Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universitetinin sənaye əməkdaşlığı genişlənir

2023-cü ilin 5 aprel tarixində Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru vəzifəsini müvəqqəti icra edən dos. Yaşar Ömərov və Qida mühəndisliyi fakültəsinin əməkdaşları Qəbələ rayonunda yerləşən Qəbələ Konserv Zavodu və “Aspi Winery” Üzüm Emalı Zavoduna səfər ediblər.Səfər çərçivəsində ATU heyəti müəssisələrin infrastrukturu, istehsalat prossesi, tətbiq olunan müasir texnologiyalar, avadanlıqların iş prinsipi, kadr tələbatı və müəssisələrin qarşılaşdıqları problemlərlə yaxından tanış olublar.Hər iki müəssisədə görüş zamanı kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, müasir texnologiyaların elmi əsaslarla tətbiqinin gücləndirilməsi, elmi-praktik təcrübələrin birgə aparılması kimi məsələlər müzakirə edilib, təkliflər irəli sürülüb, digər əməkdaşlıq imkanları müzakirə edilib.Müzakirələrdən sonra ATU-nun rektoru vəzifəsini müvəqqəti icra edən dos. Yaşar Ömərovla “Aspi Winery” Üzüm Emalı Zavodunun direktoru Əjdər Şəfizadə əməkdaşlıq memorandumu imzalayıblar. Bundan başqa yaxın günlərdə Qəbələ Konserv Zavodu ilə də əməkdaşlıq memorandumunun imzalanacağına dair razılıq əldə edilib. 

 

 

 

 

``Aprel döyüşləri” adlı tədbir keçirilib

4 aprel tarixində Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində "Aprel döyüşləri” adlı tədbir keçirilib.Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə açıq elan edilən tədbirdə Aprel döyüşləri şəhidləri, eləcə də torpaqlarımızın bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov çıxış edərək böyük zəfərə gedən yolun həm də Aprel döyüşlərindən başladığını bildirib, bu döyüşlərin, həmin vaxt azad olunan yüksəkliklərin 44 günlük Vətən müharibəsindəki əhəmiyyətindən bəhs edib.Tədbirdə universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin məzunu, aprel şəhidi Rəşad Niftalılının xatirəsi yad edilib, çıxış edən müəllimləri onun həyat hekayəsindən, şücaətindən, qəhrəmanlığından danışıblar. Bir neçə gün əvvəl Rəşadın ailəsini ziyarət edən əməkdaşlar görüşün təəssüratlarını çatdırıblar.İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dos.Fazil Kərimov ATU ailəsinin Rəşadın timsalında bütün şəhid məzun və tələbələri ilə fəxr etdiyini deyib.Tədbirdə II Qarabağ müharibəsi qazisi Elşad Babayev çıxış edərək döyüş xatirələrini bölüşüb. Sonda Azərbaycanın Zəfərinə həsr edilmiş videoçarx izlənilib. 

 

“Elm, Təhsil, Sənaye üçbucağı: Mövcud problemlər və onların həlli yolları” mövzusunda təlim keçiriləcək

Azərbaycan Texnologiya Universitetində 7 aprel saat 15:00-da “Elm, Təhsil, Sənaye üçbucağı: Mövcud problemlər və onların həlli yolları” mövzusunda təlim keçiriləcək.Təlimçi qismində Türkiyə (Dokuz Eylül Universiteti), İtaliya (Berqamo Universiteti), Estoniya (Diplomatiya Məktəbi) və digər Avropa ölkələrində təhsilini başa vuraraq elmi dərəcə almış, hazırda İsveç Müdafiə Universitetində və Cenevrə Ali İnstitutunda akademik karyerasını davam etdirən Dr. Eşqin Tanrıverdi çıxış edəcək.Təlim universitetin inzibati rəhbər heyəti üçün nəzərdə tutulub.Məkan: PortBaku Təlim-Tərdis Mərkəzi (I korpus) 


