Azərbaycan Texnologiya Universiteti 8 Noyabr - Zəfər Gününə həsr edilmiş "Zəfərimiz əbədidir" mövzusunda esse müsabiqəsi elan edir.
Bütün tələbələrimizi müsabiqədə iştiraka dəvət edirik.
Tələblərə uyğun şəkildə hazırlanmış esselər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, seçilən müəlliflərə hədiyyə və sertifikatlar təqdim olunacaqdır.
Mövzu başlıqları:
- Ali Baş Komandanın Zəfərə gedən yolu
- Otuz illik həsrət
- Vətən müharibəsi qəhrəmanları
- Vandalizmə məruz qalmış mədəniyyət abidələrimiz
- İşğaldan azad edilmiş torpaqlara yeni həyatın gətirilməsi
Yazı qaydaları:
Mətndən öncə vərəqin sol üst küncündə tələbənin adı, soyadı və atasının adı yazılmalıdır. Daha sonra, oxuduğu fakültə, ixtisas və qrup nömrəsi qeyd edilməlidir.
Yazının texniki qaydaları:
Mətn “Microsoft Word for Windows” redaktorunda, Arial şriftlə (hərflərin ölçüsü 12, sətirlərarası interval 1.5, abzas 1.25, həcm A4 formatlı 2-3 səhifədən ibarət olmalıdır.
Tələblər:
Esse giriş, əsas hissə, nəticədən ibarət olmalı, esse xüsusiyyətlərinə uyğun yazılmalıdır. Məzmun konkret bir mövzuya həsr olunmalıdır.
Esselər 31 oktyabr 2023-cü il tarixinədək esse.qebulu@gmail.com poçt ünvanına göndərilməlidir.
Təhsilin İnkişafı Fondu “NEQSOL HOLDING” ilə əməkdaşlıq çərçivəsində bakalavr təhsili alan tələbə qızlar üçün təqaüd proqramı elan edir.
Azərbaycan Texnologiya Universitetinin aşağıdakı ixtisaslarda təhsil alan qız tələbələri 22.10.2023-cü il tarixinədək onlayn qeydiyyatdan keçə bilərlər:
-Proseslərin avtomatlaşdırılması mühəndisliyi
-Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
-Qida mühəndisliyi
-Sənaye mühəndisliyi
-Ekologiya mühəndisliyi
-Elektrik və elektronika mühəndisliyi
-Kompyuter mühəndisliyi
-İnformasiya texnologiyaları
-Radiotexnika və telekommunikasiya mühəndisliyi
-Mühasibat
-Biznesin idarə edilməsi
Müraciət linki:
https://docs.google.com/.../1FAIpQLSf9LoWrjf0.../viewform...
Proqram çərçivəsində tələbələr aylıq təqaüd almaqla yanaşı, təhsil aldıqları sahələr üzrə təcrübə keçmək şansı əldə edəcəklər.
Seçimlərdə üstünlük akademik göstəriciləri yüksək olan namizədlərə veriləcəkdir. Proqram respublikanın bütün ali təhsil müəssisələrini əhatə edir və mərhələlərdən uğurla keçən 50 tələbə qız 1 il ərzində aylıq 200 manat məbləğində təqaüd əldə edəcək.
Proqrama aşağıdakı kateqoriya tələbə qızlar müraciət edə bilər:
Ali təhsil müəssisəsinə qəbul imtahanında minimum 450 bal toplayanlar;
Ümumi orta müvəffəqiyyət göstəriciləri 80%-dən yuxarı olanlar,
Aşağıdakı sosial meyarlardan birinə uyğun olan şəxslər:
– ünvanlı dövlət sosial yardımı alan ailənin üzvü;
– I, II və ya III dərəcə əlilliyi müəyyən edilmiş şəxslər;
– Valideynləri olmayan və ya uşaq evində böyümüş şəxslər.
Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan şəxs:
– I, II və ya III dərəcə əlilliyi müəyyən edilmiş şəxslər;
– İşsiz kimi qeydiyyatda olan şəxslər;
– İş yeri olmayan və yaşa görə əmək pensiyası alan şəxslər;
– İş yeri olmayan və yaşa görə sosial müavinət alan şəxslər.
Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-100 nömrəli 05 fevral 2018-ci il tarixli “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları” və 401 nömrəli 07 avqust 1996-cı il tarixli “Ali təhsil müəssisələrində kafedra müdiri, professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq elan olunduğu gündən başlayaraq 1 ay müddətində qəbul edilir.
Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir:
Gəncə şəhəri, Ş.İ.Xətai pr. 103, AZ - 2011
Əlaqə: 022-257-56-29
TEKNOFEST Azərbaycan - #UTECA tələbələri ilk onluqdaUTECA-nın Rosol komandası TEKNOFEST Azərbaycan festivalının #Robotexnika müsabiqəsində ilk onluqda yer alıb. Azərbaycan Texnologiya Universitetinin tələbələri finalda iştirak edən 16 komanda arasında 8-ci yeri tutub.74,67 balla adını qaliblər sırasına yazdıran Rosol komandası minaaxtaran və zərərsizləşdirən robot layihəsi ilə 26-29 may tarixlərində baş tutacaq böyükmiqyaslı TEKNOFEST Azərbaycan festivalında iştirak edəcək. 1613 dəfə oxunub
Azərbaycan Texnologiya Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 140s nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planlarına əsasən 2022-ci il üçün aşağıdakı ixtisaslardan fəlsəfə doktoru proqramı üzrə doktorantura, dissertanturaya və elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul elan edir: 3304.01 - Kompüter qurğuları və texnologiyası – doktorantura əyani - 1 yer, dissertantura* - 1 yer;3308.01 - Ətraf mühitin texnologiyası və mühəndisliyi - doktorantura qiyabi - 1 yer, dissertantura* - 1 yer;3309.01 - Qida məhsullarının texnologiyası - doktorantura əyani - 1 yer, doktorantura qiyabi – 1 yer, dissertantura* - 1 yer, elmlər doktoru proqramı üzrə dissertantura* – 1 yer;3313.02 - Maşınlar, avadanlıqlar və proseslər - elmlər doktoru proqramı üzrə dissertantura* – 1 yer;3315.01 - Metallurgiya texnologiyası - dissertantura* - 1 yer;3325.01 - Telekommunikasiya texnologiyası - doktorantura əyani - 1 yer, dissertantura* - 1 yer;3327.01 - Nəqliyyat sistemləri qurğuları - doktorantura əyani - 1 yer;3338.01 - Sistemli analiz,idarəetmə və informasiyanın işlənməsi - dissertantura* - 1 yer;3337.01 - İnformasiya-ölçmə və idarəetmə sistemləri - doktorantura əyani - 1 yer, dissertantura* - 2 yer;3339.01 - İnformasiyanın mühafizəsi üsulları və sistemləri,informasiya təhlükəsizliyi - dissertantura* - 1 yer;5308.01 - Ümumi iqtisadiyyat - doktorantura qiyabi – 1 yer, dissertantura* - 2 yer;5311.01 - Müəssisələrin təşkili və idarəolunması - dissertantura* - 2 yer;5312.01 - Sahə iqtisadiyyatı - dissertantura* - 2 yer, elmlər doktoru proqramı üzrə dissertantura* – 1 yer *Dissertant hazırlığı üzrə adambaşına maliyyələşmə nəzərdə tutulmadığı üçün dissertanturada hazırlıq ali təhsil müəssisələrinin öz əməkdaşları üçün həmin müəssisənin hesabına, digər şəxslər üçün isə ödənişli olacaq. Doktoranturaya sənəd qəbulu "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, oradan "Ali və orta ixtisas təhsil müəssisələrinin tələbə qəbulu və qeydiyyatı" xidmətini seçərək qeydiyyatdan keçməlidirlər. Sənəd qəbulu 5 may 2022-ci il tarixə qədər davam edəcəkdir. Xarici dil imtahanını (iyun 2022-ci il) müvəffəqiyyətlə vermiş şəxslərin Fəlsəfə fənni üzrə imtahanda iştirakı 1,2,5 sentyabr 2022-ci il, ixtisas imtahanının keçirilməsi 12-13 sentyabr 2022-ci il tarixlərində nəzərdə tutulmuşdur. Əlaqə Tel.: 022-267-03-91 (Magistratura və Doktorantura şöbəsi). 1377 dəfə oxunub
Məzun və son kurs tələbələrinin CV bankı yaradılır Azərbaycan Texnologiya Universitetinin (UTECA) rektoru, professor Akif Süleymanovun göstərişi ilə məzunların CV bankı yaradılır. Bu məqsədlə UTECA məzunlarının və sonuncu kurs tələbələrinin şəxsi məlumatlarının (CV) toplanmasına start verilib. Universitetimizin məzunları və son kurs tələbələrindən rəsmi Facebook səhifəmizin müvafiq postunda linki göstərilmiş CV formasını dolduraraq [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. CV bankının yaradılmasında məqsəd UTECA məzunları olan işaxtaranlarla müəssisələr arasında operativ əlaqə yaratmaq, tələbələrin gələcək karyeralarına dəstək göstərməkdən ibarətdir. Belə ki, universitetin rəsmi saytında CV bankı adı altında müvafiq bölmə açılacaq, CV-lər orada yerləşdiriləcək. Bundan başqa mütəmadi olaraq müəssisələrdən universitetə vakant yerlərə dair məlumatlar daxil olur ki, məzunların şəxsi məlumatlarının həmin müəssisələrə, eləcə də yaşayış yerinə uyğun başqa müəssisələrə göndərilməsi nəzərdə tutulub. 1680 dəfə oxunub