Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Azərbaycan Texnologiya Universiteti
Aşağıda adları göstərilən vakant olan vəzifələrin tutulması üçün
müsabiqə elan edilir:
- “İdarəetmə” kafedrası – kafedra müdiri
- “Xarici dillər” kafedrası – kafedra müdiri
Sənədlərin təqdim olunması bu elan dərc edildiyi tarixdən 1 ay müddətindədir.
Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-100 nömrəli 05 fevral 2018-ci il tarixli “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”nın tətbiqi barədə əmrə uyğun olaraq elan olunduğu gündən başlayaraq 1 ay müddətində qəbul edilir.
Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir.
Ünvan: AZ 2011, Gəncə şəhəri, Ş.İ.Xətai pr. 103
Əlaqə telefonu: 022-257-56-29
REKTORLUQ
Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı, Təhsilin İnkişafı Fondunun, Coca-Cola və "ATS Food" şirkətinin dəstəyi ilə 1 noyabr 2024-cü il tarixində 8 Noyabr Zəfər Gününə həsr edilmiş "Zəfərimiz əbədidir" adlı intellektual yarış keçiriləcəkdir.
Universitetlərin və kolleclərin tələbələrinin iştirakı ilə baş tutacaq yarışın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsinin inkişaf etdirilməsinə, o cümlədən, tariximiz və milli-mənəvi dəyərlərimiz haqqında biliklərinin genişləndirilməsinə imkan yaratmaq, asudə vaxtlarının səmərəli keçməsinə nail olmaqdır.
Azərbaycan Texnologiya Universiteti (ATU) İspaniyanın Xaen Universiteti ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir.
Əməkdaşlıq çərçivəsində ATU-nun magistratura pilləsində təhsil alan 2 tələbəsinə İspaniyada bir semestr müddətinə təhsil almaq üçün qrant ayrılıb.
Seçim aşağıdakı meyarlar əsasında aparılacaq:
✓ Müsahibə
✓ÜOMG
Müsahibədə iştirak etmək istəyən tələbələr 25 oktyabr 2024-cü il tarixinədək Beynəlxalq əməkdaşlıq şöbəsi ilə (tel: 022 268 35 78; e-mail: erasmus@atu.edu.az II korpus 3-cü mərtəbə, otaq 2316) əlaqə saxlayıb qeydiyyatdan keçməlidirlər.
Azərbaycan Texnologiya Universiteti (ATU) İspaniyanın Granada Universiteti ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir. Əməkdaşlıq çərçivəsində ATU-nun 2 doktorantına İspaniyada 3 (üç) ay müddətinə tədqiqat aparmaq üçün qrant ayrılıb.
Seçim aşağıdakı meyarlar əsasında aparılacaq:
✓ Müsahibə
✓Tədqiqat fəaliyyəti
✓Granada Universitetindən Dəvət məktubu
Tədqiqat aparmaq istəyən doktorantlar ilk öncə Granada Universitetinin müvafiq sahə üzrə professorundan birgə tədqiqat üçün Razılıq məktubu əldə etməli və daha sonra həmin məktubla birgə 30 noyabr 2024-cü il tarixinədək universitetin Beynəlxalq əməkdaşlıq şöbəsinə (tel: 022 268 35 78; e-mail: erasmus@atu.edu.az II korpus 3-cü mərtəbə, otaq 2316) müraciət etməlidir.
Azərbaycan Texnologiya Universiteti (ATU) İspaniyanın Granada Universiteti ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir. Əməkdaşlıq çərçivəsində ATU-nun magistratura pilləsində təhsil alan bir tələbəsinə İspaniyada 1 (bir) semestr müddətinə təhsil almaq üçün qrant ayrılıb.Seçim aşağıdakı meyarlar əsasında aparılacaq:
✓ Müsahibə
✓ÜOMG
✓IELTS Sertifikatı
Müsahibədə iştirak etmək istəyən tələbələr 25 oktyabr 2024-cü il tarixinədək Beynəlxalq əməkdaşlıq şöbəsi ilə (tel: 022 268 35 78; e-mail: erasmus@atu.edu.az II korpus 3-cü mərtəbə, otaq 2316) əlaqə saxlayıb qeydiyyatdan keçməlidirlər.
Azərbaycan Texnologiya Universitetində Tyutor hazırlığı üzrə sertifikat proqramına sənəd qəbulu elan olunur.
Sertifikat proqramının məqsədi tədris prosesində tələbələrə peşəkar xidmət göstərə biləcək akademik məsləhətçilərin hazırlanmasıdır. Tədris prosesinin bütün mərhələlərini əhatə edən proqram təcrübəli ekspertlər tərəfindən aparılacaq.
Sənəd qəbulunun müddəti 5 oktyabr 2024-cü il tarixinə qədərdir.
Proqramın başlama tarixi 10 oktyabr 2024-cü ildir.
Yekunda nəticəsi 91-100 bal arası olan namizədlərə “Fərqlənmə”, 51-90 arası olan namizədlərə “Adi”, 50 və 50-dən aşağı olan namizədlərə isə “Dinləyici” sertifikatı təqdim olunacaq.
Kursu uğurla keçən müdavimlər ATU-nun tyutor vakansiyalarına baş vura bilərlər.
Kursda iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Rektorun adına ərizə
- Təhsil haqqında sənədin (diplomun) surəti
- 3×4 sm ölçüdə 1 ədəd fotoşəkil
- Şəxsiyyət vəsiqəsinin hər iki üzünün surəti (yeni nəsil olduqda bir üzü)
Əlaqə: (+994) 77 508 37 75 Günay Qəhrəmanova