiyyətləri barədə məlumat verib, bu imkanlardan yararlanmağı tövsiyə edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb

Azərbaycan Texnologiya Universitetində “Startaplar: İdeyadan biznesə” adlı təlim keçirilib.

Təlim ATU İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev və mütəxəssisi Tural Rüstəmov tərəfindən tələbələr üçün təşkil olunub.

Məqsəd tələbələrin startap sahəsində bilik və bacarıqlarının artırılmasına kömək etmək, komandaların biznes modelini hazırlamaq, komanda formalaşdırmaq bacarıqlarını artırmaqdan ibarətdir.

Təlimdə bazarın və risklərin dəyərləndirilməsi, layihələrin investorlara təqdim edilməsi, investorlarla görüşlərə hazırlıq, komanda ilə işləmək qaydaları, mentorların seçilməsi və onlarla iş qaydaları haqqında məlumatlar verilib, startap layihələrinə investor axtarışı istiqamətində təcrübələr bölüşülüb.

İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbələri ilə görüş keçirilib

Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e dos. Yaşar Ömərov İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbələri ilə görüşüb.

Görüşdə tədris işləri üzrə prorektor Raqif Hüseynov, elm və innovasiyalar üzrə prorektor v.m.i.e Mayis Gülalıyev, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov, İE fakültəsi rəhbərliyi və digər struktur bölmə rəhbərləri iştirak edib.

Yaşar Ömərov yeni tədris ili münasibətilə tələbələri bir daha təbrik edib, təhsildə uğurlar arzulayıb, onlara universitetin imkanları, ictimai həyatı, tədrisin təşkili məsələləri, beynəlxalq layihələr, mübadilə proqramları, universitetdə fəaliyyət göstərən tələbə cəmiyyətləri barədə məlumat verib, bu imkanlardan yararlanmağı tövsiyə edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.