Elanlar
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Startaplar və ideyalar

Bu dəfəki canlı bağlantıda ideya ve startaplara doğru irəliləməyin yolları müzakirə olunacaq. Ünvan: uteca.edu.az Instagram səhifəsi 644 dəfə oxunub

“Universitet - sənaye əlaqələrinin keyfiyyət təminatının əsas problemləri”

“Universitet - sənaye əlaqələrinin keyfiyyət təminatının əsas problemləri” Azərbaycan Texnologiya Universitetinin 50 illiyinə həsr olunmuş “Universitet - sənaye əlaqələrinin keyfiyyət təminatının əsas problemləri” adlı onlayn beynəlxalq elmi-praktik konfrans keçirilib.  Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Təhsil Nazirliyinin nümayəndəsi Yaşar Omarov, Türkiyə YÖKAK rəhbəri Muzaffer Elmas, akademik Ziyad Səmədzadə, UNEC rektoru Ədalət Muradov, AzTU rektoru Vilayət Vəliyev, ADPU rektoru Cəfər Cəfərov, ADNSU rektoru Mustafa Babanlı, ADAU rektoru İbrahim Cəfərov, MDU rektoru Şahin Bayramov və DGKA, BBU, BMU, GDU prorektorları, digər universitetlərin təmsilçiləri, eləcə də AZTMU-nun mütəxəssisi Elmira Qocayeva, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı nümayəndəsi Xudayar Həsənli və UTECA-nın əməkdaşlıq etdiyi digər müəssisələrin ekspertləri, millət vəkili Müşfiq Cəfərov  iştirak ediblər.  Beynəlxalq konfransa xarici qonaqlar qismində İngiltərədən London Middlesex Universitetinin mütəxəssisi Corc Dafulas, Cənubi Koreyadan beynəlxalq səviyyəli ekspert Byun Chang Yul, Kabardin-Balkar Dövlət Aqrar Universitetinin prorektoru və mütəxəssisləri, Rusiyadan Belyəlxalq Elmi-Texniki İnformasiya Mərkəzinin, Ukraynadan Boqdan Xmelnitski adına Çerkes Milli Universitetinin elm adamları qatılıblar.  Tədbir çərçivəsində Texnologiya Universitetinin 50 illiyinə həsr edilmiş videoçarx nümayiş etdirilib.  UTECA-nın rektoru, professor Akif Süleymanov çıxışında qeyd edib ki, konfransın mövzusu müasir ali təhsil ocaqlarının inkişaf göstəricilərini hədəfə alır. Məqsəd bu hədəflərə çatmaq üçün görülən işlərin daha da təkmilləşdirilməsinə nail olmaqdır. Rektor Tenologiya Universitetində bu istiqamətdə görülən işlərə misal olaraq Təhsil Nazirliyi tərəfindən tövsiyə edilən və artıq 4-cü ildir ki, icrası uğurla davam edən Müştəriyə yönəlmə Proqramı haqda danışıb. Bildirib ki, proqram çərçivəsində universitet hazırda 34 müəssisə ilə aktiv əməkdaşlıq edir. Nəticədə universitet texnoparkında 10-a yaxın çeşiddə məhsul istehsal edilir.  Konfransda iştirak edənlər UTECA-nı 50 illiyi münasibətilə təbrik edib, ali təhsil ocağının fəaliyyətində uğurlar arzulayıblar. Sonra konfransın mövzusuyla bağlı fikirlərini səsləndiriblər, elmi işlərin bu istiqamətdə rolundan danışıblar. Aktual tezislər dinlənilib. Universitet - sənaye əlaqələrinin keyfiyyət təminatının əsas problemləri ətrafında fikir mübadiləsi aparılıb, müasir və beynəlxalq təcrübələrin tətbiqinin vacibliyi vurğulanıb. Bu istiqamətdə perspektivlər müzakirə edilib.  Qeyd edək ki,  konfransın məcmuələr toplusuna 200-ə yaxın tezis daxil edilib.        677 dəfə oxunub

