Tələbə və magistrantların nəzərinə! Azərbaycan Texnologiya Universitetinin Tələbə Elmi Cəmiyyəti öz fəaliyyətini bərpa edir və tələbələr üçün Elmi Seminarlara başlayır! Ayda iki dəfə olmaq şərti ilə həftənin IV günləri saat 11.00-da hər bir fakültədə təcrübəli müəllimlər tərəfindən aktual mövzular üzrə seminarlar keçiriləcək. Keçiriləcək seminarların mövzuları ilə bağlı tələbələrə öncədən məlumat veriləcək. Fakültələr üzrə seminarların keçirilməsi üçün ayrılmış otaqlar : - Qida mühəndisliyi fakültəsi – 3203 - cü auditoriya. - Yüngül sənaye və dizayn fakültəsi – 1305 - ci auditoriya. - İqtisadiyyat və İdarəetmə fakültəsi – 5309 - cu auditoriya. - Avtomatika Telekommunikasiya və İnformatika fakültəsi –4100 - cü auditoriya. Tələbə və magistrantları həmin seminarlara dəvət edirik. Əlaqə: 055-571-50-49 [email protected] II korpus, otaq 2023 673 dəfə oxunub
Qeydiyyatdan keçən tələbələrin nəzərinə Azərbaycan Texnologiya Universitetinə qəbul olub onlayn qeydiyyatdan keçən tələbələrdən dərslər başlayan zaman aşağıdakı sənədləri gətirmələri (kəndirli qovluqda) tələb edilir. 1. Attestatın, kollec və ya ali təhsil müəssisəsinin məzunları üçün isə diplomun əsli2. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (ağ bilet)3. Şəxsiyyət vəsiqəsinin surəti4. 3x4 ölçüdə foto şəkil (6 ədəd)5. Sağlamlıq haqqında arayış6. COVID pasportu (yaxud immunitet sertifikatı)7. Ödənişli əsaslarla qəbul olan tələbələr üçün ödəniş qəbzi8. İmtiyazlı şəxslər üçün bu statusu təsdiq edən sənədin surətinin notarial qaydada təsdiqi Əlaqə: 022 267 16 57 663 dəfə oxunub
Azərbaycan Texnologiya Universitetində UTECA elmi-praktik respublika konfransı keçiriləcək 5 noyabr 2021-ci il tarixində Azərbaycan Texnologiya Universitetində (UTECA) Zəfər Gününə həsr olunmuş “Pandemiya dövründə gənclərin tədqiqat problemləri“ mövzusunda elmi-praktik respublika konfransı keçiriləcək. Konfransın panelləri universitetin istiqamətlərinə müvafiq olaraq aşağıdakı kimi müəyyənləşdirilib: ✓Qida mühəndisliyi✓Turizm xidməti✓Logistika mühəndisliyi✓Yüngül sənaye mühəndisliyi✓İnformasiya texnologiyaları və kompyuter mühəndisliyi✓Metal və materiallar mühəndisliyi✓İqtisadiyyat və biznesin idarəedilməsi✓Davamlı inkişaf və təhsil texnologiyaları Konfrans materiallarına olan tələblər Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi formata uyğun olaraq aşağıdakı kimidir: -Konfrans materialları konkret və konfransın mövzusuna uyğun olmalıdır;-Konfrans materialları Azərbaycan, rus və ya ingilis dillərində yazılmalıdır;-Mətn “Microsoft Word for Windows” redaktorunda Times New Roman (Az.latın) şriftlə (hərflərin ölçüsü-12, interval-1,5) yığılmalı, A4 formatlı standartla (210x297 mm) – soldan, sağdan, yuxarıdan, aşağıdan 2 sm olmaq şərti ilə 3 səhifədən çox olmayaraq hazırlanmalıdır;-Mətnin əvvəlində sağdan tədqiqatçının soyadı, adı va atasının adı, onun altında müssisəsinin adı, e-poçt ünvanı və növbəti sətirin mərkəzində isə konfrans materialının adı yazılmalıdır. Konfrans materialında istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr aşağıdakı qaydada göstərilməlidir: •Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir;•İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir;•Ədəbiyyət siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələbləri əsasında göstərilir;•Ədəbiyyat siyahısında son 5-10 ilin eImi məqalələrinə, monoqrafiyalarına üstünlük verilməlidır;•İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içində göstərilir. Konfrans materialının sonunda onun yazıldığı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məruzələrə ingilis və rus, rus dilində yazılmış məruzələrə Azərbaycan və ingilis, ingilis dillərində yazılmış məruzələrə isə Azərbaycan və rus dillərində) xülasə verilir. Müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə məqalənin və müəllifin adı göstərilməlidir. Konfrans materialları 30 oktyabr 2021-ci ildən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidir. Konfrans materialının çapı Azərbaycan Texnologiya Universitetinin əməkdaşları və gənc tədqiqatçılar üçün ödənişsizdir. Ünvan: Gəncə ş. AZ2011 Şah İsmayıl Xətai prospekti 103Tel: (022) 257 00 46E-mail: [email protected] 729 dəfə oxunub
Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin nəzərinə! Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər sentyabrın 7-dən 20-dək qəbul olunduğu təhsil müəssisəsi üzrə elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün abituriyentlər onlayn qaydada portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasından “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı portal.edu.az platformasından və ya Təhsil Nazirliyindən məlumat ala bilərlər. Qeyd edək ki, abituriyentin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir və onun qəbul əmri təhsil müəssisəsinə göndərilmir. Bu abituriyentlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar. 682 dəfə oxunub
Qəbul olmuş abituriyentlərin qeydiyyatı başladı 2021/2022-Cİ TƏDRİS İLİNDƏ AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİNƏ QƏBUL OLUNMUŞ ABİTURİYENTLƏRİN VƏ VALİDEYNLƏRİNİN NƏZƏRİNƏ! 2021/2022-ci tədris ilində universitetin müxtəlif ixtisaslarına qəbul olunmuş abituriyentlər portal.edu.az saytından qeydiyyatdan keçməlidir. Müəyyən olunmuş müddətədək (07.09.2021-19.09.2021-ci il) qeydiyyatdan keçməyən şəxslər ixtisasa yerləşdirmədən imtina kimi qiymətləndirilərək DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcəkdir. Portal.edu.az saytına aşağıdakı sənədlərin yüklənməsi vacibdir: 1. Attestatın, kollec və ya ali təhsil müəssisəsinin məzunları üçün isə diplomun əsli2. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (ağ bilet)3. Şəxsiyyət vəsiqəsi4. 3x4 ölçüdə foto şəkil5. Sağlamlıq haqqında arayış6. Ödənişli əsaslarla qəbul olan tələbələr üçün ödəniş qəbzi7. İmtiyazlı şəxslər üçün bu statusu təsdiq edən sənəd QEYDLƏR:✓Digər sənədlər bölməsinə orta məktəbdə (kollecdə) keçilən xarici dil qeydi daxil edilməlidir✓Digər sənədlər bölməsinə 18 yaşı tamam olan şəxslərin COVID pasportu yüklənməlidir✓Yerləşdirilən sənədlər aydın və oxunaqlı olmalıdır✓Gəncə şəhərində “Bakalavr qeydiyyatı” dəstək mərkəzi 1 nömrəli (İ.Qayıbov 2) və 39 nömrəli (D.Qorqud 26) tam orta məktəblərdə fəaliyyət göstərir. Portal.edu.az saytından qeydiyyatdan keçənlər (Azərbaycan Texnologiya Universitetinə qəbul olanlar) hər hansı problemlə qarşılaşarsa universitetin aşağıdakı məsul şəxslərinə müraciət edə bilərlər: (I qrup ixtisaslar üzrə)Hamlet Kəsəmənli 050 246-07-72Ramil Vəliyev 050 246-07-50Sədr Quliyev 050 246-07-44Fəridə Rəhimli 050 872-95-78Nəbi Mehdizadə 070 669-50-92Kənan Nəsirov 051 586-28-96 (II, IV və V qrup ixtisaslar üzrə)Turanə Məmmədova 050 559-98-81Seymur Məmmədov 055 566-19-70İsgəndər Əsgərov 055 703-65-37Babək Həsənov 050 246-07-05Günay Əliyeva 050 879-36-87 ATİS üzrə məsul şəxs Günay Qəhrəmanova (022) 257-65-48 Hüquqşünas Müşfiq Məmmədov 055 214-88-29 (imtiyazlı tələbələrin müraciəti üçün) 668 dəfə oxunub
UTECA vakansiya elan edir Azərbaycan Texnologiya Universiteti (UTECA) 2021/2022 tədris ili üçün pedaqoji heyətin aşağıdakı istiqamətlər üzrə işə qəbulunu həyata keçirir:1. Avtomatika və informasiya texnologiyaları (Azərbaycan, rus bölmələri üzrə)2. Kompüter mühəndisliyi (Azərbaycan, rus bölmələri üzrə)3. Telekommunikasiya (Azərbaycan, rus bölmələri üzrə)4. Ümumi və tətbiqi fizika (Azərbaycan, rus bölmələri üzrə)5. Mühasibat uçotu (Azərbaycan, rus, ingilis bölmələri üzrə)6. İnzibati idarəetmə və kommersiya (Azərbaycan, rus bölmələri üzrə)7. İqtisadiyyat (rus böməsi üzrə)8. MBA – iqtisadiyyat (ingilis bölməsi üzrə)9. Turizm (rus böməsi üzrə)10. Ekologiya ( rus bölməsi üzrə) Namizədlərə aid tələblər:1. İstiqamət blokuna uyğun müvafiq dərəcə (magistr, fəlsəfə və elmlər doktoru)2. Müasir tədris standartlarına uyğun sillabus və fənn materiallarını hazırlama bacarıqları3. Tələbə-yönümlü tədris metodikası4. Kompyuter biliyi: MS ofis proqramlarında (xüsusilə, Power Point və Microsoft Word, Excel) sərbəst işləmək bacarığıNamizədlər müraciət üçün CV-lərini foto şəkili ilə mövzu yerində müvafiq istiqamətləri qeyd edərək [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Müraciət üçün son tarix 15 sentyabr 2021-ci il Qeyd: Namizədlərin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya müraciət müddəti bitdikdə CV-lərə baxılmayacaq. 789 dəfə oxunub