Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Müəllimlər üçün Avropada təqaüdlü mübadilə imkanı

Müəllimlər üçün Avropada təqaüdlü mübadilə imkanıAzərbaycan Texnologiya Universiteti (ATU) Rumıniyanın "Gheorghe Asachi" İasi Texniki Universiteti ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir. Əməkdaşlıq çərçivəsində ATU müəllimləri üçün bir həftəlik tam təqaüdlü qrant ayrılıb. Proqramdan yararlanacaq müəllimlərin bütün xərcləri proqram tərəfindən ödəniləcək.Müəllimlərin seçimi aşağıdakı meyarlar əsasında aparılacaq:- Tekstil sahəsi üzrə pedaqoji staj- İngilis dilində sərbəst ünsiyyət bacarığıMaraqlanan şəxslər Beynəlxalq əməkdaşlıq şöbəsinə (2-ci korpus, 3-cü mərtəbə (2316); Tel: 2573578) müraciət edə bilər.Müraciət üçün son tarix: 10 mart 2023-cü il 433 dəfə oxunub

ATU-da Azərbaycan yazıçılar birliyinin üzvü Baba Vəziroğlu ilə görüş keçiriləcək

Hörmətli əməkdaşlar və əziz tələbələr,6 mart, 2023-cü il tarixində universitetimizdə şair, nasir, publisist, əməkdar incəsənət xadimi, Azərbaycan yazıçılar birliyinin üzvü Baba Vəziroğlu ilə görüş keçiriləcəkdir.Saat 10:00-da Azərbaycan Texnologiya Universitetinin akt zalında baş tutacaq görüşə hər kəs dəvətlidir. 456 dəfə oxunub

ATU - da ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi ölkəmizin gələcəyinin rəhnidir” mövzusunda konfrans keçirilib

  Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Şəhər Ağsaqqallar Şurası və Azərbaycan Texnologiya Universitetinin (ATU) birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi ölkəmizin gələcəyinin rəhnidir” mövzusunda konfrans keçirilib.Əvvəlcə ulu öndər Heydər Əliyevin büstü ziyarət edilib, önünə gül dəstələri düzülüb. Daha sonra ATU tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.ATU-nun ev sahibliyi etdiyi konfrans Dövlət Himninin səsləndirilməsi və ulu öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Tədbirdə ATU-nun rektor əvəzi dos.Yaşar Ömərov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Yadigar Bədəlov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, YAP Gəncə Şəhər Təşkilatının nümayəndəsi Cabir Məmmədov çıxış edərək gənclərin vətənpərvərlik ruhunda yetişmələri üçün görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıblar. Bildirilib ki, ölkə gəncliyinə aşılanan Vətən sevgisi özünü 44 günlük Vətən müharibəsində bir daha göstərdi.Konfransda Gəncə Dövlət Universitetinin professoru Həsənbala Sadıqovun “Milli dəyər olan vətənpərvərlik tərbiyəsinin əsas istiqamətləri”, ATU-nun dosenti Hüseyn Budaqovun “Gənclərin vətənpərvərlik tərbiyəsində Heydər Əliyevin rolu” adlı məruzələri dinlənilib.Fəxri qonaqlar qismində qazilərin qatıldığı tədbirdə ali və orta ixtisas təhsil müəssisələrinin ictimai fənn müəllimləri, alimlər, ictimai təşkilat rəhbərləri, orta məktəb nümayəndələri və tələbələr iştirak edib.Konfrans çərçivəsində tədbir iştirakçılarına fəxri fərmanlar, təşəkkürnamələr və tərifnamələr verilib.       477 dəfə oxunub


