Azərbaycan Texnologiya Universitetinin (ATU) rəhbərliyi və kollektivi Türkiyənin Gəncədəki Baş Konsulluğunda qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsinə yaradılan guşəni ziyarət edib. Texnologiya Universitetinin rektor əvəzi dos. Yaşar Ömərov Türkiyənin Gəncədəki Baş konsulu Receb Öztopa zəlzələdə həlak olanlarla bağlı başsağlığı verib, acınız acımızdır deyərək yaralılara tezliklə sağlıqlarına qovuşmalarını arzu edib.Qeyd edək ki, bu gün Gəncə ictimaiyyəti Türkiyədə baş verən zəlzələ ilə bağlı qardaş ölkəyə dəstək olmaq üçün “Bir millət, iki dövlət” devizi ilə konsulluğa axın edib. Burada zəlzələdə həlak olanların xatirəsi anılıb, Allahdan dünyasını dəyişənlərə rəhmət, yaralılara şəfa, dağıntılar altında qalaraq xilas olmalarını gözləyənlərə dözüm, güc-qüvvət diləyib. 473 dəfə oxunub
Azərbaycan Texnologiya Universiteti ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında görüş keçirilib Onlayn görüşdə Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos. Yaşar Ömərov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva və hər iki qurumun struktur bölmə rəhbərləri iştirak edib.Görüşün məqsədi hər iki qurum arasında əməkdaşlığın yaradılması imkanlarının müzakirə edilməsi olub. Onlayn iclasda Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos. Yaşar Ömərov universitetin inkişaf strategiyasında nəzərdə tutulan innovativ yeniliklərdən, bu istiqamətdə birgə görülə biləcək işlərdən bəhs edib. Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva və qurumun digər əməkdaşları ilə Azərbaycan Texnologiya Universitetinin təşəbbüsü ilə nəzərdə tutulan İnnovasiya Festivalının həyata keçirilməsi məsələsi də müzakirə olunub. İclas zamanı layihənin formatı, bu və digər istiqamətlərdə birgə əməkdaşlığın detalları müzakirə edilib.Görüş zamanı Azərbaycan Texnologiya Universiteti ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında memorandum imzalanmasına dair razılığa gəlinib. 470 dəfə oxunub
Azərbaycan Texnologiya Universitetində 2 Fevral - Gənclər Günü qeyd edilib Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos.Yaşar Ömərov çıxış edərək gəncləri bu əlamətdar gün münasibətilə təbrik edib, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən uğurla icra edilən gənclər siyasətinin hazırkı gənc nəslin qarşısında yeni-yeni üfüqlər açdığını diqqətə çatdırıb. Gənclərə öz tövsiyələrini verən rektor bildirib ki, bu gün ölkəmizin sürətli iqtisadi inkişaf yoluna qədəm qoyması ölkə başçısının düşünülmüş siyasətinin nəticəsidir. Dövlət başçısının uzaqgörənliklə reallaşdırdığı bu siyasətin həyata keçirilməsində gənclərin də üzərinə mühüm vəzifələr düşür.Çıxış edənlər Azərbaycan Gəncləri Gününün tarixindən, müstəqillik dövründən bu günə qədər gənclər siyasəti ilə bağlı görülən işlərdən, qəbul olunan dövlət proqramlarından, gənclər üçün yaradılan şəraitdən bəhs ediblər. Qeyd edilib ki, Azərbaycan Gənclərinin necə vətənpərvər olduğu 44 günlük Vətən müharibəsində özünü bir daha göstərdi.Tədbir çərçivəsində Universitetin Tələbə Gənclər Təşkilatının sədri Əli Məmmədov Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən ilin TGT sədri seçilməsi münasibətilə, eləcə də bir qrup tələbə Azərbaycan Texnologiya Universitetinin ictimai həyatında, informasiya texnologiyaları sahəsində, idman sahəsində, startap layihələrində, Tələbə Elmi Cəmiyyəti və Tələbə Gənclər Təşkilatında fəallığına görə təşəkkürnamə ilə təltif edilib, universitetin tərəfdaşlarından olan Kapital Bank tərəfindən hədiyyələr təqdim olunub. 514 dəfə oxunub
Azərbaycan Texnologiya Universitetində Avropa Kommissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi ilə bağlı məlumatlandırma günü keçirilibTədbir layihə çərçivəsində ötən ilin 12-17 dekabr tarixlərində Belçikanın paytaxtı Brüssel şəhərində yerləşən “EFMD Global” qurumuna təşkil olunan səfər və bu səfər zamanı keçirilən təlimin nəticələrinin müzakirəsinə həsr olunub.Görüşün əvvəlində Beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı mütəxəssisi, layihə meneceri İlahə Qurbanova sözügedən layihənin ümümi məqsədi, yerli və xarici tərəfdaşları, cari fəaliyyət planı, yaradılacaq Azərbaycan Rektorlar Konfransının tərkibində yer alan komitələr barədə iştirakçılara ətraflı məlumat