Azərbaycan Texnologiya Universiteti 2024/2025-ci tədris ili üzrə aşağıdakı müəllim vakansiyalarını təqdim edir:
• “Nəqliyyat mühəndisliyi” ixtisası (dəmir yolu mütəxəssisi) üzrə 1 vakansiya
• “Şərabçılıq” ixtisası (rus və ingilis bölməsi üçün) üzrə 2 vakansiya
• “Ekologiya və ekologiya mühəndisliyi” ixtisası (Azərbaycan, rus, ingilis bölməsi üçün) üzrə 2 vakansiya
• “Marketinq” ixtisası üzrə 1 vakansiya
• “Mühasibat” ixtisası üzrə 1 vakansiya
• “İqtisadiyyat” ixtisası üzrə 1 vakansiya
• “Biznesin idarə edilməsi” ixtisası üzrə 1 vakansiya
• “Menecment” ixtisası üzrə 1 vakansiya
• “Turizm işinin təşkili” ixtisası üzrə 1 vakansiya
• “Turizm bələdçiliyi” ixtisası üzrə 1 vakansiya
• “İnformasiya texnologiyaları" ixtisası üzrə 1 vakansiya
• "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə 1 vakansiya
• "Kompüter mühəndisliyi" ixtisası üzrə 1 vakansiya
• "Radiotexnika və telekommunikasiya mühəndisliyi" ixtisası üzrə 1 vakansiya
• "Həyat fəaliyyətinin təhlükəsizliyi" fənni üzrə 1 vakansiya
• "Yüngül sənaye mühəndisliyi və dizayn" kafedrasında 1 vakansiya
• "Ümumi və tətbiqi riyaziyyat" kafedrasında 2 vakansiya
• "Ümumi və tətbiqi fizika" kafedrasında 3 vakansiya (fizika, astrofizika, Azərbaycan və rus bölməsi üçün)
• "Xarici dillər" kafedrasında 1 vakansiya (fransız dili)
NAMİZƏDƏ TƏLƏBLƏR:
• Əlaqədar sahədə magistr və daha yüksək elmi dərəcəsinin olması;
• Müvafiq ixtisas və fənn üzrə yüksək bilik səviyyəsinə malik olması
Müraciət etmək üçün CV formaları tədris etmək istədiyiniz sahənin adı qeyd edilməklə 11 sentyabr 2024-cü il tarixinədək i.alizade@atu.edu.az email ünvanına göndərilməlidir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Azərbaycan Texnologiya Universiteti
Aşağıda adları göstərilən vakant olan vəzifələrin tutulması üçün müsabiqə elan edilir:
- “İqtisadiyyat” kafedrası – kafedra müdiri
Sənədlərin təqdim olunması bu elan dərc edildiyi tarixdən 1 ay müddətindədir.
Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-100 nömrəli 05 fevral 2018-ci il tarixli “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”nın tətbiqi barədə əmrə uyğun olaraq elan olunduğu gündən başlayaraq 1 ay müddətində qəbul edilir.
Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir.
Ünvan: AZ 2011, Gəncə şəhəri, Ş.İ.Xətai pr. 103
Əlaqə telefonu: 022-257-56-29
REKTORLUQ
Azərbaycan Texnologiya Universitetinə qəbul olanların qeydiyyatı 28 avqust-6 sentyabr tarixlərində portal.edu.az platforması üzərindən elektron qaydada həyata keçiriləcək.
Elektron qeydiyyat təsdiqləndikdən sonra aşağıdakı sənədlər 6 sentyabr tarixinədək universitetə təqdim edilməlidir:
- Şəxsiyyət vəsiqəsinin surəti
- Attestat (diplom, arayış)
- Şəkil (3x4 ölçüdə, tələbə bileti üçün)
- Hərbi qeydiyyat vəsiqəsi (ağ bilet) və ya hərbi biletin surəti
- Təhsil haqqının ödənilməsinə dair qəbz (Kapital Bank)
- Təhsil haqqını ödəməkdən azad olanlar üçün statusu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti
Əlaqə:
055 833 00 01 Hamlet Kəsəmənli (09:00-17:00)
055 847 87 06 Günay Qəhrəmanova (09:00-17:00) (WhatsApp)
Təsdiq edilmiş yeni qəbul planına əsasən 2024/2025-ci tədris ilindən Azərbaycan Texnologiya Universitetinin (ATU) mövcud ixtisaslarına aşağıdakı daha 7 ixtisas əlavə edilib:
- İnformasiya təhlükəsizliyi
- Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
- Beynəlxalq ticarət və logistika
- Nəqliyyat servisi
- Sənaye mühəndisliyi
- Maşın mühəndisliyi
- Menecment
Qeyd edək ki, ATU-da "sənaye mühəndisliyi", "maşın mühəndisliyi" və "menecment" ixtisasları üzrə daha əvvəl də kadr hazırlığı aparılıb, digər 4 ixtisas isə ilk dəfə tədris olunacaq. Bununla da universitetdə ixtisasların sayı 27-yə çatdırılacaq.
Qeyd edək ki, ATU-nun bakalavriat səviyyəsinə 1290, magistratura səviyyəsinə isə 200 tələbə qəbulu nəzərdə tutulub. Bakalavriat səviyyəsi üzrə plan yeri ötən illə müqayisədə 180 yer çoxdur.