XX əsrin faciəsi Xocalı soyqırımı

                                                               XX əsrin faciəsi Xocalı soyqırımı Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Bu soyqırımlardan ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur. 25 fevral 1992-ci il. Quşbaşı qar yağan sərt qış gecəsi. Həmin gecə Xocalı elə bir dəhşət yaşadı ki, hələ yer üzündə belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə-eşiklərə od vuruldu, qar tökülən qanların istisindən əridi. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar qəddarcasına qətlə yetirildi, neçə-neçə qeyrətli oğullarımız torpaq uğrunda şəhid oldular. Hər tərəfdə silahlı ermənilər dinc əhaliyə amansız divan tutdular.  O gecə hara gedəcəyini, kimdən imdad diləyəcəyini bilməyən uşaqların doğmalarının meyidləri arasanda çaş-baş halda vurnuxmalarını, ətrafda nə baş verdiyindən xəbərsiz körpənin gözlərini həyata əbədi yummuş anasına sığınmasını göz önünə gətirin... Şəhərin 800-dən artıq sakininin həyatına son qoyuldu. Tarixin hələ indiyədək şahidi olmadığı bu müsibət ancaq insanlığını, mərhəmət hissini itirən vəhşi ermənilər törədə bilərdilər. Onlar keçmiş sovet ordusuna məxsus 366-cı alayın iştirakı ilə dinc insanların üstünə hücum çəkdilər. Xocalını yerlə yeksan etdilər. Ermənilər öz bədnam hərəkətləri ilə tarixdə tanıdığımız ən qəddar hökmdarların zülmkarlığını belə kölgədə qoydular.  Qarabağ hadisələrinin iştirakçısı, ermənilərin ən çox sevdiyi ideoloqlarından biri, yazıçı-şair Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı kitabında Xocalıda törətdikləri soyqırım haqqında fəxrlə yazır: “Xaçaturla Xocalıda ələ keçirdiyimiz 13 yaşlı bir türk uşağını əsgərlərimiz pəncərəyə mismarlamışdılar... Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam yenə eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”. Daha bir erməni müəllif David Xerdiyan  “Xaç uğrunda” kitabının 19-76-cı səhifələrində yazır: “Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstüylə getmək istəmədim. Bunu görən polkovnik-leytenant Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim. “ “Martın 2-də “Qaflan” erməni qrupu 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi”... Erməni əsgəri Racik Dedeyan da belə qeydlər aparıb: “Biz Xocalıya hücum etməzdən bir gün öncə Quşçular ətrafında toplanmışdıq.  Bizim komandirimiz Suren Sumbatyan bizi iki sıraya düzərək dedi: biz bu gün Xocalıya girəcəyik. Qarşınıza çıxan heç kimə rəhm etməyin. Uşaq, qoca, cavan, əsgər, qadın, qız hər kəsi öldürün. Evlərini yandırın, məscidlərini yandırın, dini kitablarını murdarlayıb özlərinə yaladın. Bizim üçün bir amal var  - qisas və Arsaxın müstəqil olması. Bizlə bərabər Suriyadan və Livandan  gəlmiş ermənilər də vardı. Biz Xocalıya daxil olduq. Həmin gecə qarşımıza çıxan hər kəsi öldürdük. Hər dəfə müsəlman türk öldürdükdə gözümüzdə intiqam odu parıldayırdı. Biz əsirləri tikanlı məftilə bağlayıb maşınların arxasında parça-parça olana qədər sürüyürdük. Suriyadan gələn ermənilər isə onların kəlləsinin skeletini çıxarmaq üçün özləri ilə xüsusi alət gətirmişdilər. Onlar bu alətlə müsəlman itlərin kəllə sümüyünü çıxarır, kəllə skeletlərindən əşya düzəldirdilər. Biz kiçik yaşlı uşaqları Xankəndinə apardıq. Orda bizim həkimlər onların daxili orqanlarını götürürdü... Onların murdar bədəninə qızdırılmış xaç çəkirdik. Biz onlara verdiyimiz işgəncədən zövq alırdıq. Onları məcbur edirdik ki, öz murdar it yuvaları olan bu şeytan yuvasını murdarlasınlar. Müsəlman türklər bundan imtina etdikdə biz bunu etdik və sonra onları öz məscidlərində öldürüb öz dini kitabları ilə birgə külə döndərdik. Onlar Allahlarından kömək istəyirdi, amma onlara kimsə kömək etmirdi. Onların Allahı da bizdən qorxurdu... Hamilə olan qadınların     qarınlarını cırıb, uşaqlarını öldürürdük ki, it soyu olan müsəlman türklər azalsın. Onların öldürülməsi bizim üçün vacib idi. Çünki bu alçaq murdar müsəlman türklərin qanını içmək hər bir erməninin arzusu və borcudur”. Beləliklə, bu qəddar ermənilər öz alçaq əməllərini fəxrlə yazmaqları ilə insan olmadıqlarını sübut edirlər. Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirmişdir. Ermənilərin törətdikləri vəhşilikləri heç nə ilə müqayisə etmək mümkün deyil. Onlar öz bədnam hərəkətləri ilə tarixdən tanıdığımız  ən qəddar hökmdarların zülmkarlığını kölgədə qoydular. Bu vəhşiliklər həmişə , hər yerdə özlərini “məzlum, yazıq, türklərin təqiblərinə məruz qalan bir xalq” kimi təqdim edən ermənilər xislətini, iç üzünü açıb bütün dünyaya göstərdi. Ölkəmizin paytaxtı Bakıda Xocalı qurbanlarının xatirəsinə abidə ucalıb. Abidə rəmzi məna daşıyır. Burada arzuları gözündə qalan balasını başı üstündə qaldıran ananın fəryadı təsvir olunub. Bu Vətən rəmzi olan ananın övladlarına qarşı sevgisinin bir nümunəsidir. Biz bu gün bütün şəhidlərin ruhuna rəhmət oxuyaraq başımızı dik tutmalıyıq. Nə qədər qəmgin olsaq da, bir o qədər nikbin olmalıyıq, irəliyə, gələcəyə inamla baxmalı, ümidlə yaşamalıyıq.  Ümidvaram ki, tezliklə şəhidlərimizin qanı bahasına geri qaytarılan torpaqların siyahısına Xocalının da adı əlavə olunar. İnşallah!   Abbasova Səlminə Hidayət qızı Azərbaycan Texnologiya Universitetinin baş müəllimi                               458 dəfə oxunub

Azərbaycan Texnologiya Universitetində beynəlxalq elmi-praktik konfrans keçiriləcək

