Bəs siz Təhsil Tələbə Krediti Fondundan yararlanmısınız?Təhsil haqqı xərclərinizi ödəməkdə çətinlik çəkirsinizsə Təhsil Tələbə Krediti Fondunun yaratdığı imkandan yararlanın!İllik 2 və 6 %-lə Təhsil Tələbə Krediti (TTK) alın, geri ödəməyə isə təhsilinizi bitirdikdən 2 il sonra başlayın.Qeyd: Tələbənin göstəricilərinə əsasən aldığı kredit FAİZSİZ ola bilər, eləcə də ayrılmış kreditin 25 və 50 %-dən azad ola bilər. Eyni zamanda sosial TTK üzrə ÜOMG-si 71 bal və yuxarı olan, standart TTK üzrə isə ÜOMG-si 91 bal və yuxarı olan borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır.Geri ödəmə dövrü başlamadan faiz hesablanmır!Sosial TTK üzrə:Aşağıdakı şərtlərdən biri ödənildikdə tələbə sosial TTK almaq hüququnu qazanır.► Tələbə ünvanlı dövlət sosial yardım alan ailənin üzvü olduqda;► III dərəcə əlilliyi olduqda;► Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıdakı kateqoriyaların hər hansı birinə aid olduqda:✓ I və II dərəcə əlilliyi olan şəxslər;✓ işsiz kimi qeydiyyatda olanlar;✓ yaşa görə əmək pensiyaçıları;✓ yaşa görə sosial müavinət alanlar.QEYD: Sosial TTK-nə son semestrdə ÜOMG-si 71-dən aşağı olan tələbələr müraciət edə bilər.Standart TTK üzrə:Tələbə sosial TTK üçün uyğun olmadıqda standart TTK-ya uyğunluğu yoxlanılır. Aşağıdakı şərtlər ödənildikdə tələbə standart TTK almaq hüququnu qazanır.► Birinci tədris ilinin ilk semestrində (yarımilində) oxuyan tələbələr üçün:• tələbə qəbulu imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olduqda:✓ bakalavriat səviyyəsi üçün 300-700 bal aralığı;✓ magistratura səviyyəsi üçün 50-100 bal aralığı;• illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödədikdə.► Digər semestrlər (yarımillər) üçün: • tələbənin ÜOMG-si/aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olduqda; • illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödədikdə. Təhsil Tələbə Kreditinə müraciət üçün tələb olunan sənədlər: Ərizə (istənilən notariusdan almaq mümkündür); Son semestr üzrə ÜOMG; Doğum haqqında şəhadətnamə (foto şəkil); Valideynlərin şəxsiyyət vəsiqələrinin Fin kodu; Cari tədris ilində İllik təhsil haqqının ödənilmiş hissəsi (məbləğ); Son semestr üzrə akademik borc olmamalıdır. Əlavə sual yaranarsa Tədris şöbəsinə müraciət etməyiniz xahiş olunur.Telefon: (+994)22 257 08 83Email: [email protected]Təhsil tələbə kreditinə müraciət üçün rəsmi sayt: www.e-ttkf.edu.azTəhsil tələbə krediti fondu ilə əlaqə üçün whatsapp nömrəsi: (+994)51 206 78 48 768 dəfə oxunub
UTECA “Peşəkar Assosiasiya və Bilik Mübadiləsi vasitəsilə Azərbaycanda Ali Təhsilin Beynəlmiləlləşdirilməsinin Genişləndirilməsi” adlı seminarda təmsil olunubAzərbaycan Texnologiya Universiteti Azərbaycan Beynəlxalq Təhsil Menecerləri Assosiasiyası (AIEMA), Midlberi Beynəlxalq Araşdırmalar İnstitutu (Monterey, Kaliforniya, ABŞ) və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin tərəfdaşlığı ilə “Peşəkar Assosiasiya və Bilik Mübadiləsi vasitəsilə Azərbaycanda Ali Təhsilin Beynəlmiləlləşdirilməsinin Genişləndirilməsi” adlı seminara dəvət edilib.Seminar 25 yanvar 2022-ci il tarixində Bakı şəhərində Emerald Suite Otelin konfrans zalında pandemiya qaydalarına uyğun olaraq təşkil edilib. Seminarda Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin, Azərbaycandakı Milli Erasmus+ Ofisinin, British Council Azərbaycan təşkilatının, ABŞ-ın Midlberi Beynəlxalq Araşdırmalar İnstitutunun və 25 ali təhsil müəssisəsinin beynəlxalq əlaqələr şöbələrinin rəhbər və nümayəndələri iştirak ediblər.Görüşdə Azərbaycan Texnologiya Universitetini Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Tural Rüstəmov təmsil edib.Seminar iştirakçılar və qonaqlar tərəfindən müsbət qarşılanıb və iştirakçılar faydalı seminarların