Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

“Clarivate”in Azərbaycan dilində vebinarlar seriyası

“Clarivate” şirkətinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə tərəfdaşlığı çərçivəsində tədqiqatçılar üçün təşkil etdiyi Azərbaycan dilində vebinarlar davam edir. Belə ki, 25 aprel tarixində Süni intellekt ilə daha səmərəli tədqiqat: “Web of Science” innovasiyaları necə dəstəkləyir? mövzusunda vebinar baş tutacaq.

Vebinarda iştirakçılara “Web of Science Research Assistant” (WOSRA) süni intellekt alətinin ən son təkmilləşdirmələri də daxil olmaqla, bu süni intellekt alətinin cari imkanları haqqında məlumat veriləcək. Həmçinin “Clarivate” şirkətinin digər süni intellekt həllərinin tədris və tədqiqatda keyfiyyətin artırılmasına dəstəyi, resurslardan daha sürətli və faydalı istifadəsində önəmi, tədqiqatçılar və müəssisələr tərəfindən innovasiyaların sürətləndirilməsi, tədqiqatların nəticələrinin daha yaxşı ölçülməsi və nümayiş etdirilməsi kimi mövzulara toxunulacaq.

Bu fəaliyyət SDG 4 (Keyfiyyətli təhsil) və SDG 9 (Sənaye, innovasiya və infrastruktur) ilə əlaqələndirilir. Süni intellekt əsaslı tədqiqat alətlərinin təqdim olunması elmi fəaliyyətin effektivliyini artırmaqla yanaşı, məlumatlara çıxış imkanlarını da genişləndirir. Tədqiqat proseslərinin optimallaşdırılması yeni biliklərin daha sürətli əldə olunmasına imkan yaradır. Bu isə akademik mühitdə innovasiyaların inkişafını stimullaşdırır.

Vebinarda iştirak üçün aşağıda qeyd olunan keçidə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz. Qeyd edək kİ, vebinarda iştirak edənlər sertifikat ilə təmin ediləcəkdir.

Qeydiyyat linki: https://zoom.us/webinar/register/WN_r0gi5sBKT0OkXdGEOfqEkg

Tarix: 25 aprel, saat 15:00 - 16:30

Təlimçi: İltifat İbrahimov

 

Azərbaycan Texnologiya Universitetinin əməkdaşı elmlər doktoru adına layiq görülüb

 
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 11.04.2025-ci il tarixli qərarı ilə Azərbaycan Texnologiya Universitetinin Avtomatika, telekommunikasiya və informatika fakültəsinin dekanı, Avtomatika və informasiya texnologiyaları kafedrasının dosenti Rövşən Mustafa oğlu Hacıyevə 3102.01 – Aqromühəndislik ixtisasında texnika elmləri elm sahəsi üzrə elmlər doktoru dərəcəsi verilib.
 
Təbrik edirik!

BP-nin dəstəyi ilə ATU-da regionun ilk Kibertəhlükəsizlik Mərkəzi   açılıb

Azərbaycan Texnologiya Universitetində (ATU) BP şirkətinin Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə yaradılmış Kibertəhlükəsizlik Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə ATU-nun rektoru Yaşar Ömərov, BP Azərbaycanın Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, BP-nin tərəfdaş şirkətlərinin nümyəndələri və ATU-nun professor-müəllim heyəti iştirak edib.

Açılış tədbiri çərçivəsində əvvəlcə ATU ilə BP Azərbaycan arasında görüş keçirilib, əməkdaşlıq məsələləri müzakirə edilib. 

Daha sonra qonaqlar açılış lentini kəsərək regionun ilk  Kibertəhlükəsizlik Mərkəzində yaradılan şəraitlə tanış olublar.

Rektor Yaşar Ömərov BP ilə qurulan əməkdaşlığı yüksək qiymətləndirərək bildirib ki, regionda ilk olan bu mərkəzin yaradılması universitetin elm və tədris imkanlarının genişlənməsinə, eyni zamanda informasiya təhlükəsizliyi sahəsində kadr potensialının güclənməsinə mühüm töhfə verəcək.

