Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Əzm Marafonu” keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Əzm Marafonu” keçirilibMarafon Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi , Azərbaycan Texnologiya Universiteti, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatı, Gəncə Gənclər Evi, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə 29 aprel 2023–cü il tarixində baş tutub.Qeyd edək ki, marafon Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunub. Yarış Gəncə şəhər Heydər Əliyev adına Park-Kompleksində baş tutub və 250 nəfərdən artıq gənc iştirak edib.Tədbirdə Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos.Yaşar Ömərov, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının Sədr vəzifəsini icra edən Nurəddin İbrahimov, Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşı Gülnar Fazilqızı, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının əməkdaşı Eldar Qurbanov çıxış ediblər.Marafonun yekununda yer tutan ilk on nəfər gənc diplom və hədiyyələrlə təltif olunublar. 

 

Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş İnkişaf Kuboku 2 mini-futbol üzrə turnir start götürüb

Azərbaycan Texnologiya Universiteti, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Telekom Basketbol İdman Klubunun birgə təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş İnkişaf Kuboku 2 mini-futbol üzrə turnir start götürüb.Bugün turnirin rəsmi açılışı baş tutub. Açılışda Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Şahmar Həsənov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov , Telekom Basketbol İdman Klubunun direktoru Elçin Süleymanov çıxış ediblər.Qeyd edək ki, yarışlar 5 mayadək Azfar İdman Stadionunda davam edəcək. Turnirdə 17 komanda iştirak edir.İlk üçlüyə daxil olacaq qalib komandalara kubok, medal və fəxri fərman veriləcək. 

 

Azərbaycan Texnologiya Universitetində iki yeni kafedra yaradılıb

Universitetin strukturunun optimallaşdırılması, tədrisin keyfiyyətinin, eyni zamanda elmi fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə elmi şuranın 08 saylı iclasının qərarına əsasən Turizm sənayesinin təşkili və ekologiya kafedrası ləğv edilərək onun əsasında Turizm sənayesinin təşkili və Ətraf mühitin mühafizəsi kafedraları yaradılıb.Qeyd edək ki, yeni qərara əsasən yaradılmış kafedralar növbəti tədris ilindən fəaliyyətə başlayacaq. Turizm sənayesinin təşkili kafedrası İqtisadiyyat və idarəetmə fakültəsinin, Ətraf mühitin mühafizəsi kafedrası isə Qida mühəndisliyi fakültəsinin nəzdində fəaliyyət göstərəcək. 


Azərbaycan Texnologiya Universitetində Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş müxtəlif idman yarışları üzrə birinciliyə start verilib

Yarışlar universitetin əməkdaşları və tələbələri arasında keçirilir. İlk günkü oyunlarda Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi Dos.Yaşar Ömərov da iştirak edib.İlk yarış əməkdaşlar arasında stolüstü tennis idman növü üzrə baş tutub. Yarışda 16 qadın və kişi əməkdaşlar iştirak edib. Olimpiya sistemi üzrə keçirilən yarışda birinci yerə bütün rəqiblərinə qalib gələrək İnzibati idarəetmə və kommersiya kafedrasının əməkdaşı Şakir Əlizadə çıxıb. Qeyd edək ki, silsilə yarışlar çərçivəsində şahmat, dama və voleybol idman növü üzrə yarışlar keçiriləcək. 

Azərbaycan Kubokunun qalibi ``Gəncə`` Basketbol Klubu Azərbaycan Texnologiya Universitetində qonaq olub

Görüşdən öncə Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini icra edən Dos. Yaşar Ömərov komanda üzvlərini qəbul edib. Basketbolçuları və məşqçiləri Azərbaycan Kubokunu qazanmaları münasibəti ilə təbrik edib, kollektivə qarşıdan gələn pley-off mərhələsində uğurlar arzulayıb.Komandanın baş məşqçisi Miliunas Gediminas, məşqçi Rizvan Səfərov və kapitan Amil Həmzəyev qonaqpərvərliyə və isti qəbula görə təşəkkür edərək Yaşar Ömərovu ev oyunlarına dəvət ediblər. Komanda universitet rəhbərliyinə klubun şərfini hədiyyə edib. Görüşün sonunda xatirə şəkli çəkdirilib.Daha sonra komanda üzvləri ATU-nun akt zalında tələbələrin önünə çıxıblar. Gənclərə klubun fəaliyyəti, nailiyyətləri, komandanın son nəticələri və gələcək hədəfləri haqqında məlumat veriblər. Qeyd olunub ki, “Gəncə” Basketbol Klubunun məqsədi ölkəmizi Avropa yarışlarında təmsil etməkdir.Görüş tələbələrin sualları ətrafında aktiv müzakirələrlə davam edib. Komanda üzvlərinin seçimi əsasında ən maraqlı suallar ünvanlayan tələbələrə hədiyyələr təqdim olunub. 

Azərbaycan Texnologiya Universiteti ilə ``Huawei Technologies” Azərbaycan şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb

Bu məqsədlə Azərbaycan Texnologiya Universiteti (ATU), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və "Huawei Technologies” Azərbaycan şirkəti arasında üçtərəfli görüş keçirilib.Azərbaycan Texnologiya Universitetində baş tutan görüşdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyini department rəhbərləri Fatimə Ələkbərova, Loukas Tzitzis, layihə rəhbəri Gülnar Mirhüseynova, kommunikasiya və tədbirlər üzrə meneceri Aygün Məmmədli, "Huawei Technologies” Azərbaycan şirkətini isə ictimaiyyətlə əlaqələr üzrə meneceri Kang Jia və insan resursları üzrə aparıcı mütəxəssisi Veronika İbrahimova təmsil edib.Məhsuldar görüşdə birgə əməkdaşlıq məsələlərinin mövcud vəziyyəti və görüləcək işlər müzakirə edilib, ATU-da qurulacaq laboratoriya haqqında danışılıb.İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə baş tutan görüşün sonunda "Huawei” şirkəti ilə ATU arasında əməkdşalıq memorandumu imzalanıb.Sənədi Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru v.m.i.e. dos. Yaşar Ömərovla "Huawei Technologies” Azərbaycan şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Kang Jia imzalayıb.Memorandumda Rəqəmsal Bilik və İKT Bacarıqları Proqramının hazırlanması istiqamətində birgə görüləcək işlər, ATU-nun "Huawei” İKT Akademiyasının üzvü olması, İKT sahəsində əmək bazarının tələblərinə uyğun kadrların yetişdirilməsi kimi məsəllər öz əksini tapır.