davamlı olmasını arzulayıblar. Seminar iştirakçıların fərdi müzakirələri və şəbəkələşməsi, həmçinin xatirə şəkli çəkdirməklə yekunlaşıb.Qeyd edək ki, Azərbaycan Beynəlxalq Təhsil Menecerləri Assosiasiyası (ABTMA) 2019-cu ilin noyabr ayında bir təşəbbüs qrupu kimi təsis edilib və könüllülük prinsipi əsasında bir neçə yerli ali təhsil müəssisələrinin əməkdaşları tərəfindən fəaliyyətə başlayıb. ABTMA-nın missiyası təşviq, vəkillik, şəbəkələşmə və peşəkar resurs mübadiləsi vasitəsilə fərdləri və qurumları dəstəkləməklə Azərbaycanda ali və peşə təhsilinin effektiv beynəlmiləlləşdirilməsinə töhfə verməkdir. 787 dəfə oxunub
Azərbaycan Texnologiya Universitetində (UTECA) beynəlxalq elmi-praktik konfrans keçiriləcək Azərbaycan Texnologiya Universitetində (UTECA) beynəlxalq elmi-praktik konfrans keçiriləcək 5-6 may 2022-ci il tarixində Azərbaycan Texnologiya Universitetində (UTECA) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş “Tekstil və yüngül sənayedə dizayn, texnologiya və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Konfransın panelləri universitetin istiqamətlərinə müvafiq olaraq aşağıdakı kimi müəyyənləşdirilib: Heydər Əliyev və Azərbaycanda texnoloji inkişaf Tekstil materiallarının və yüngül sənaye məmulatlarının dizaynı Tekstil və yüngül sənayenin mütərəqqi texnika və texnologiyaları İstehlak mallarının dizayn texnologiyaları Logistika mühəndisliyi İnformasiya texnologiyaları və kompüter mühəndisliyi Tekstil və yüngül sənayenin iqtisadiyyatı və menecmenti Tekstil və yüngül sənayenin ekoloji aspektləri Konfrans materiallarına olan tələblər Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi formata uyğun olaraq aşağıdakı kimidir: Konfrans materialları konkret və konfransın mövzusuna uyğun olmalıdır; Konfrans materialları Azərbaycan, Rus və ya İngilis dillərində qəbul olunur; Mətn “Microsoft Word for Windows” redaktorunda Arial şriftilə (hərflərin ölçüsü-12 pt, interval-1,5, abzas-1,25), boş sahələrin ölçüləri soldan-25 mm, sağdan-15 mm, yuxarı və aşağıdan 20 mm olmaqla, A4 formatlı standart (210x297 mm) hazırlanmalıdır; Məruzənin mətni 3 səhifəyə qədər olmalıdır; Mətnin əvvəlində ortadan materialın mövzusu, onun altında tədqiqatçıların adı və soyadı, müəssisənin adı, müəlliflərin elektron poçt ünvanı yazılır. Konfrans materialında istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr bu qaydada göstərilməlidir: Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir; İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir; Ədəbiyyət siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələbləri əsasında göstərilir; Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına üstünlük verilməlidır; İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içində kvadrat mörtərizədə göstərilir. Azərbaycan dilində yazılmış materialın sonunda İngilis və Rus dillərində, Rus dilində yazılmış materialın sonunda isə İngilis dilində xülasə verilir. İngilis dilində yazılmış konfrans materialının xülasəyə ehtiyacı yoxdur. Müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə materialın, müəllifin və müəssisənin adı yuxarıda qeyd olunan qaydada göstərilməlidir. Konfrans materialları 20 aprel 2022-ci ildən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidir. Ünvan: Gəncə ş. AZ2011 Şah İsmayıl Xətai prospekti 103Tel: (022) 257 00 46e-mail: [email protected] 1357 dəfə oxunub
Azərbaycan Texnologiya Universitetində 2021-ci il 15 dekabr, saat 12:00-da Türkiyənin Uşak Universitetinin dosenti Ercan Özenin seminarı təşkil olunacaq.Mühazirə mövzusu “Türkiyədə pensiya sistemi”dir.Onlayn seminara qoşulma linki:https://us02web.zoom.us/j/2649919656... 690 dəfə oxunub