Bəxtiyar Aslanbəyli isə çıxışında Kibertəhlükəsizlik Mərkəzinin əhəmiyyətini vurğulayaraq BP-nin ölkədə təhsil sahəsində həyata keçirdiyi layihələrdən danışıb.

Açılış tədbirində tərəfdaş şirkətlərin nümayəndələri və universitetin professor-müəllim heyəti də çıxış edərək mərkəzin fəaliyyətinə uğurlar arzu ediblər. 

Məlumat üçün bildirək ki, 1 ixtisaslaşmış laboratoriya və heyət üçün 1 köməkçi otaqdan ibarət Kibertəhlükəsizlik Mərkəzi Avtomatika, telekommunikasiya və informatika fakültəsinin nəzdində fəaliyyət göstərəcək. Layihənin əsas məqsədi ATU tələbələrinin kriptoqrafiya və kriptologiya sahəsində qabaqcıl biliklərə yiyələnməsini təmin etmək, kibertəhlükəsizlik üzrə xüsusi kurikulum əsasında təlimlər təşkil etmək və Gəncə regionunda fəaliyyət göstərən dövlət, özəl və vətəndaş cəmiyyəti nümayəndələrinin rəqəmsal savadlılıq səviyyəsini artırmaqdır.

Yeni mərkəzdə nəzəri və praktiki təlimlərlə yanaşı, tədqiqat işləri də aparılacaq, mütəxəssislər və tələbələr real kiberhücum ssenariləri üzərində işləyərək peşəkar bacarıqlarını inkişaf etdirəcəklər.

Bu təşəbbüs SDG 9 (Sənaye, innovasiya və infrastruktur) və SDG 4 (Keyfiyyətli təhsil) ilə yanaşı SDG 16 (Sülh, ədalət və güclü institutlar) ilə də əlaqəlidir. Kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış kadrların hazırlanması rəqəmsal təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Akademik və sənaye əməkdaşlığı bu sahədə bilik və bacarıqların tətbiqini gücləndirir. Bu isə təhlükəsiz və dayanıqlı rəqəmsal mühitin formalaşmasına xidmət edir.

 


EATDA ATU-da elm və ali təhsil ictimaiyyətinə açıq info-sessiya keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) tərəfindən Gəncə və ətraf rayonların elm və ali təhsil ictimaiyyətinə açıq info-sessiya keçirilib.

Tədbirdə giriş sözü ilə ATU-nun elm və innovasiyalar üzrə prorektoru v.m.i.e., elm və xarici əlaqələr üzrə müşaviri Sahil Həmidov çıxış edərək info-sessiyanın əsas məqsədinin süni intellekt alətlərindən istifadə etməklə elmi tədqiqatların keyfiyyətinin artırılması və bu prosesin daha səmərəli təşkili yollarının təqdim edilməsi olduğunu bildirib, bu kimi tədbirlərin elmi potensialın artırılmasında və yeni imkanların tanıdılmasında mühüm rol oynadığını vurğulayıb. 

Daha sonra info-sessiyanı EATDA-nın Elmi müəssisələrlə iş şöbəsinin əməkdaşı Nərminə Abdullayeva davam etdirərək “Scopus” elmmetrik bazasından səmərəli istifadə və “Scopus AI” süni intellekt alətinin imkanları barədə təqdimatla çıxış edib. Təqdimatda “Scopus” elmmetrik bazasında əhatəli ədəbiyyat və etibarlı jurnal axtarışı strategiyaları, tədqiqat trendlərinin, istinadların və tədqiqat təsirlərinin təhlili, “Scopus”un süni intellekt alətindən səmərəli istifadə etməklə tədqiqata ayrılan vaxta qənaət və s. kimi mövzular əhatə olunub.