  Azərbaycan Texnologiya Universitetində beynəlxalq elmi-praktik konfrans keçiriləcək  3-4 May 2023-cü il tarixində Azərbaycan Texnologiya Universitetində (ATU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Dördüncü sənaye inqilabı və innovativ texnologiyalar” mövzusunda hibrid formatda Beynəlxalq Elmi-Praktik Konfransı keçiriləcəkdir.  Konfransın bölmələri universitetin istiqamətlərinə müvafiq olaraq aşağıdakı kimi müəyyənləşdirilib:  -   Süni intellekt, robototexnika və informasiya texnologiyaları-   Qida sənayesində innovativ texnologiyalar-   Maşınqayırma, nəqliyyat və logistikada innovativ texnologiyalar-   Dizaynda  innovativ texnologiyalar -   Logistika və nəqliyyatda innovativ texnologiyalar -   Metal və materiallarda innovativ texnologiyalar-   Rəqəmsal iqtisadiyyatın marketinq və menecmenti -   Turizm sənayesində innovativ texnologiyalar və ekologiya -   Multikultural təhsildə innovativ texnologiyalar-  Yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf  Konfrans materialları aşağıdakı tələblərə uyğun olaraq hazırlanmalıdır: -  Konfrans materialları Azərbaycan, Rus və ya İngilis dillərində qəbul olunur;- Mətn “Microsoft Word for Windows” redaktorunda Arial şriftilə (hərflərin ölçüsü-12 pt, interval-1,5, abzas-1,25), boş sahələrin ölçüləri soldan-25 mm, sağdan-15 mm, yuxarı və aşağıdan 20 mm olmaqla, A4 formatlı standarta (210x297 mm) uyğun hazırlanmalıdır;-  Məruzənin mətni 3 səhifəyə qədər olmalıdır;             -  Mətnin əvvəlində ortadan materialın mövzusu, onun altında tədqiqatçıların adı və soyadı, müəssisənin adı, müəlliflərin elektron poçt ünvanı yazılır (hər biri qalın şrift ilə); Tezisdə istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr aşağıdakı qaydada göstərilir: -  Ədəbiyyət siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələbləri əsasında göstərilir;-  Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir;-   İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir;-   Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına üstünlük verilməlidir;-   İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içində kvadrat mörtərizədə göstərilir.  Ən azı bir xarici ədəbiyyata istinad arzuolunandır.   Konfrans materialının sonunda onun yazıldığı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış tezislərə İngilis və Rus dillərində, Rus dilində yazılmış tezislərə Azərbaycan və İngilis dillərində, İngilis dilində yazılmış tezislərə isə Azərbaycan və Rus dillərində) xülasə verilir. Müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə materialın, müəllifin və müəssisənin  adı yuxarıda qeyd olunan qaydada göstərilməlidir.  Konfransın redaksiya heyətinə təqdim olunan tezisin orjinallığı 85 %-dən az olmamalıdır. Konfrans materialları konkret və konfransın mövzusuna uyğun olmadıqda, yuxarıda qeyd olunan tələbləri ödəmədikdə Təşkilat komitəsi tərəfindən qəbul edilmir və bu barədə müəlliflərə məlumat verilmir. Konfransda iştirak ödənişsizdir.  Konfrans materialları 15 aprel 2023-cü ildən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidir. Ünvan: Gəncə ş. AZ2011 Şah İsmayıl Xətai prospekti 103Tel: (022) 257 00 46e-mail: [email protected]                                         952 dəfə oxunub

Avropada gənc tədqiqatçılar üçün təqaüd proqramı

Avropada gənc tədqiqatçılar üçün təqaüd proqramıİspaniyanın Qranada Universiteti Avropada qısa müddətli tədqiqat üçün Coimbra Group təqaüd proqramını elan edir. Coimbra Group yüksək beynəlxalq standartlara malik çoxşaxəli Avropa universitetlərinin birliyidir. Qrupun məqsədi Avropa təhsil, tədqiqat siyasətinə təsir göstərmək və qarşılıqlı təcrübə mübadiləsi yolu ilə ən yaxşı təcrübələri inkişaf etdirməkdir.Qrupa üzv olan universitetlər gənc tədqiqatçılar üçün 90 təqaüd təklif edir. Ərizələr Coimbra Group-un rəsmi saytı vasitəsilə onlayn təqdim edilməlidir. Bu proqram Avropa İttifaqı xaricindəki gənc mütəxəssislərə Coimbra Qrupunun universitetlərində bir aydan üç aya qədər müddətə öz tədqiqatlarının bir hissəsini həyata keçirmək imkanı verir. Təqaüd Coimbra Qrupunun üzvləri olan universitetlər tərəfindən maliyyələşdiriləcək.Müraciət üçün son tarix: 07 aprel 2023Müraciət linki: https://www.coimbra-group.eu/scholarships/Ətraflı məlumat üçün www.coimbra-group.eu saytına daxil ola bilərsiz.#TəqaüdProqramı #Tədqiqat #Avropa 477 dəfə oxunub