Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universitetində Karyera Festivalı keçiriləcək

Azərbaycan Texnologiya Universitetində son buraxılış kursu tələbələri üçün Karyera Festivalı təşkil olunacaq.

Festival çərçivəsində:

13 may 2025-ci il tarixində Əmək yarmarkası və karyera təlimləri;

14 may 2025-ci il tarixində Karyera forumu keçiriləcək.

Tədbirin məqsədi tələbələrin əmək bazarına inteqrasiyasına dəstək olmaq, onların potensial işəgötürənlərlə birbaşa ünsiyyətini təmin etmək və karyera inkişafına yönəlik bacarıqlarını artırmaqdır.

Bu təşəbbüs SDG 4 (Keyfiyyətli təhsil) və SDG 8 (Layiqli iş və iqtisadi artım) məqsədləri ilə birbaşa səsləşir. Karyera festivalı tələbələrin əmək bazarına keçid prosesini daha sistemli və məqsədyönlü şəkildə dəstəkləyir. Potensial işəgötürənlərlə birbaşa təmas imkanının yaradılması gənclərin peşəkar orientasiyasını gücləndirir. Belə platformalar universitet təhsilinin praktik nəticəyə çevrilməsində mühüm rol oynayır.

Məkan: Azərbaycan Texnologiya Universiteti

İqtisadiyyat və idarəetmə fakültəsi region məktəblərində tanıtım kampaniyası keçirib

Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsi Gəncə şəhəri və ətraf rayonların, o cümlədən kənd məktəblərinin yuxarı sinif şagirdləri üçün tanıtım kampaniyası təşkil edib.

Kampaniya çərçivəsində fakültənin nəzdində fəaliyyət göstərən İdarəetmə, İqtisadiyyat, Turizm sənayesinin təşkili, Xarici dillər, İctimai elmlər və multikulturalizm kafedralarının əməkdaşları 22 Gəncə məktəbində, eləcə də Goranboy, Şəmkir, Tovuz, Bərdə, Tərtər rayon məktəblərində şagirdlər ilə görüşlər keçiriblər.

Təqdimatlarda kafedra nümayəndələri tədris olunan ixtisaslar, qəbul imkanları, təcrübə proqramları, əmək bazarındakı perspektivlər, o cümlədən universitetin maddi-texniki bazası və tələbələrə yaradılan şərait barədə ətraflı məlumat veriblər. Eyni zamanda, şagirdləri maraqlandıran suallar cavablandırılıb, ixtisas seçimində dəstək ola biləcək çap materialları təqdim olunub, daha yaxından tanışlıq üçün valideynləri ilə birgə ATU-ya dəvət ediliblər.

Azərbaycan Texnologiya Universitetində israilli alimlərin seminarı təşkil olunacaq

Azərbaycan Texnologiya Universitetinin 7 may 2025-ci il tarixində baş tutacaq “Dördüncü sənaye inqilabı dövründə elm və texnologiyaların mövcud vəziyyəti və inkişaf perspektivləri” adlı beynəlxalq konfransı çərçivəsində İsrailin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Holon Texnologiya İnstitutunun elm adamlarının təqdimatında məruzələr təqdim ediləcək.

İsrailli alimlər - Prof. Michael Winokur

“Əşyaların interneti (Internet of Things - IoT) laboratoriyası təcrübəsinin bölüşülməsi”, Prof. Haim Dottan və Prof.Antoanet Levy

“Mədəni irs texnologiyaları və turizm”, Prof. Levin və Dr. Galit Welner

“Çoxdan gözlənilən süni intellektin gözlənilmədən meydana çıxması”, Prof. Antoanet Levy “HIT – Holon Texnologiya İnstitutu ilə Azərbaycan arasında fəaliyyətlər və əməkdaşlıqlar” mövzusu ilə çıxış edəcəklər.

Seminar elm və texnologiya sahəsində yeni biliklər qazanmaq, beynəlxalq təcrübə ilə tanış olmaq istəyən hər kəs üçün açıqdır. Tədbir onlayn qaydada təşkil olunacaq.

Bu təşəbbüs SDG 17 (Məqsədlər üçün tərəfdaşlıqlar) və SDG 9 (Sənaye, innovasiya və infrastruktur) ilə əlaqəlidir. Beynəlxalq elmi əməkdaşlıq müxtəlif ölkələrin təcrübələrinin paylaşılmasına və yeni biliklərin əldə olunmasına şərait yaradır. Müasir texnologiyalar və süni intellekt sahəsində təqdimatlar innovasiya potensialını gücləndirir. Bu isə qlobal elmi inteqrasiyanın inkişafına xidmət edir.

Gəlin elm və texnologiyanın gələcəyini birlikdə müzakirə edək!

Qoşulma linki:

https://hit-ac-il.zoom.us/j/82883704600

Məkan: Azərbaycan Texnologiya Universiteti, Gəncə

Tarix və vaxt: 07.05.2025, saat 13:00 – 15:00


Avtomatika, telekommunikasiya və informatika fakültəsi region məktəblərində tanıtım kampaniyası keçirib

Azərbaycan Texnologiya Universitetinin Avtomatika, telekommunikasiya və informatika fakültəsi Gəncə şəhəri və ətraf rayonların, o cümlədən kənd məktəblərinin yuxarı sinif şagirdləri üçün tanıtım kampaniyası təşkil edib.

