Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dosent Yaşar Ömərov mübadilə proqramı çərçivəsində xaricə gedən tələbələrlə görüşüb.
Y.Ömərov tələbələri uğurları münasibəti ilə təbrik edərək müvəffəqiyyətlər arzulayıb, ölkəmizi və universitetimizi layiqincə təmsil edərək bilik və bacarıqlarını artırmağı tövsiyə edib. Bildirib ki, xaricdə təhsil alan gənclərimiz ölkəmiz üçün faydalı olmalı, onlar üçün yaradılan şəraiti lazımınca dəyərləndirməlidirlər.
Görüşdə iştirak edən tələbələr Erasmus+ mübadilə programı çərçivəsində 2023/2024-cü tədris ili üçün 1 semestr müddətində Avropa ölkələrində təhsil alacaqlar. Belə ki, kompyuter mühəndisliyi ixtisasının 2-ci kurs magistrantları Sahib Əlihüseynov və Bəsti Cəfərova İspaniyanın Caen (Jaen) Universitetində, dizayn ixtisasının 2-ci kurs tələbələri Həsənzadə Murad Rumıniyanın İaşi Texniki Universitetində, Günel Hacıyeva isə Polşanın Varşava Ekologiya və Menecment Universitetində təhsillərini davam etdirəcəklər.
Azərbaycan Texnologiya Universitetinin 4 tələbəsi növbəti semestrdən təhsilini Avropada davam etdirəcəkAzərbaycan Texnologiya Universitetinin rektor əvəzi dosent Yaşar Ömərov mübadilə proqramı çərçivəsində xaricə gedən tələbələrlə görüşüb.Y.Ömərov tələbələri uğurları münasibəti ilə təbrik edərək müvəffəqiyyətlər arzulayıb. Bildirib ki, xaricdə təhsil alan gənclərimiz ölkəmiz üçün faydalı olmalı, onlar üçün yaradılan şəraiti lazımınca dəyərləndirməlidirlər. Y.Ömərov tələbələrə dərslərdə nizam-intizamlı, məsuliyyətli olmağı, bilik və bacarıqlarını artırmağı, ölkəmizi və universitetimizi layiqincə təmsil edərək onlara göstərilən etimadı doğrultmağı tövsiyə edib.Görüşdə iştirak edən tələbələr Erasmus+ mübadilə programı çərçivəsində 2022/2023-cü tədris ili üçün 1 semestr müddətində Avropa ölkələrində təhsil alacaqlar. Belə ki, kompyuter mühəndisliyi ixtisasının 2-ci kurs tələbələri Gürshad Hüseynov Silesiya Texnologiya Universitetində (Polşa), Fərid Musayev Smalkalden Tətbiqi Elmlər Universitetində (Almaniya), dizayn ixtisasının 3-cü kurs tələbəsi Tariyel-Hicran Məmmədli Rumıniyanın İaşi Texniki Universitetində, 1-ci kurs magistr tələbəsi (MBA) Cəlal Həbibov isə Jaen Universitetində (İspaniya) təhsilni davam etdirəcək. 552 dəfə oxunub
Azərbaycan Texnologiya Universiteti ilə Belarusun Polotsk Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb24 yanvar 2023-cü il tarixində Azərbaycan Texnologiya Universiteti və Belarus Respublikasının Polotsk Dövlət Universiteti arasında ikili əməkdaşlıqla bağlı görüş keçirilib. Onlayn qaydada baş tutan görüşün əvvəlində Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dosent Yaşar Ömərov və Polotsk Dövlət Universitetinin rektoru Yuriy Romanovskiy hər iki universitetin mövcud imkanları barədə məlumatla çıxış ediblər. Daha sonra əsası qoyulmuş əməkdaşlığın reallaşdırılması və genişləndirilməsi imkanları müzakirə edilib, müvafiq təklif və tövsiyələr dinlənilib. Məhsuldar görüşün sonunda hər iki universitet arasında əməkdaşlıq memorandumu imzalanıb.Görüşdə Azərbaycan Texnologiya Universitetindən Elm və xarici əlaqələr üzrə müşavir Mayis Gülaliyev, Tədris şöbəsinin müdiri Raqif Hüseynov, Elmi-tədqiqat mərkəzinin müdiri Qalibə Məmmədova və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri əvəzi Ramidə Xəlilova iştirak edib. Polotsk Dövlət univeristetindən isə birinci prorektor Oksana Qolubeva, tədris işləri üzrə prorektor Yuriy Qolubev, elm işləri üzrə prorektor İrina Buraya, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Olqa Juravskaya təmsil olunub.Qeyd edək ki, Polotsk Dövlət Universiteti Belarusun ən qədim (1581) təhsil ocaqlarından biridir. 550 dəfə oxunub