ATU kollektivi Aprel döyüşləri şəhidi Rəşad Niftalılının ailəsini ziyarət edib

Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru vəzifəsini müvəqqəti icra edən dos. Yaşar Ömərov, İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup müəllim və tələbəsi ATU məzunu, Aprel döyüşləri şəhidi Rəşad Niftalılının ailəsini ziyarət edibKollektiv Rəşadın ailəsi ilə birlikdə onun məzarına baş çəkib, ruhuna dualar oxuyub, əziz xatirəsini yad edib.Görüş zamanı Y.Ömərov Rəşadın ATU tələbəsi tərəfindən çəkilmiş rəsmini ailəsinə təqdim edib, bildirib ki, Aprel döyüşləri qələbəmizin təməli, Rəşadın Vətən sevgisi və şücaəti isə digər tələbələrimiz üçün stimul olub.Y.Ömərov 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhid məzun və tələbələrimizi, qazilərimizi xatırladaraq onların həm də Aprel döyüşlərindəki uğurlardan ilhamlandıqlarını bildirib, universitetin bütün şəhid məzun və tələbələri ilə daim fəxr etdiyini dilə gətirib.Əslən Zəngilandan olan Rəşad 2015-ci ildə ATU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin məzunu olub.Məzun olduqdan sonra həqiqi hərbi xidmətə yollanan Rəşad 2016-cı ilin 2 aprel tarixində ermənilərin təmas xəttində yenidən dinc sakinlərimizi atəşə tutmasına cavab verilərkən qəhrəmancasına şəhid olub.Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. 

 

 

 

 

 

 

Azərbaycan Texnologiya Universitetində ``Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq`` mövzusunda tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Azərbaycan Texnologiya Universitetinin (ATU) birgə təşkilatçılığı ilə "Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq" mövzusunda tədbir keçirilib. Tədbirdə ümumi işlər üzrə prorektor Rauf Bağırov, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov və digər əməkdaşları, eləcə də tələbələr iştirak edib.Tələbələr qarşısında çıxış zamanı dini radikalizmin fəsadları barədə fikirlər səsləndirilib, belə hallara qarşı mübarizədə hər kəsin üzərinə böyük məsuliyyət düşdüyü vurğulanıb. Həmçinin yeniyetmələrin, tələbələrin milli-mənəvi dəyərlər və azərbaycançılıq ruhunda tərbiyə edilməsi, vətənpərvər gənclər kimi formalaşması, zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyi qeyd edilib.Maarifləndirici tədbirin sonunda DQİDK-nın sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş olunub, tələbələri maraqlandıran suallar cavablandırılıb. 

 

 

 

“Qan yaddaşımız” adlı tədbir keçirilib

Azərbaycan Texnologiya Universitetində 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “Qan yaddaşımız” adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə açıq elan olunan tədbirdə soyqırımı qurbanlarının və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov “Qan yaddaşımız”, İctimai elmlər və multikulturalizm kafedrasının əməkdaşları Zəminə Novruzova “XX əsrin əvvəllərində ermənilərin Naxçıvanda və İrəvanda törətdikləri qanlı hadisələr”, Lamiyə Bayramova “Qanla yazılmış yaddaşımız”, Qida mühəndisliyi fakültəsinin III kurs tələbəsi Namiq Muradov “İnsanlığın faciəsi”, başlıqlı məruzələrlə çıxış ediblər.Çıxışlarda 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirməsindən, nəticədə 12 minə yaxın azərbaycanlının amansızcasına öldürülməsindən, on minlərlə insanın itkin düşməsindən danışılıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev 1998-ci ildə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalayıb. Nitqlərdə Azərbaycanlılara qarşı törədilmiş soyqırımlarla bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkə başçısı Prezident İlham Əliyevin həyata keçirdiyi hücum diplomatiyası xəttinin əhəmiyyəti vurğulanıb.Tədbirin sonunda 31 mart soyqırımına həsr edilmiş videoçarx nümayiş etdirilib.