Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Gənc dizaynerlər üçün təşkil olunan ``DO! - Dizayner Ol!`` layihəsinin birinci mərhələsi yekunlaşıb

Gənc dizaynerlər üçün təşkil olunan "DO! - Dizayner Ol!" layihəsinin birinci mərhələsi yekunlaşıbLayihənin əsas məqsədi region gənclərini dizayn peşəsinin inkişaf perspektivləri və karyera imkanları barədə maarifləndirmək və onların bu sahədə bilik və bacarıqlarını artırmaqdan ibarətdir.Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyi və Azərbaycan Texnologiya Universitetinin birgə tərəfdaşlığı ilə baş tutan "DO! - Dizayner Ol!" layihəsi çərçivəsində təlimlər və öyrənmə səfərləri təşkil edilib.Gəncə şəhərində təşkil olunan layihə çərçivəsində, seçilmiş 15 nəfər gəncə təlimçi Fəxrəddin Əli tərəfindən "Dizayner peşəsi üzrə təhsil və təcrübə imkanları", "Frilans və əyani iş imkanları", "Dizayn işi zamanı istifadə oluna biləcək resurslar və trendlər", "Dizayner portfelinin yaradılması" kimi mövzular əsasında 6 gün ərzində təlimlər keçirilib, praktik məşğələlər təşkil olunub.Gənclər təlim sessiyasından əlavə olaraq universitetin müəllimləri Mobil Qarayev və Razil Mirzəzadənin bələdçiliyi ilə dizaynın müvafiq sahələri üzrə öyrənmə səfərlərində iştirak ediblər.Qeyd edək ki, "DO! - Dizayner Ol!" Azərbaycan Texnologiya Universitetinin dizayn ixtisasının 3-cü kurs tələbəsi Anaxanım Rzazadənin Azərbaycan Respublikası Gənclər Fondunun "İdeyanı Reallaşdır 2022" adlı fərdi qrant müsabiqəsində qalib olmuş layihəsidir.     491 dəfə oxunub

Azərbaycan Texnologiya Universiteti xidmət müəssisələri ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Texnologiya Universiteti xidmət müəssisələri ilə əməkdaşlığı genişləndirirAzərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Gəncə Regional İdarəsi ilə Azərbaycan Texnologiya Universiteti arasında görüş keçirilib. Azərbaycan Texnologiya Universitetində baş tutan görüşdə tərəflər arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.Görüş zamanı müvafiq sahə üzrə kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, müasir texnologiyaların elmi əsaslarla tətbiqinin gücləndirilməsi, tələbələr üçün istehsalat təcrübəsinin təşkili, birgə tədqiqat işlərinin aparılması kimi bir sıra məsələlər ətrafında danışılıb, təkliflər irəli sürülüb.Müzakirələrdən sonra Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos.Yaşar Ömərovla AYNA-nın Gəncə Regional İdarəsinin müdiri Müzadil Həsənov əməkdaşlıq memorandumu imzalayıblar.Qeyd edək ki, AYNA ötən ilin oktyabrında Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində, avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi, sərnişin və yükdaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılıb.     520 dəfə oxunub

Azərbaycan Texnologiya Universiteti ilə Almaniyanın Trier Tətbiqi Elmlər Universiteti arasında əməkdaşlıq əlaqələri qurulub

Azərbaycan Texnologiya Universiteti ilə Almaniyanın Trier Tətbiqi Elmlər Universiteti arasında əməkdaşlıq əlaqələri qurulubBu çərçivədə Trier Tətbiqi Elmlər Universitetinin professoru Dr. Patrick Siegfried Azərbaycan Texnologiya Universitetində olub, rektor əvəzi Dos. Yaşar Ömərovla görüşüb. Görüş zamanı uzunmüddətli əməkdaşlığın perspektivləri, eləcə də birgə həyata keçirilə biləcək planlar müzakirə edilib.Görüşün sonunda hər iki universitet arasında əməkdaşlıq memorandumu imzalanıb. Trier Tətbiqi Elmlər Universitetinin Prezidenti Dr. Dorit Şumanın əvvəlcədən imzaladığı sənədi Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi Dos. Yaşar Ömərov da imzalayıb.Daha sonra Dr. Patrick Siegfriedin “Ərzaq iqtisadiyyatında davamlı konseptlər” mövzusunda elmi seminarı baş tutub. Seminarda professor-müəllim heyətinin üzvləri, eləcə də magistr və doktorantlar iştirak edib, müvafiq sahənin aktual problemləri müzakirə edilib. 446 dəfə oxunub