Bu gün Gəncə Basketbol Liqasının III tur oyunları keçiriləcək Bu turda Azərbaycan Texnologiya Universitetinin (ATU) komandası ilə Gəncə Dövlət Universitetinin (GDU) komandası görüşəcək.Qeyd edək ki, ATU komandası daha əvvəl baş tutan görüşlərdə Gəncə şəhər Baş Polis İdarəsi və Göygöl Olimpiya İdman Kompleksinin komandalarına qalib gəlib.Gəncə Basketbol Liqası Azərbaycan Texnologiya Universiteti, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Telekom Basketbol İdman Klubunun birgə təşkilatçılığı ilə keçirilir. Yarışlar Azərbaycan Texnologiya Universitetinin idman zalında baş tutur. 511 dəfə oxunub
Azərbaycan Texnologiya Universitetində 20 yanvar faciəsinə həsr edilmiş "20 yanvar hadisələri və Heydər Əliyevin cəsarətli bəyanatı” adlı tədbir keçirilibTədbir çərçivəsində universitet rəhbərliyi və kollektivi Gəncədə yerləşən 20 Yanvar abidəsini ziyarət edib. 20 yanvar şəhidlərinin ruhuna dualar oxuyub, abidə önünə gül dəstələri düzüblər.Daha sonra tədbir universitetdə davam edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos. Yaşar Ömərov açılış nitqi ilə çıxış edib. Qanlı yanvar hadisələrinin tarixindən, xalqımızın başına gətirilən müsibətlərdən, o dövrdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan xalqının əzmindən danışıb. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin şəhidlərin adını daim uca tutulmasına, ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqətindən bəhs edib.Daha sonra Gəncə şəhər İcra hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə Veteranlar Şurasının sədri Yusif Məmmədov, Azərbaycan Texnologiya Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Şahmar Həsənov, İctimai elmlər və multikulturalizm kafedrasının dosenti Hüseyn Budaqov, dosent əvəzi Mehriban Tağıyeva çıxış edib.Çıxışlarda bildirilib ki, 33 il əvvəl - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da fövqəladə vəziyyət elan edilmədən Sovet İttifaqının qoşun hissələri Bakı şəhərinə yeridilərək dinc əhaliyə divan tutulub. Nəticədə sinəsini sipər edən yüzlərlə insan əliyalın qətlə yetirilib, yaralanıb və itkin düşüb. Qeyd olunub ki, 20 yanvar hüzn günü, həm də qürur günüdür. Bu tarix milli iradənin zəfər çaldığı gündür. Məruzələrdə bildirilib ki, həmin dəhşətli günlərdə Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev faciənin ertəsi gün Azərbaycanın daimi nümayəndəliyinə gələrək və həyatını təhlükədə qoyaraq Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış edib, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırıb. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut edib. Çıxışçılar faciə qurbanlarının xatirəsinin xalqımız tərəfindən daim əziz tutulacağını bildiriblər.Tədbirdə 20 yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib, tələbələrin ifasında şeirlər səsləndirilib. 625 dəfə oxunub
Azərbaycan Respublikası Elm və Təhsil NazirliyiAZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİ Aşağıdakı kafedralar üzrə boş olan vəzifələri tutmaq üçünMÜSABİQƏ ELAN EDİR “Avtomatika və informasiya texnologiyaları” kafedrası - baş müəllim - 1 yer “Xarici dillər” kafedrası - dosent - 1 yer baş müəllim - 1 yer Sənədlərin təqdim olunması bu elan dərc edildiyi tarixdən 1 ay müddətindədir.Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 401 nömrəli 07 avqust 1996-cı il tarixli “Ali təhsil müəssisələrində kafedra müdiri, professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq elan olunduğu gündən başlayaraq 1 ay müddətində qəbul edilir.Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir: Ünvan: Gəncə şəhəri, Ş.İ.Xətai pr. 103, AZ - 2011Əlaqə telefonu: 022-257-56-29 REKTORLUQ 563 dəfə oxunub