Azərbaycan Texnologiya Universitetində 2024-cü ilin 15 oktyabr tarixindən başlayan tyutor hazırlığı kursunu müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə sertifikatlar təqdim edilib.
Azərbaycan Texnologiya Universitetinin ümumi işlər üzrə prorektoru Rauf Bağırov, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov, elmi işlər üzrə prorektor v.m.i.e, elm və xarici əlaqələr üzrə müşavir Sahil Həmidov, Tədri̇si̇n təşki̇li̇ və İdarə edi̇lməsi̇ şöbəsinin müdiri Cəsarət Şabanov kursu uğurla bitirənlərə rektor Yaşar Ömərovun təbrikini çatdırıb, onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıblar.
Daha sonra rəhbər heyət tərəfindən akademik məsləhətçi statusu qazananlara müvafiq sertifikatlar təqdim edilib.
Qeyd edək ki, 3 ay davam edən kursun sonunda 4 müdavim I dərəcəli, 6 nəfər II dərəcəli, 4 dinləyici isə III dərəcəli sertifikata layiq görülüb.
Azərbaycan Texnologiya Universitetində (ATU) qış imtahan sessiyasına start verilib.
Universitetin rektoru Yaşar Ömərov imtahan prosesini izləyib, tələbələrlə yerində görüşərək onların fikirlərini öyrənib, eləcə də müvafiq tövsiyələr verib. Bildirib ki, tələbələrin biliyinin şəffaf və obyektiv qiymətləndirilməsi üçün bütün zəruri tədbirlər görülüb. Y.Ömərov tələbələrə imtahanda uğur və müvəffəqiyyətlər arzulayıb.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq imtahanların şəffaf və obyektiv keçirilməsi üçün İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir. Bundan başqa, bütün korpuslarda tələbələr üçün təklif və şikayətlər qutusu yerləşdirilib.
Azərbaycan Texnologiya Universitetində (ATU) Elmi Şuranın növbəti iclası keçirilib.
Universitetin rektoru, Elmi Şura sədri dos. Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
İclasda Maşın mühəndisliyi və logistika, Yüngül sənaye mühəndisliyi və dizayn, Kimya və metallurgiya mühəndisliyi kafedralarının və Tələbə Gənclər Təşkilatının hesabatı dinlənilib, tədris vəsaitləri təsdiq edilib.
Sonda universitetin professor-müəllim heyətinin elmi-pedaqoji fəaliyyətinin nəticələri elan edilib. Nəticələrə əsasən prof.Əhəd Nəbiyev "İlin alimi", Qida mühəndisliyi və ekspertiza kafedrası "İlin kafedrası", Qida mühəndisliyi fakültəsi "İlin fakültəsi" nominasiyası üzrə təltif edilib.
Bundan başqa Qida mühəndisliyi və ekspertiza kafedrasının dosenti Mərdan Tağıyev yubileyi münasibətilə təltif olunub.
Azərbaycan Texnologiya Universitetində qış imtahan sessiyasına hazırlıq və digər məsələlərlə bağlı iclas keçirilib. İclasda akademik və inzibati rəhbər heyət iştirak edib.
İclasda rektor Yaşar Ömərov Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən universitetdə İmtahan Qərargahı və Apellyasiya Komissiyasının yaradıldığını bildirib, imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi üçün fakültə rəhbərlərinə və kafedra müdirlərinə müvafiq tapşırıqlar verib.
İclasda həmçinin imtahan zallarının, kompyuter otaqlarının, müşahidə kameralarının tam hazır vəziyyətə gətirilməsi, universitetdə ümumilikdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və s. məsələlərlə bağlı tapşırıqlar verilib.
Daha sonra ATU-nun Strateji İnkişaf Planının 2024-cü il üzrə icrası müzakirə edilib. Bu çərçivədə görülən işlər diqqətə çatdırılıb, növbəti hədəflər ətrafında fikir mübadiləsi aparılıb, müxtəlif təkliflər müzakirə edilib.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən elan edilən Azərbaycan Texnologiya Universiteti Tələbə Gənclər Təşkilatına (ATU TGT) sədr seçkisi uğurla başa çatıb.
Tələbələr arasında aparılan səsvermə nəticəsində Həsən Hüseynov səs çoxluğu ilə ATU TGT sədri seçilib.
Azərbaycan Texnologiya Universitetində (ATU) 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş fakültələr arası futzal üzrə birincilik yarışı keçirilib. Yarışın başlanğıcında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışda Avtomatika, telekommunikasiya və informatika (iki komanda), Qida mühəndisliyi, İqtisadiyyat və idarəetmə, Yüngül sənaye mühəndisliyi və logistika fakültələrinin komandaları iştirak edib.
Qida mühəndisliyi fakültəsinin komandası yarışın qalibi olub.
İqtisadiyyat və idarəetmə fakültəsinin komandası ll yerdə, Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin komandası isə lll yerdə qərarlaşıb.