UNESCO-nun İpək Yolu Proqramı tədqiqat müsabiqəsi elan edir UNESCO-nun İpək Yolu Proqramı “Silk Roads Youth Research Grant” qrant layihəsiçərçivəsində tədqiqat müsabiqəsi elan edir Yaşı 35-dək olan gənc tədqiqatçılar İpək Yolu ortaq irsi ilə əlaqədar olaraq aşağıdakı mövzularüzrə tədqiqat layihəsi təqdim edə bilərlər: Tədqiqat işi mövzuları: o “Science and Technology”;o “Traditional Knowhow and Craftsmanship”;o “Religion and Spirituality”;o “Language and Literature”;o “Arts and Music”;o “Traditional Sports and Games”. Kvota: 12 tədqiqat qrantı; Maliyyələşmə: 10 000 ABŞ dolları Son tarix: 18.04.2021 Maraqlanan şəxslər tədqiqat layihəsini [email protected] elektron poçt ünvanınagöndərməlidirlər. Qeyd: Tədqiqat mövzusu qrup və ya individual şəkildə təqdim oluna bilər. Ətraflı məlumat https://en.unesco.org saytında 637 dəfə oxunub
UTECA vakansiya elan edir Vakansiya 5 “STRATEJİ TƏHLİL VƏ İNNOVASİYALAR ÜZRƏ KOORDİNATOR”Namizədə qarşı tələblər:• İş yeri: Gəncə şəhəri - Azərbaycan Texnologiya Universiteti;• Yaş: 25-40 (kişi/qadın);• İş qrafiki: I-V gün saat 08:30-17:00;• Ali təhsil;• Kompüter bilikləri: MS Office proqramları;• Azərbaycan dili - yüksək, İngilis və Rus dilləri arzuolunandır;• Ünsiyyət və təqdim etmə bacarıqları;• Rəhbərlik ilə tərəfdaşlıq münasibətlərini idarə etmək üçün mükəmməl şəxslərarası, analitik və liderlik bacarıqları; İnnovasiya və texnologiya sahəsində təcrübə də daxil olmaqla biznes, strategiya və tərəfdaşlıq idarəedilməsi sahəsində təcrübə;• Məqsədyönlülük, dürüstlük, məsuliyyətlilik, çeviklik;• Komandada işləmə.Vəzifə öhdəlikləri:• Korporativ strategiyanın hazırlanması prosesində aktiv iştirak;• Strategiyanın idarəedilməsi üzrə siyasət və prosedurların yazılması prosesinin aparılmasını təmin etmək;• Texnoloji startaplar ilə əlaqəli yeni investisiya sahələrində strateji layihələrin idarə edilməsi, icrası və dəstəklənməsini həyata keçirmək;• Universitetin strateji hədəflərinə və genişlənmə prioritetlərinə uyğun olan yüksək effektivli innovativ strategiyanı və planı hazırlamaq və həyata keçirmək;• İnnovasiyaları sürətləndirə biləcək, eyni zamanda yerli və beynəlxalq bazarlarda yaradıcı həllər və texnologiyalara çıxış əldə edə biləcək xarici tərəfdaşları aşkarlamaq;• Qabaqcıl biznes modellərinin və həllərinin potensial olaraq UTECA ailəsində həyata keçirilməsi məqsədilə yerli və beynəlxalq ideyaları araşdırmaq.☞ Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:UTECA komandasında işləmək istəyən namizədlər CV-lərini foto şəkili ilə (mövzu yerində “STRATEJİ TƏHLİL VƏ İNNOVASİYALAR ÜZRƏ KOORDİNATOR” qeyd edilməklə) l.rz[email protected] elektron ünvanına göndərə bilərlər.☞ Müraciət üçün son tarix 05 mart 2021-ci ildir.☞ Namizədlərin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya müraciət müddəti bitdikdə CV-lərə baxılmayacaq!☞ Əmək haqqı namizədlə müsahibə nəticəsində müəyyənləşdiriləcəkdir.Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar. 696 dəfə oxunub
DİF fərdlər üçün vacib keyfiyyətləri açıqlayıb DİF qarşıdakı 5 ildə fərdlər üçün vacib keyfiyyətləri açıqlayıb 686 dəfə oxunub
UTECA vakansiya elan edir Azərbaycan Texnologiya Universiteti DATA ANALİTİKASI ÜZRƏ MÜTƏXƏSSİS vakansiyası elan edir Namizədə qarşı tələblər:• Yaş: 25-40 (kişi/qadın);• İş qrafiki: I-V gün saat 08:30-17:00;• İş təcrübəsi:• Ali təhsil (Statistika, Riyaziyyat, İqtisadiyyat, Kompüter elmləri üzrə təhsil üstünlük hesab olunur);• Kompüter bilikləri: MS Office proqramları (analitik alətlərdə işləmə təcrübəsi üstünlük hesab olunur);• Azərbaycan dili - yüksək, İngilis və Rus dilləri arzuolunandır;• Ünsiyyət və təqdim etmə bacarıqları;• Məqsədyönlülük, dürüstlük, məsuliyyətlilik, çeviklik;• Komandada işləmə Vəzifə öhdəlikləri:• Datanı şərh etmək, statistik metodlardan istifadə edərək nəticələri təhlil etmək və davamlı hesabatlar vermək;• Data bazaları, data toplama sistemləri, data analitikası və statistik səmərəliliyi və keyfiyyəti optimallaşdıran digər strategiyaları inkişaf etdirmək və həyata keçirmək;• Analitik sistemlərin qurulması üçün vacib olan dataları daxil etmək üçün data toplama prosedurlarının gücləndirilməsi;• Cari hesabatları saxlamaq və yeni hesabatlar yaratmaq. Data toplamaq və təhlilini yaxşılaşdırmaq üçün təkliflər vermək;• Məlumat bazasının funksiyalarını müəyyən etmək üçün istehsalçı və ya müştəri ilə görüşmək və istifadəçi ehtiyaclarının təhlilini aparmaq;• Tələbləri müəyyən etmək üçün ehtiyaclar ilə bağlı tədqiqatın nəticələrini təhlil etmək;• Periodik görülən işlər ilə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması. ☞ UTECA komandasında işləmək istəyən namizədlər CV-lərini foto şəkili ilə (mövzu yerində “DATA ANALİTİKASI ÜZRƏ MÜTƏXƏSSİS” qeyd edilməklə) l.rz[email protected] elektron ünvanına göndərə bilərlər.☞ Müraciət üçün son tarix 28 fevral 2021-ci ildir.☞ Namizədlərin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya müraciət müddəti bitdikdə CV-lərə baxılmayacaq! 748 dəfə oxunub
UTECA 2025 inkişaf planı müzakirə edilib #AQİSA (Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının) sədri Emin Dostiyari və #UTECA Strategiya işçi qrupu arasında #UTECA (Azərbaycan Texnologiya Universiteti) 2025 inkişaf planı müzakirəsi üzrə #İnkişaf Korporasiyasının təşkilatçılığı ilə görüş həyata keçirildi. 665 dəfə oxunub
II semestrdə tədrisin təşkili necə olacaq? Konül Qədimlinin moderatorluğu ilə tələbələrimizin çoxsaylı sualları cavablandırılacaq. Canlı yayım uteca.edu.az rəsmi Facebook səhifəmiz vasitəsilə 11 fevral, saat 19:00 da həyata keçiriləcək. Tələbələrimiz sualları indidən şərh bölməsində qeyd edə bilərlər. 677 dəfə oxunub