Elanlar
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Əziz ATU tələbələri, “Conversation Club” yenidən sizlərlə!

İngilis dilində danışıq bacarıqlarınızı təkmilləşdirmək, müxtəlif mövzularda interaktiv müzakirələrə qatılmaq və real kommunikativ mühitdə sərbəst danışıq təcrübəsi qazanmaq istəyirsinizsə, ATU-nun “Conversation Club” layihəsinə qoşulmaq üçün əla fürsətiniz var. 

Yeni görüşlər 15 aprel 2026-cı il tarixindən etibarən hər həftənin V və III günləri saat 12:00-dan 13:00-dək baş tutacaq. 

Təlimlər ATU-nun Xarici dillər kafedrasının peşəkar müəllimləri, həmçinin xarici təlimçilər tərəfindən aparılacaq, bununla da tələbələrə müxtəlif linqvistik mühitlərdən olan mütəxəssislərlə birbaşa ünsiyyət imkanı yaradılacaq.

Qeyd edək ki, ATU-da “Conversation Club” artıq bir neçə ildir ənənəvi olaraq hər semestr olunur. Məqsəd görüşlərdən bütün tələbələrin yararlanmasına şərait yaratmaqdır. 

Qeydiyyat linki: https://forms.cloud.microsoft/r/qJNvt956h7

 

Tədqiqatçıların nəzərinə!

Azərbaycan Texnologiya Universitetində (ATU) tədqiqatçılar üçün “Web of Science platformasının tədqiqat fəaliyyətinə təsiri: Müəllif profillərinin analizi və jurnalların qiymətləndirilməsi” mövzusunda  növbəti təlim keçiriləcək. Təlimçi qismində "Clarivate" şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Xəyalə Hacıyeva çıxış edəcək. Tədbir 2 aprel 2026-cı il tarixində, saat 14:00-da baş tutacaq.

 

 

 

Novruz şənliyi keçiriləcək

17 mart, saat 11:00-da Azərbaycan Texnologiya Universitetinin həyətində Novruz şənliyi keçiriləcəkdir.

Bütün tələbələr və əməkdaşlar bayram tədbirinə dəvətlidir.

 

 

 


WUF13-ə həsr olunmuş seminar keçiriləcək

Azərbaycan Texnologiya Universitetində 11 mart 2026-cı il tarixində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On üçüncü sessiyasına (WUF13) həsr olunmuş “İnnovativ şəhərsalma və yaşıl infrastrukturun inkişafı” mövzusunda seminar keçiriləcək.

Tədbir Qida mühəndisliyi fakültəsinin Şərabçılıq mərkəzində baş tutacaq.

ATU-da fəlsəfə doktoru imtahanı keçiriləcək

Azərbaycan Texnologiya Universitetində (ATU) aşağıdakı ixtisaslar üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkdir:

5308.01 – “Ümumi iqtisadiyyat” 
5311.01 – “Müəssisələrin təşkili və idarə olunması”

Elan verilən gündən başlayaraq 1 (bir) ay müddətində iddiaçılardan Magistratura və doktorantura şöbəsinə müraciət etmələri xahiş olunur.

İxtisas fənni üzrə fəlsəfə doktoru imtahanında iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilir:
- şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə olunmaqla iddiaçının ərizəsi;
- iddiaçı ixtisas fənni üzrə fəlsəfə doktoru imtahanının keçiriləcəyi elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin doktorantı (dissertantı, adyunktu) olmadığı halda, onun dissertasiya işinin yerinə yetirildiyi müəssisədən müvafiq müraciət məktubu.

Müraciət üçün son tarix: 02.04.2026 
Ətraflı məlumat üçün əlaqə: (+99422) 267 03 91

 

ATU vakansiya elan edir

Azərbaycan Texnologiya Universiteti aşağıda adı göstərilən vakant olan vəzifənin tutulması üçün müsabiqə elan edilir:

 - “Turizm” fakültəsi - dekan

 Sənədlərin təqdim olunması bu elan dərc edildiyi tarixdən 1 ay müddətindədir.

Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-100 nömrəli 05 fevral 2018-ci il tarixli “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları” əmrə uyğun olaraq elan olunduğu gündən başlayaraq 1 ay müddətində qəbul edilir.

Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir.

 

 Ünvan: AZ 2011, Gəncə şəhəri, Ş.İ.Xətai pr. 103

Əlaqə telefonu: 022-268-66-22

 REKTORLUQ