Sosial medianın inkişafda rolu

Bu dəfəki canlı bağlantıda təhsil bloggeri, Noteperday səhifəsinin yaradıcısı Arzu Məmmədli ilə sosial medianın inkişafa təsirindən danışılacaq Söhbəti uteca.edu.az Instagram səhifəmizdən izləyə bilərsiz. 671 dəfə oxunub


UTECA-da boş qalan yerlər

Texnologiya ilə irəli!   Azərbaycan Texnologiya Universitetində boş qalan yerlər   I QRUP üzrə  ✓ Sənaye mühəndisliyi 75 yer (əyani 66, qiyabi 9)  ✓ Qida mühəndisliyi 19 yer (əyani) ✓ Kimya mühəndisliyi 14 yer (əyani) ✓ Metallurgiya mühəndisliyi 18 yer (əyani) ✓ Mühəndis fizikası 19 yer (əyani) ✓ Proseslərin avtomatlaşdırılması mühəndisliyi 16 yer (əyani)   II QRUP üzrə  ✓ Turizm bələdçiliyi* 48 yer (əyani) ✓ Turizm işinin təşkili* 19 yer (əyani) ✓ Marketinq* 14 yer (əyani) ✓ Dövlət və bələdiyyə idarəetməsi 8 yer (əyani) ✓ Mühasibat* 39 yer (əyani) ✓ İqtisadiyyat 19 yer (əyani) 676 dəfə oxunub

Bu dəfə inkişafın rəsminən danışılacaq

  Bu dəfə gənclərin inkisafında olan amillərdən, digital dizayn movzusundan, rəsm, xalçaçılıqdan, bir sözlə inkişafın rəsmindən danışılacaq.Canlı yayıma uteca.edu.az Instagram səhifəmizdən qoşulmaq olar. 631 dəfə oxunub

Fəlsəfə doktoru və və elmlər doktoru proqramları üzrə müsabiqə elan edilir

Fəlsəfə doktoru və və elmlər doktoru proqramları üzrə müsabiqə elan edilir Azərbaycan Texnologiya Universiteti fəlsəfə doktoru və və elmlər doktoru proqramları üzrə müsabiqə elan edir. Plan yerləri barədə ətraflı linkdə https://yadi.sk/i/mfJb-JXCUbZ95A verilib. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya müraciət edənlər xarici dil (rus dili istisna olmaqla), fəlsəfə və ixtisas fənlərindən ali təhsil pilləsinin magistratura səviyyəsinin tədris proqramları həcmində qəbul imtahanları verməlidirlər. Dissertanturaya qəbul olmaq istəyənlər isə xarici dil (rus dili istisna olmaqla) və ixtisas fənlərindən qəbul imtahan (müsahibə) verməlidirlər. Qeyd: Xarici dil fənnindən qəbul imtahanları DİM (Dövlət İmtahan Mərkəzi) tərəfindən həyata keçirilir. Müvafiq qaydalara əsasən B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olan namizədlər xarici dil üzrə qəbul imtahanından azad olunurlar. QEYDİYYAT ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR: - Ərizə;- Kadrların şəxsi-qeydiyyat vərəqi;- Tərcümeyi-hal;- 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);- İş yerindən xasiyyətnamə;- İş stajı olanlar üçün əmək kitabçasından çıxarış;- Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;- Ali təhsil müəssisəsini bitirmək haqqında diplom və əlavəsinin müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);- Şəxsiyyəti vəsiqəsinin 2 ədəd surəti. Sənədlər 07.09.2020 - 25.09.2020-ci il tarixlərində, saat 1000-dan 1700-a qədər (şənbə və bazar günləri istisna olmaqla) Azərbaycan Texnologiya Universiteti, Magistratura və doktorantura şöbəsində (otaq-3112) qəbul ediləcəkdir. 660 dəfə oxunub