Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universitetinin komandası Gəncə Basketbol liqası oyunlarının II turunda qalib gəlib

Azərbaycan Texnologiya Universiteti, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və "Telekom Basketbol" İdman Klubunun birgə təşkilatçılığı ilə keçirilən Gəncə Basketbol liqasının oyunları davam edir.11 yanvar tarixində yarışın II tur oyunları keçirilib. Bu turda Azərbaycan Texnologiya Universitetinin komandası ilə Göygöl şəhər Olimpiya İdman Kompleksinin komandası qarşılaşıb. Mərhələdə Azərbaycan Texnologiya Universitetinin komandası 44:32 hesabı ilə qalib gəlib.Komandamıza uğurlar arzu edirik! 547 dəfə oxunub

Azərbaycan Texnologiya Universitetinin Turizm sənayesinin təşkili və Ekologiya kafedrasının əməkdaşları və tələbələri Göygöl Milli Parkına səfər edib

Azərbaycan Texnologiya Universitetinin Turizm sənayesinin təşkili və Ekologiya kafedrasının əməkdaşları və tələbələri Göygöl Milli Parkına səfər edib. Nümayənə heyəti burada 11 yanvar - Dünya Qoruqlar və Milli Parklar Günü çərçivəsində keçirilən tədbirdə iştirak edib.Tədbirdə Ermənistanın torpaqlarımıza qarşı törətdiyi ekoterrora, böyük əhəmiyyətə malik xüsusi mühafizə olunan təbiət ərazilərində - Bəsitçay və Qaragöl dövlət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələrinin işğalçı ordunun tapdağına məruz qalaraq məhv edilməsinə diqqət çəkilib.Görüşdə Azərbaycan Texnologiya Universitetinin Göygöl Milli Parkı ilə sıx əməkdaşlığı vurğulanıb. Tədbirdə iştirak edən kafedra əməkdaşları bildiriblər ki, tarixi günün xüsusi mühafizə olunan ərazilərdə qeyd edilməsi ölkəmizin nadir təbiət nümunələrinə diqqət və qayğısının bariz nümunəsidir.Ölkəmizdə ümumilikdə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Eyni zamanda, yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması istiqamətində işlər davam etdirilir, mövcud ərazilər genişləndirilir.Qeyd edək ki, dünyada ilk dəfə 1917-ci il yanvarın 11-də Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb. Həmin təqvim günü Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən hər il qeyd olunur.     557 dəfə oxunub

Azərbaycan Texnologiya Universiteti aşağıda adı göstərilən vakant vəzifənin tutulması üçün müsabiqə elan edir

  Azərbaycan Respublikası Elm və Təhsil NazirliyiAzərbaycan Texnologiya Universiteti  Aşağıda adı göstərilən vakant olan vəzifənin tutulması üçünmüsabiqə elan edir:“Menecment” kafedrası – kafedra müdiri.Sənədlərin təqdim olunması bu elan dərc edildiyi tarixdən 1 ay müddətindədir.Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-100 nömrəli 05 fevral 2018-ci il tarixli “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”nın tətbiqi barədə əmrə uyğun olaraq elan olunduğu gündən başlayaraq 30 gün müddətində qəbul edilir.Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir. Ünvan: AZ 2011, Gəncə şəhəri, Ş.İ.Xətai pr. 103Əlaqə telefonu: 022-257-56-29     653 dəfə oxunub


Bu gündən Azərbaycan Texnologiya Universitetində payız semestrinin qış imtahan sessiyasına start verilib

  Bu gündən Azərbaycan Texnologiya Universitetində payız semestrinin qış imtahan sessiyasına start verilibAzərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos.Yaşar Ömərov ilk imtahan prossesini izləyib. Y.Ömərov imtahandan əvvəl tələbələrlə söhbət edib. Universitet rəhbəri tələbələrlə yerində görüşərək onların fikirlərini öyrənib, eləcə də müvafiq tövsiyyələr verərək qaydalar barədə məlumatlandırıb. Bildirib ki, tələbələrin biliyinin şəffaf və obyektiv qiymətləndirilməsi üçün bütün zəruri tədbirlər görülüb. Y.Ömərov tələbələrə imtahanda uğur və müvəffəqiyyətlər arzulayıb.1 fevral tarixinədək davam edəcək sessiya müddətində 279 qrup üzrə 1387 imtahanın təşkili nəzərdə tutulub. İmtahanlar test və yazılı qaydada keçirilir.Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq imtahanların şəffaf və obyektiv keçirilməsi üçün İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir. Bundan başqa, bütün korpuslarda tələbələr üçün təklif və şikayətlər qutusu yerləşdirilib. 604 dəfə oxunub

ATU-nun bütün əməkdaşlarına bayram münasibətilə pul mükafatları verilib

  Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi Yaşar Ömərovun əmrinə əsasən universitetin bütün əməkdaşlarına 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni - 2023-cü il münasibətilə pul mükafatları verilib. 603 dəfə oxunub

Azərbaycan Texnologiya Universitetində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib

  Azərbaycan Texnologiya Universitetində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilibTədbirdə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos. Yaşar Ömərov çıxış edib. O 2022-ci ildə universitetin və kollektivin əldə etdiyi uğurlardan bəhs edib, qarşıda duran vəzifələrdən danışıb. Y.Ömərov çıxışının sonunda universitet kollektivini və tələbələri Həmrəylik Günü və qarşıdan gələn yeni 2023-cü il münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.Daha sonra sosial məsələlər və ictimayətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov, İnzibati idarəetmə və kommersiya kafedrasının dosenti Xədicə Məmmədova, Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov, Maşın mühəndisliyi və logistika kafedrasının müdiri Şakir Əliyev çıxış ediblər.Tədbirdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş videoçarx izlənilib. 646 dəfə oxunub