Kimya və metallurgiya mühəndisliyi kafedrası – kafedra müdiri Yüngül sənaye mühəndisliyi və dizayn kafedrası – kafedra müdiri Sənədlərin təqdim olunması bu elan dərc edildiyi tarixdən 1 ay müddətindədir. Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-100 nömrəli 05 fevral 2018-ci il tarixli “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”nın tətbiqi barədə əmrə uyğun olaraq elan olunduğu gündən başlayaraq 30 gün müddətində qəbul edilir. Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir:
AZ 2011, Gəncə şəhəri,
Ş.İ.Xətai 103
Əlaqə: +994(22) 257 56 29
REKTORLUQ
Azərbaycan Texnologiya Universitetində respublika elmi-praktik konfrans keçiriləcəkdir 3-4 Noyabr 2022-ci il tarixində Azərbaycan Texnologiya Universitetində Zəfər Gününə həsr olunmuş “Müasir elmin aktual çağırışları və nailiyyətləri” mövzusunda müəllim və gənc tədqiqatçıların respublika elmi-praktik konfransı keçiriləcəkdir.Konfransın panelləri universitetin istiqamətlərinə müvafiq olaraq aşağıdakı kimi müəyyənləşdirilib:Qida mühəndisliyiLogistika mühəndisliyiYüngül sənaye mühəndisliyiİnformasiya texnologiyaları və kompüter mühəndisliyiMetal və materiallar mühəndisliyiİqtisadiyyat və menecmentDavamlı inkişaf, yaşıl və nanotexnologiyalarMultikultural təhsildə innovativ yanaşmalarKonfrans materiallarına olan tələblər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi formata uyğun olaraq aşağıdakı kimidir:-Konfrans materialları konkret və konfransın mövzusuna uyğun olmalıdır;-Konfrans materialları Azərbaycan, Rus və ya İngilis dillərində qəbul olunur;-Mətn “Microsoft Word for Windows” redaktorunda Arial şriftilə (hərflərin ölçüsü-12 pt, interval-1,5, abzas-1,25), boş sahələrin ölçüləri soldan-25 mm, sağdan-15 mm, yuxarı və aşağıdan 20 mm olmaqla A4 formatlı standarta (210x297 mm) uyğun hazırlanmalıdır;-Məruzənin mətni 3 səhifəyə qədər olmalıdır;-Mətnin əvvəlində ortadan materialın mövzusu, onun altında tədqiqatçıların adı və soyadı, müəssisənin adı, müəlliflərin elektron poçt ünvanı yazılır.Konfrans materialında istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr aşağıdakı qaydada göstərilməlidir:•Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir;•İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir;•Ədəbiyyət siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələbləri əsasında göstərilir;•Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına üstünlük verilməlidir;•İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içində kvadrat mörtərizədə göstərilir.Azərbaycan dilində yazılmış materialın sonunda İngilis və Rus dillərində, Rus dilində yazılmış materialın sonunda Azərbaycan və İngilis dilində xülasə verilir, İngilis dilində yazılmış konfrans materialına isə Azərbaycan və Rus dillərində xülasə hazırlanır. Müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə materialın, müəllifin və müəssisənin adı yuxarıda qeyd olunan qaydada göstərilməlidir.
Ünvan: Gəncə ş. AZ2011
Şah İsmayıl Xətai prospekti 103
Tel: (022) 257 00 46
27.09.2022 tarixində Azərbaycan Texnologiya Universitetinin rəhbərliyi və kollektiv heyəti 27 Sentyabr – Anım Günü ilə bağlı Gəncə şəhərinin Şəhidlər Xiyabanında təşkil olunmuş ümumşəhər tədbirində iştirak edib.Saat 12:00 da şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.Daha sonra Əbədi Məşəl abidəsi özünə əklil və gül dəstələri düzülüb. 44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü üğrunda canından keçən Vətən oğullarının məzarları ziyarət edilib, ruhlarına dualar oxunub.
27.09.2022-ci il tarixində Azərbaycan Texnologiya Universitetində 27 Sentyabr Anım Gününə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib.Universitet ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət edildikdən sonra Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsilə tədbir açıq elan edilib.Ardınca Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Gəncə Şəhər İcra Hakimiyyəti, müharibə veteranları ictimai birlikləri nümayəndələrinin, millət vəkillərinin də qatıldığı tədbirdə fəxri qonaqlar qismində qazilər və Vətən müharibəsində şücaət göstərmiş tələbələr iştirak edib. Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos. Yaşar Ömərov çıxışında günün tarixinə nəzər salaraq 44 günlük Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq Qələbədən, hərbçilərimizin mübarizliyindən danışıb.Digər tədbir iştirakçıları da şəhid adının müqəddəsliyini, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd ediblər. Qazilər çıxışlarında keçdikləri döyüş yolundan danışıblar.Daha sonra tələbələr şəhidlərə həsr olunan şeir söyləyib, vətənpərvər musiqi ifa ediblər.Sonda Anım Gününə həsr olunmuş videoçarx izlənilib.
Azərbaycan Texnologiya Universitetinin rəhbərliyi və əməkdaşları ali təhsil ocağının 44 günlük Vətən müharibəsində şəhidlik zirvəzinə ucalan məzun və tələbələrinin məzarlarını və ailələlərini ziyarət ediblər. Azərbaycan Texnologiya Universiteti şəhid məzun və tələbələrinin timsalında ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün Vətən övladları ilə qürur duyur! Allah rəhmət eləsin.
Azərbaycan Texnologiya Universitetinin daha 1 (bir) tələbəsi Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində Almaniyanın Şmalkalden Tətbiqi elmlər Universitetində bir semestr müddətində təhsilini davam etdirmək imkanı əldə edib. Eyni zamanda, keçən semestr eyni proqram çərçivəsində Polşa və Rumıniya universitetlərində təhsil almış 2 (iki) tələbə müvafiq universitetlərdə imtahanlarda yüksək nəticələr əldə edərək təhsillərini uğurla başa vurub universitetə qayıdıblar.Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos. Yaşar Ömərov həmin tələbələrlə görüşərək onları bu uğur münasibətilə təbrik edib, öz tövsiyələrini verib, tələbələrin mübadilə ilə bağlı təəssüratlarını dinləyib. Yaşar Ömərov tələbələrə gələcək təhsillərində müvəffəqiyyətlər arzulayıb və bu kimi proqramlarda iştirakın əhəmiyyətindən bəhs edib. O, beynəlxalq mübadilə proqramlarının gənclərin elmə, müasir texnologiyalara və qabaqcıl biliklərə yiyələnməsində vacib rol oynadığını və əldə edilən bilik və bacarıqların ölkəmizin inkişafı üçün zəruri olduğunu vurğulayıb.Tələbələr də öz növbəsində, onlar üçün bu cür imkanlar yaradıldığına görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Azərbaycan Texnologiya Universiteti hazırda Erasmus+ mübadilə proqramı çərçivəsində Avropanın İspaniya, Almaniya, Rumıniya, Slovakiya, Polşa və s. kimi ölkələrin çoxsaylı universitetləri ilə sıx əməkdaşlıq edir və proqram çərçivəsində təhsil alan tələbələrin bütün xərcləri Erasmus+ proqramı çərçivəsində Avropa Birliyi tərəfindən qarşılanır.