verib.Daha sonra Brusseldəki təlimdə Azərbaycan Texnologiya Universitetini təmsil etmiş Tədris şöbəsinin müdiri Raqif Hüseynov və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri əvəzi Ramidə Xəlilova təqdimatla çıxış ediblər.Təlimdə əldə olunmuş təcrübələri iştirakçılarla paylaşan Raqif Hüseynov “Azərbaycan Rektorlar Konfransının yaradılması” layihəsinin önəmini vurğulayıb və ali təhsillə bağlı məsələləri diqqətdə saxlayan, müəyyən problemlərin həllinə dəstək verə bilən belə bir qurumun formalaşmasına ehtiyac olduğunu diqqətə çatdırıb. Avropa və milli universitetlərin təhsil, tədris formatı arasında mövcud fərqlərə də toxunan Raqif Hüseynov layihənin universitetlərimizə ciddi töhfə verə biləcəyinə, ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsində rol oynayacağına əminliyini ifadə edib.Ramidə Xəlilova isə öz çıxışında bildirib ki, təlim ali təhsilin beynəlmiləlləşdirilməsində potensialın gücləndirilməsi məqsədilə həyata keçirilib. Təlim çərçivəsində “EFMD Global” və digər Avropa tərəfdaşları tərəfindən keyfiyyət təminatı və beynəlmiləlləşmə, tədqiqatların və tədrisin beynəlmiləlləşdirilməsi, həmçinin beynəlmiləlləşmə strategiyalarının inkişaf etdirilməsi məsələləri ətraflı müzakirə olunub.Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb. 596 dəfə oxunub
Azərbaycan Texnologiya Universitetində Avropa Kommissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi ilə bağlı məlumatlandırma günü keçirilibTədbir layihə çərçivəsində bu ilin 30 yanvar-3 fevral tarixlərində Polşada Polşa Universitetlərinin Rektorlar Konfransı (CRASP) və 27 fevral-03 mart tarixlərində İsveçdə Kral Texnologiya İnstitutu (KTH) tərəfindən keçirilən səfərlər zamanı əldə olunan təlim nəticələrinin müzakirəsinə həsr olunub.Görüşün əvvəlində Beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı mütəxəssisi, layihə meneceri İlahə Qurbanova sözügedən layihənin ümümi məqsədi, yerli və xarici tərəfdaşları, cari fəaliyyət planı, eyni zamanda yaradılacaq Azərbaycan Rektorlar Konfransının tərkibində yer alan komitələr barədə iştirakçılara ətraflı məlumat verib.Daha sonra İsveçdəki təlimdə universitetimizi təmsil edən Tədris şöbəsinin müdiri Raqif Hüseynov universitetlərdə elmi tədqiqat və innovasiya fəaliyyətlərinin inkişaf etdirilməsinin önəmli olduğunu vurğulayıb, qlobal mühitdə tədqiqat və innovasiya sistemləri, tədqiqatda keyfiyyət məsələləri, tədqiqatçıların elmi fəaliyyətinə xidmət edən beynəlxalq statuslu nəşr infrastrukturu (Web of Science, Scopus), eləcə də İsveç təcrübəsində doktorantura təhsili, doktorantların işə qəbulu kimi olduqca mühüm istiqamətlərdə fikir mübadiləsi aparıb.Polşada keçirilən təlimdə əldə olunmuş təcrübələrini iştirakçılarla paylaşan Keyfiyyət təminatı və Audit şöbəsinin müdiri Mətləb Əliyev isə öz çıxışında Avropa təhsil sistemi, strateji planlamada insan resurslarının idarəedilməsi, maliyyənin idarəedilməsinin əsas kriteriyaları, o cümlədən CRASP-ın fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 337 dəfə oxunub
Azərbaycan Texnologiya Universitetində Avropa Kommissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi ilə bağlı məlumatlandırma günü keçirilib Tədbir layihə çərçivəsində bu ilin 13-17 mart tarixlərində Mykolas Romeris Universitetinin (MRU) təşkilatçılığı ilə Litvada keçirilmiş səfər zamanı əldə olunan təlim nəticələrinin müzakirəsinə həsr olunub. Görüşün əvvəlində Beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı mütəxəssisi, layihə meneceri İlahə Qurbanova sözügedən layihənin ümümi məqsədi, yerli və xarici tərəfdaşları, cari fəaliyyət planı, eyni zamanda yaradılacaq Azərbaycan Rektorlar Konfransının tərkibində yer alan komitələr barədə iştirakçılara ətraflı məlumat verib. Daha sonra beynəlxalq təlimdə Azərbaycan Texnologiya Universitetini təmsil etmiş Tədris şöbəsinin müdiri Raqif Hüseynov, eləcə də Keyfiyyət təminatı və audit şöbəsinin müdiri Mətləb Əliyev öz çıxışlarında Litvanın ali təhsil sistemi, Litva Rektorlar Konfransında fəaliyyət göstərən Tədris işləri üzrə komitənin rolu, Litvada ali məktəblərin milli akkreditasiya sistemi, ali təhsil müəssisələrinin nəticəyə əsaslanan maliyyələşdirmə modeli ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb. 388 dəfə oxunub