ECAR layihəsi çərçivəsində ``Strateji insan resurslarının idarə olunması`` tədris proqramının açılış mərasimi baş tutub

  ECAR layihəsi çərçivəsində "Strateji insan resurslarının idarə olunması" tədris proqramının açılış mərasimi baş tutub7 fevral 2023-cü il tarixində Avropa Komissiyasının maliyyələşdirdiyi və Bakı Biznes Universitetinin koordinatorluq etdiyi “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində "Azərbaycan HR İnstitutu" tərəfindən keçirilən "Strateji insan resurslarının idarə olunması" tədris proqramının açılış mərasimi baş tutub. Azərbaycan Turizm və Menecment Universitetinin ev sahibliyi etdiyi tədbirdə Azərbaycan Texnologiya Universitetini İnsan resursları şöbəsinin müdiri Asif Həsənzadə və Beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı mütəxəssisi, layihə meneceri İlahə Qurbanova təmsil ediblər.Tədbiri giriş sözü ilə açan ATMU-nun tədris işləri üzrə prorektoru f.ü.e.d. Prof. Zaur Bağırov hazırda idarəetmənin mühüm halqalarından birinin insan resursları olduğunu bildirməklə, bu istiqamətdə ali təhsil müəssisələrinin əməkdaşlarının beynəlxalq sertifikasiya proqramında iştirak etməsinin əhəmiyyətini yüksək qiymətləndirib və iştirakçılara uğurlar arzu edib.Daha sonra ECAR layihəsinin koordinatoru, Bakı Biznes Universitetinin Universitet-sənaye əməkdaşlığı şöbəsinin müdiri Gülşən Bayramova çıxış edərək ECAR layihəsinin əsas məqsədlərindən birinin ali təhsil müəssisələrinin idarəetmə bacarıqlarının inkişafı olduğunu vurğulayıb.Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov isə ölkəmizdə insan kapitalının inkişafı, ali təhsildə idarəetmənin təkmilləşdirilməsi, strateji insan resurslarının idarəedilməsinin təşkili və bu istiqamətdə innovativ yanaşmaların vacibliyini qeyd edib.Qeyd edək ki, Azərbaycan HR İnstitutunun "Strateji insan resurslarının idarə olunması” tədris proqramında təlimçisi qismində Fəzilə Əsgərova çıxış edəcək. Təlimlər toplam 6 modul (İstedadların cəlb olunması, HR əməliyyatlar, Öyrənmə və inkişaf, İstedadların idarə olunması, Ölçmə və analitika, biznes liderlik) olmaqla ümumilikdə 20 saat müddətində təşkil olunacaq.   469 dəfə oxunub

Azərbaycanın dövlət və xalq birliyi qardaş Türkiyənin yanındadır!

Azərbaycanın dövlət və xalq birliyi qardaş Türkiyənin yanındadır!Bunu bir daha təzahür etmək üçün Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi Yaşar Ömərov, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov və Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov Tükiyənin Azərbaycandakı Səfirliyinin önündə qardaş ölkədə baş verən faciəvi zəlzələnin qurbanlarının xatirəsinə ayrılmış məkana gül dəstələrib düzərək ifadə ediblər.Onlar zəlzədə həyatını itirənlərin xatirəsini ehtiramla yad edib, yaralananlara şəfa diləyiblər. 445 dəfə oxunub

Azərbaycan Texnologiya Universitetində növbəti semestrə hazırlıqla bağlı iclas keçirilib

  Azərbaycan Texnologiya Universitetində növbəti semestrə hazırlıqla bağlı iclas keçirilibİclasda universitetin rektor əvəzi dos. Yaşar Ömərov dərs cədvəllərinin hazırlanması, akademik borcu olan tələbələrin alt qruplarda yerləşdirilməsi, təqaüdlərin hesablanması və digər məsələlərin vaxtında icra olunması üçün müvafiq tapşırıqlar verib.İclas zamanı 4-cü kursda təhsil alan bakalavr tələbələrinin istehsalat təcrübəsinin təşkili ilə bağlı məsələlər, ötən semestrin və imtahan sessiyasının nəticələri, may ayında keçiriləcək Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş beynəlxalq elmi praktik konfrasa, eləcə də apreldə baş tutacaq İnnovasiya Festivalına hazırlıq işləri müzakirə edilib. 496 dəfə oxunub