Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

Azərbaycan Texnologiya Universiteti daha bir Avropa universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Texnologiya Universiteti ilə Polşanın Siedlce Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bu məqsədlə hər iki təhsil müəssisəsi arasında onlayn görüş keçirilib.

Görüşdə Azərbaycan Texnologiya Universitetinin rektoru dos.Yaşar Ömərov və Siedlce Universitetinin rektoru prof.Miroslav Minkina əməkdaşlığın perspektivlərindən, hər iki təhsil ocağı üçün əhəmiyyətindən danışıb, birgə görüləcək işləri müzakirə ediblər.   

Görüş çərçivəsində hər iki universitet haqqında hazırlanmış qısa təqdimatlar göstərilib, sonda əməkdaşlıq memorandumu imzalanıb. 

Memorandumda Texnologiya Universiteti ilə Siedlce Universiteti arasında akademik və inzibati heyətin, eləcə də tələbələrin mübadiləsini həyata keçirmək, elmi-tədqiqat sahəsində əməkdaşlıq məsələləri nəzərdə tutulur.

Bu fəaliyyət SDG 4 (Keyfiyyətli təhsil) və SDG 17 (Məqsədlər üçün tərəfdaşlıq) məqsədlərinə uyğun olaraq beynəlxalq akademik əməkdaşlığı genişləndirir. Mübadilə proqramları və birgə tədqiqatlar bilik paylaşımını gücləndirir. Bu isə qlobal təhsil inteqrasiyasına töhfə verir.

ATU-da yeni laboratoriya istifadəyə verilib

Azərbaycan Texnologiya Universitetində "REFRESH" layihəsi çərçivəsində Virtual öyrənmə və simulyasiya laboratoriyasının açılışı olub.

Laboratoriyanın açılış lentini Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru dos.Yaşar Ömərovla Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru prof.Ədalət Muradov kəsib.

Açılış tədbirində Riyaziyyat və Mexanika İnstitutunun direktoru prof.Misir Mərdanov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov və UNEC-in digər rəhbər nümayəndələri də iştirak edib.

Ətraf mühitin mühafizəsi kafedrasının nəzdində fəaliyyət göstərəcək Virtual öyrənmə və simulyasiya laboratoriyası UNEC-in koordinatorluğu, Avropa İttifaqının maliyyə dəstəyi və ATU-nun tərəfdaşlığı ilə həyata keçirilən "REFRESH" layihəsi çərçivəsində ərsəyə gəlib.

Laboratoriya 5 notbuk, printer və günəş panellərinin səmərəliliyini artıran mikrokontrollerli izləyici qurğusunun prototipinin hazırlanması üçün 28 adda müasir avadanlıqla təchiz edilib.

Açılış tədbirindən sonra ATU ilə UNEC arasında geniş tərkibdə görüş keçirilib, əməkdaşlıq məsələləri müzakirə edilib.

Bu təşəbbüs SDG 9 (Sənaye, innovasiya və infrastruktur) və SDG 7 (Təmiz enerji) məqsədlərinə uyğun olaraq innovativ infrastrukturun inkişafına və alternativ enerji texnologiyalarının tətbiqinə xidmət edir. Müasir laboratoriya tələbələrin praktiki bacarıqlarını artırır. Bu isə texnoloji inkişaf və dayanıqlı enerji həllərinin təşviqinə töhfə verir.

ATU-da Təhsil Tələbə Krediti Fondunun təşkilatçılığı ilə bağlı online görüş keçirilib

18.02.2025-ci il tarixdə Təhsil Tələbə Krediti Fondunun təşkilatçılığı ilə PashaPay MMC ilə Region universitetlərinin Karyera Mərkəzlərinin nümayəndələri ilə regional layihələrin müzakirəsi ilə bağlı online görüş keçirilib.

Görüşdə PashaPay şirkətinin nümayəndələri tərəfindən öz fəaliyyət istiqamətləri, nəzərdə tutulan layihələr haqqında məlumat verildi. Layihə, region tələbələrinin fəallığının artırılması, sərt və yumşaq bacarıqlarının inkişaf etdirilməsi, gələcək karyeralarında əmək bazarına inteqrasiya olunmaları istiqamətində dəstək olmaq məqsədi daşıyır.

Bu layihələr həm də Təhsil tələbə kreditindən yararlanmış tələbələrin gələcəkdə işlə təmin olunmalarına dəstək məqsədi daşıyır.

Sonda layihənin həyata keçirilməsi üçün tələbələrə uyğun olan vaxt müəyyən edildi.