Azərbaycan Texnologiya Universitetində (UTECA) respublika konfransı keçiriləcək 10 mart 2022-ci il tarixində Azərbaycan Texnologiya Universitetində (UTECA) “Texnoloji inkişaf iqtisadi inkişafın əsasıdır” mövzusunda müəllim və gənc tədqiqatçıların respublika elmi konfransı keçiriləcək. Konfransın panelləri universitetin istiqamətlərinə müvafiq olaraq aşağıdakı kimi müəyyənləşdirilib: -Qida mühəndisliyi-Logistika mühəndisliyi -Yüngül sənaye mühəndisliyi -İnformasiya texnologiyaları və kompüter mühəndisliyi -Metal və materiallar mühəndisliyi -İqtisadiyyat və menecment-Davamlı inkişaf və təhsil texnologiyalarıKonfrans materiallarına olan tələblər Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi formata uyğun olaraq aşağıdakı kimidir:-Konfrans materialları konkret və konfransın mövzusuna uyğun olmalıdır;-Konfrans materialları Azərbaycan, Rus və ya İngilis dillərində yazılmalıdır;-Mətn “Microsoft Word for Windows” redaktorunda Times New Roman (Az.latın) şriftilə (hərflərin ölçüsü-12, interval-1,5) yığılmalı, A4 formatlı standartla (210x297 mm) – soldan, sağdan, yuxarıdan, aşağıdan 2 sm olmaq şərti ilə 3 səhifədən çox olmayaraq hazırlanmalıdır; -Mətnin əvvəlində sağdan tədqiqatçının soyadı, adı va atasının adı, onun altında müssisəsinin adı, e-poçt ünvanı və növbəti sətirin mərkəzində isə konfrans materialının adı yazılmalıdır. Konfrans materialında istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr bu qaydada göstərilməlidir: -Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir;-İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir;-Ədəbiyyət siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələbləri əsasında göstərilir;-Ədəbiyyat siyahısında son 5-10 ilin eImi məqalələrinə, monoqrafiyalarına üstünlük verilməlidır;-İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içində göstərilir. Konfrans materialının sonunda onun yazıldığı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məruzələrə ingilis və rus dillərində, rus dilində yazılmış məruzələrə Azərbaycan və ingilis dillərində, ingilis dillərində yazılmış məruzələrə Azərbaycan və rus dilində) xülasə verilir. Müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə məqalənin və müəllifin adı göstərilməlidir. Konfrans materialları 5 mart 2022-ci ildən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidir. Tezisin çap dəyəri xarici vətəndaşlar üçün hər səhifəyə görə 5$, Azərbaycan vətəndaşları üçün 5 AZN-dir. Məcmuələr toplusunun isə dəyəri xarici vətəndaşlar üçün 20$, Azərbaycan vətəndaşları üçün 10 AZN-dir. Valyuta: AZNBenefisiarın adı: Azərbaycan Texnologiya UniversitetiVÖEN: 2300343181H/H: AZ39AIIB38060019440135272127Benefisiarın Bankı: “Kapital Bank” ASC, Gəncə filialıBankın kodu: 200275VÖEN: 9900003611Müxbir hesab: AZ37NABZ01350100000000001944S.W.I.F.T. BİK: AIIBAZ2XBankın ünvanı: Gəncə şəhəri, Cavadxan küçəsi 24Tel: (022) 256-67-95, 256-01-19 Ünvan: Gəncə ş. AZ2011 Şah İsmayıl Xətai prospekti 103Tel: (022) 257 00 46e-mail: [email protected] 883 dəfə oxunub
Müəllimlər üçün Avropada təqaüdlü mübadilə imkanıAzərbaycan Texnologiya Universiteti Polşa, İspaniya və Rumıniyanın bir neçə universiteti ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir. Əməkdaşlıq çərçivəsində UTECA-nın müəllimləri üçün bir həftəlik tam təqaüdlü qrant ayrılıb. Proqramdan yararlanacaq müəllimlərin bütün xərcləri proqram tərəfindən ödəniləcək.Müəllimlərin seçimi aşağıdakı meyarlar əsasında aparılacaq:✓ Müvafiq sahə üzrə pedaqoji staj✓ İngilis dilində sərbəst ünsiyyət bacarığıMüsahibədə iştirak etmək istəyən müəllimlər 10 dekabr 2021-ci il tarixinədək Elm və xarici əlaqələr mərkəzi ilə (Tel: 022 257 35 78; Mob: 070 503 12 99) əlaqə saxlayıb qeydiyyatdan keçməlidirlər. 656 dəfə oxunub