Kampaniya çərçivəsində fakültənin nəzdində fəaliyyət göstərən Avtomatika və informasiya texnologiyaları, Kompüter mühəndisliyi və telekommunikasiya, Ümumi və tətbiqi riyaziyyat, Ümumi və tətbiqi fizika kafedralarının əməkdaşları Gəncə şəhərinin 29, 34 saylı orta məktəblərində, eləcə də Samux, Ağstafa, Tovuz məktəblərində şagirdlər ilə görüşlər keçiriblər.

 Təqdimatlarda kafedra nümayəndələri tədris olunan ixtisaslar, qəbul imkanları, təcrübə proqramları, əmək bazarındakı perspektivlər, o cümlədən universitetin maddi-texniki bazası və tələbələrə yaradılan şərait barədə ətraflı məlumat veriblər. Eyni zamanda, şagirdləri maraqlandıran suallar cavablandırılıb, ixtisas seçimində dəstək ola biləcək çap materialları təqdim olunub, daha yaxından tanışlıq üçün valideynləri ilə birgə ATU-ya dəvət ediliblər.

Rektor qiyabi təhsil alan tələbələrlə görüşüb

Azərbaycan Texnologiya Universitetinin  (ATU) rektoru Yaşar Ömərovun qiyabi təhsil alan  5-ci kurs tələbələri ilə görüşü keçirilib.

Görüş kurs tələbələrinin 28 aprel 2025-ci il tarixində başlayan istehsalat təcrübəsi çərçivəsində baş tutub.

Görüşdə istehsalat təcrübəsinin gedişatı, qarşıya qoyulan vəzifələr və tələbələri maraqlandıran bir sıra məsələlər müzakirə olunub. Rektor tələbələrə uğurlar arzulayaraq təcrübə müddətində universitetdə qazandıqları bilik və bacarıqları real mühitdə tətbiq etməyi, təşəbbüskar və məsuliyyətli olmağı tövsiyə edib. O, həmçinin istehsalat təcrübəsinin gələcək peşəkar karyeraları üçün mühüm mərhələ olduğunu vurğulayıb.

Tədrisin təşkili və idarə edilməsi şöbəsinin məsul nümayəndələrinin və təcrübə rəhbərlərinin də iştirakı ilə baş tutan tədbirdə istehsalat təcrübəsinin təşkili və sənədləşmə prosesi ilə bağlı tələbələrə ətraflı məlumatlar verilib.

Bu fəaliyyət SDG 4 (Keyfiyyətli təhsil) və SDG 8 (Layiqli iş və iqtisadi artım) ilə uyğunluq təşkil edir. Təcrübə proqramları tələbələrin nəzəri biliklərini real iş mühiti ilə əlaqələndirməsinə imkan yaradır. Bu cür görüşlər onların peşəkar inkişaf istiqamətində motivasiyasını artırır. Bu isə gələcək əmək bazarına daha hazırlıqlı kadrların yetişdirilməsinə töhfə verir.

 

Təlimdə tələbələr

Bakalavr və magistr tələbələri üçün təşkil olunmuş "Ekoloji Monitorinq Əsasları və Müasir Dünyada Yaşıl Texnologiyaların Tətbiqi ilə İnnovativ Həllər" mövzusunda geniş təlim baş tutdu.

Təlimçi :Azərbaycan Texnologiya Universiteti İnnovasiya Mərkəzinin direktoru və "Ətraf mühitin mühafizəsi " kafedrasının müəllimi Şamo Salayev

Təlimdə tələbələr:

Ekoloji monitorinqin prinsipləri və metodları,

Ətraf mühitin qorunması üçün istifadə olunan yeni texnologiyalar,

Dayanıqlı inkişaf və yaşıl texnologiyaların əhəmiyyəti,

İqlim dəyişiklikləri ilə mübarizədə texnoloji innovasiyaların rolu,

Tədqiqat və elmi araşdırma mövzularının düzgün seçilməsi üsulları haqqında geniş məlumat əldə etdilər.

Təlim zamanı tələbələrə həm nəzəri biliklər, həm də praktiki nümunələr təqdim edildi. Gələcəkdə aparacaqları elmi araşdırmalar və magistr dissertasiya mövzularını seçərkən diqqət etməli olduqları əsas istiqamətlər izah edildi.

Bu təşəbbüs SDG 13 (İqlim dəyişikliklərinə qarşı mübarizə), SDG 9 (Sənaye, innovasiya və infrastruktur) və SDG 4 (Keyfiyyətli təhsil) ilə əlaqəlidir. Ekoloji monitorinq metodlarının öyrənilməsi ətraf mühitin qorunmasına elmi yanaşmanı gücləndirir. Yaşıl texnologiyaların tətbiqi davamlı inkişafın təmin olunmasında mühüm rol oynayır. Bu isə ekoloji və texnoloji inteqrasiyanın inkişafına töhfə verir.