Bu fəaliyyət SDG 8 (Layiqli iş və iqtisadi artım) və SDG 4 (Keyfiyyətli təhsil)   məqsədlərinə uyğun olaraq tələbələrin məşğulluq imkanlarının artırılmasına və bacarıqlarının inkişafına xidmət edir. Layihə əmək bazarına inteqrasiyanı asanlaşdırır. Bu isə gənclərin iqtisadi fəallığını artırır.


ATU-da İstehsalat təcrübəsinin başlanması ilə əlaqədar tələbələrlə görüş keçirilib

Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi fakültəsində 4-cü kursların istehsalat təcrübəsinin başlanması ilə əlaqədar Ekologiya və Ekologiya mühəndisliyi ixtisaslarında təhsil alan tələbələrlə görüş keçirilib.

Görüşdə fakültə dekanı dos. Mehman İsmayılov və Təcrübə-karyera üzrə mütəxəssis Vüsal Bayramov tərəfindən təcrübənin təşkili qaydaları, təcrübə müddətində görüləcək işlər, təcrübənin davam etmə müddəti, həftəlik iş saatı və digər məsələlər tələbələrin diqqətinə çatdırılıb.

Sonda təcrübə gündəlikləri tələbələrə təhvil verilib.

Bu təşəbbüs SDG 4 (Keyfiyyətli təhsil)   və SDG 13 (İqlim dəyişikliyi ilə mübarizə) məqsədlərinə uyğun olaraq tələbələrin ekoloji biliklərini praktikada tətbiq etməsinə imkan yaradır. Təcrübə proqramları gələcək mütəxəssislərin ətraf mühitin qorunmasına yönəlmiş fəaliyyətlərə hazırlanmasına xidmət edir. Bu isə dayanıqlı inkişafın təmin edilməsinə töhfə verir.

“İnformasiya təhlükəsizliyi və gənclərin internetdən təhlükəsiz istifadəsi" mövzusunda seminar keçirilib

Böyük Qayıdış Gənclər təşkilatının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin dəstəyi ilə 32 regionun gəncləri üçün keçirilən düşərgədə Azərbaycan Texnologiya Universitetinin İnnovasiyalar mərkəzinin direktoru Şamo Salayev tərəfindən “İnformasiya təhlükəsizliyi və gənclərin internetdən təhlükəsiz istifadəsi" mövzusunda seminar keçirilib. Seminar zamanı iştirakçılar informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi, eləcə də sosial şəbəkələrdən düzgün istifadə qaydaları haqqında ətraflı məlumatlar əldə ediblər.

Bu fəaliyyət SDG 4 (Keyfiyyətli təhsil)  və SDG 16 (Sülh, ədalət və güclü institutlar) məqsədlərinə uyğun olaraq rəqəmsal savadlılığın və təhlükəsizliyin artırılmasına xidmət edir. Gənclərin məlumatların qorunması sahəsində biliklərinin artırılması daha təhlükəsiz rəqəmsal mühit yaradır. Bu isə məsuliyyətli və məlumatlı cəmiyyətin formalaşmasına töhfə verir.

"GreenTech II" Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir

Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı, Təhsilin İnkişafı Fondunun və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Səhliyalı" şirkətinin sponsorluğu ilə "GreenTech II" Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir.

Müsabiqə Azərbaycan Texnologiya Universitetinin 55 illiyi çərçivəsində təşkil olunur.

Yarışın final mərhələsi 17 aprel 2025-ci il tarixində Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetində baş tutacaqdır.

Tələbələr qeydiyyat, eləcə də müsabiqənin kateqoriyaları ilə bağlı ətraflı məlumat əldə etmək üçün QR kod və ya atu.edu.az/greentech linkindən istifadə edə bilərlər.

Qeydiyyat 17.02.2025-ci tarixindən başlayacaq və 07.04.2025-ci il tarixinədək davam edəcəkdir.

Bütün ali təhsil müəssisələrinin tələbələrini müsabiqədə iştirak etməyə dəvət edirik.

Qeyd: Tələbələr üçün Bakıdan Gəncəyə və əks istiqamətə transfer təşkil olunacaqdır.

Bu təşəbbüs SDG 9 (Sənaye, innovasiya və infrastruktur), SDG 13 (İqlim dəyişikliyi ilə mübarizə) və SDG 7 (Təmiz enerji) məqsədlərinə uyğun olaraq yaşıl texnologiyaların inkişafını və innovativ startapların yaranmasını təşviq edir. Müsabiqə gənclərin ekoloji problemlərə texnoloji həllər tapmasına imkan yaradır. Bu isə dayanıqlı inkişafın təmin olunmasına mühüm töhfə verir.