Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

ATU ilə Trier Tətbiqi Elmlər Universiteti arasında əməkdaşlıq əlaqələri qurulub

Azərbaycan Texnologiya Universiteti ilə Almaniyanın Trier Tətbiqi Elmlər Universiteti arasında əməkdaşlıq əlaqələri qurulub. Bu çərçivədə Trier Tətbiqi Elmlər Universitetinin professoru Dr. Patrick Siegfried Azərbaycan Texnologiya Universitetində olub, rektor əvəzi Dos. Yaşar Ömərovla görüşüb. Görüş zamanı uzunmüddətli əməkdaşlığın perspektivləri, eləcə də birgə həyata keçirilə biləcək planlar müzakirə edilib.Görüşün sonunda hər iki universitet arasında əməkdaşlıq memorandumu imzalanıb. Trier Tətbiqi Elmlər Universitetinin Prezidenti Dr. Dorit Şumanın əvvəlcədən imzaladığı sənədi Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi Dos. Yaşar Ömərov da imzalayıb.Daha sonra Dr. Patrick Siegfriedin “Ərzaq iqtisadiyyatında davamlı konseptlər” mövzusunda elmi seminarı baş tutub. Seminarda professor-müəllim heyətinin üzvləri, eləcə də magistr və doktorantlar iştirak edib, müvafiq sahənin aktual problemləri müzakirə edilib.

 

 

 

``Strateji insan resurslarının idarə olunması`` tədris proqramının açılış mərasimi baş tutub

ECAR layihəsi çərçivəsində "Strateji insan resurslarının idarə olunması" tədris proqramının açılış mərasimi baş tutub7 fevral 2023-cü il tarixində Avropa Komissiyasının maliyyələşdirdiyi və Bakı Biznes Universitetinin koordinatorluq etdiyi “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində "Azərbaycan HR İnstitutu" tərəfindən keçirilən "Strateji insan resurslarının idarə olunması" tədris proqramının açılış mərasimi baş tutub. Azərbaycan Turizm və Menecment Universitetinin ev sahibliyi etdiyi tədbirdə Azərbaycan Texnologiya Universitetini İnsan resursları şöbəsinin müdiri Asif Həsənzadə və Beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı mütəxəssisi, layihə meneceri İlahə Qurbanova təmsil ediblər.Tədbiri giriş sözü ilə açan ATMU-nun tədris işləri üzrə prorektoru f.ü.e.d. Prof. Zaur Bağırov hazırda idarəetmənin mühüm halqalarından birinin insan resursları olduğunu bildirməklə, bu istiqamətdə ali təhsil müəssisələrinin əməkdaşlarının beynəlxalq sertifikasiya proqramında iştirak etməsinin əhəmiyyətini yüksək qiymətləndirib və iştirakçılara uğurlar arzu edib.Daha sonra ECAR layihəsinin koordinatoru, Bakı Biznes Universitetinin Universitet-sənaye əməkdaşlığı şöbəsinin müdiri Gülşən Bayramova çıxış edərək ECAR layihəsinin əsas məqsədlərindən birinin ali təhsil müəssisələrinin idarəetmə bacarıqlarının inkişafı olduğunu vurğulayıb.Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov isə ölkəmizdə insan kapitalının inkişafı, ali təhsildə idarəetmənin təkmilləşdirilməsi, strateji insan resurslarının idarəedilməsinin təşkili və bu istiqamətdə innovativ yanaşmaların vacibliyini qeyd edib.Qeyd edək ki, Azərbaycan HR İnstitutunun "Strateji insan resurslarının idarə olunması” tədris proqramında təlimçisi qismində Fəzilə Əsgərova çıxış edəcək. Təlimlər toplam 6 modul (İstedadların cəlb olunması, HR əməliyyatlar, Öyrənmə və inkişaf, İstedadların idarə olunması, Ölçmə və analitika, biznes liderlik) olmaqla ümumilikdə 20 saat müddətində təşkil olunacaq.   

 

 

 

 

Azərbaycanın dövlət və xalq birliyi qardaş Türkiyənin yanındadır!

Bunu bir daha təzahür etmək üçün Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi Yaşar Ömərov, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov və Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov Tükiyənin Azərbaycandakı Səfirliyinin önündə qardaş ölkədə baş verən faciəvi zəlzələnin qurbanlarının xatirəsinə ayrılmış məkana gül dəstələrib düzərək ifadə ediblər.Onlar zəlzədə həyatını itirənlərin xatirəsini ehtiramla yad edib, yaralananlara şəfa diləyiblər. 


Azərbaycan Texnologiya Universitetində növbəti semestrə hazırlıqla bağlı iclas keçirilib

İclasda universitetin rektor əvəzi dos. Yaşar Ömərov dərs cədvəllərinin hazırlanması, akademik borcu olan tələbələrin alt qruplarda yerləşdirilməsi, təqaüdlərin hesablanması və digər məsələlərin vaxtında icra olunması üçün müvafiq tapşırıqlar verib.İclas zamanı 4-cü kursda təhsil alan bakalavr tələbələrinin istehsalat təcrübəsinin təşkili ilə bağlı məsələlər, ötən semestrin və imtahan sessiyasının nəticələri, may ayında keçiriləcək Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş beynəlxalq elmi praktik konfrasa, eləcə də apreldə baş tutacaq İnnovasiya Festivalına hazırlıq işləri müzakirə edilib. 

 

 

ATU rəhbərliyi və kollektivi qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsinə yaradılan guşəni ziyarət edib

Azərbaycan Texnologiya Universitetinin (ATU) rəhbərliyi və kollektivi Türkiyənin Gəncədəki Baş Konsulluğunda qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsinə yaradılan guşəni ziyarət edib. Texnologiya Universitetinin rektor əvəzi dos. Yaşar Ömərov Türkiyənin Gəncədəki Baş konsulu Receb Öztopa zəlzələdə həlak olanlarla bağlı başsağlığı verib, acınız acımızdır deyərək yaralılara tezliklə sağlıqlarına qovuşmalarını arzu edib.Qeyd edək ki, bu gün Gəncə ictimaiyyəti Türkiyədə baş verən zəlzələ ilə bağlı qardaş ölkəyə dəstək olmaq üçün “Bir millət, iki dövlət” devizi ilə konsulluğa axın edib. Burada zəlzələdə həlak olanların xatirəsi anılıb, Allahdan dünyasını dəyişənlərə rəhmət, yaralılara şəfa, dağıntılar altında qalaraq xilas olmalarını gözləyənlərə dözüm, güc-qüvvət diləyib. 

 

 

 

Azərbaycan Texnologiya Universiteti ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında görüş keçirilib

Onlayn görüşdə Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos. Yaşar Ömərov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva və hər iki qurumun struktur bölmə rəhbərləri iştirak edib.Görüşün məqsədi hər iki qurum arasında əməkdaşlığın yaradılması imkanlarının müzakirə edilməsi olub. Onlayn iclasda Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos. Yaşar Ömərov universitetin inkişaf strategiyasında nəzərdə tutulan innovativ yeniliklərdən, bu istiqamətdə birgə görülə biləcək işlərdən bəhs edib. Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva və qurumun digər əməkdaşları ilə Azərbaycan Texnologiya Universitetinin təşəbbüsü ilə nəzərdə tutulan İnnovasiya Festivalının həyata keçirilməsi məsələsi də müzakirə olunub. İclas zamanı layihənin formatı, bu və digər istiqamətlərdə birgə əməkdaşlığın detalları müzakirə edilib.Görüş zamanı Azərbaycan Texnologiya Universiteti ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında memorandum imzalanmasına dair razılığa gəlinib.