Bu fəaliyyət SDG 4 (Keyfiyyətli təhsil) və SDG 9 (Sənaye, innovasiya və infrastruktur) ilə uyğunluq təşkil edir. Elmi tədqiqatlarda süni intellekt alətlərinin tətbiqi məlumatların daha səmərəli analizinə imkan yaradır. Bu yanaşma tədqiqat keyfiyyətinin yüksəldilməsinə və innovasiya proseslərinin sürətləndirilməsinə şərait yaradır. Nəticədə elmi potensialın güclənməsi təmin olunur.

Təqdimatın sonunda iştirakçıların sualları cavablandırılıb.

 

“Yaşıl səssizliyin səsi: Bitkilərin  mühafizəsi” adlı seminar keçirilib

Azərbaycan Texnologiya Universitetinin (ATU) Tələbə Elmi Cəmiyyəti, Qida mühəndisliyi fakültəsi və Kənd Təsərrüfatı Nazirliyinin  Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Yaşıl səssizliyin səsi: Bitkilərin  mühafizəsi” adlı elmi - praktiki seminar keçirilib. 

Bitki Mühafizəsi və Texniki Bitkilər ETİ-də təşkil olunan seminarda ATU-nun Qida muhəndisliyi fakültəsinin “ekologiya” və “ekologiya mühəndisliyi” ixtisasları üzrə təhsil alan tələbələri və akademik heyəti iştirak edib. 

Seminarın açılış hissəsində Bitki Mühafizəsi və Texniki Bitkilər ETİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və ATU-nun Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov çıxış edərək tələbələrə elmi fəaliyyətlərində uğurlar arzu ediblər. 

Daha sonra ATU tələbələri Nuranə Zamanova, Nigar Qazıyeva və Niyazi Əliyevin təqdimatında müvafiq olaraq “Pestisidlərin kənd təsərrüfatında rolu və insan sağlamlığına təsiri”, “Bitki mühafizəsi haqda beynəlxalq konvensiyalar”, “Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları” adlı məruzələr dinlənilib. 

Seminar çərçivəsində ATU tələbələri üçün ETİ mütəxəssislərinin istehsalda dayanıqlılığın təmin olunması və ekoloji balansın qorunmasında müasir yanaşmalar və s. mövzuda təlimləri baş tutub.

Daha sonra tələbələr institutun laboratoriyaları ilə yaxından tanış olublar.

Bu fəaliyyət SDG 2 (Aclığa son) və SDG 15 (Quruda həyat) ilə yanaşı SDG 13 (İqlim dəyişikliklərinə qarşı mübarizə) ilə də əlaqəlidir. Bitki sağlamlığının qorunması ərzaq təhlükəsizliyinin təmin edilməsində əsas amillərdən biridir. Seminar çərçivəsində təqdim olunan elmi yanaşmalar kənd təsərrüfatında davamlılığın gücləndirilməsinə yönəlmişdir. Bu isə ekosistemlərin qorunması və qlobal iqlim risklərinin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.

 

ATU-da müəllim və tələbələr üçün ixtisasartırma və təlim proqramları təşkil edilib

Azərbaycan Texnologiya Universitetində (ATU) 2023/2030-cu illəri əhatə edən Strateji İnkişaf Planına uyğun olaraq 2025-ci il üzrə müxtəlif ixtisaslar üzrə təlim və ixtisasartırma tədbirləri həyata keçirilir.

Tədbirlər çərçivəsində “Kompüter mühəndisliyi və telekommunikasiya”, “İqtisadiyyat” və “İdarəetmə” kafedralarının təşkilatçılığı ilə universitet əməkdaşları və tələbələr üçün silsilə təlimlər baş tutub. 

Təlimlər biliklərinin artırılması, 1C proqram təminatı, subordinasiya, daxili ünsiyyət, idarəetmə, liderlik, stress altında çalışma, kreativ və tənqidi düşüncə, vaxtın idarəolunması kimi yumşaq bacarıqlara yiyələnmə və s. mövzuları əhatə edib. 

Strateji planın icrası çərçivəsində reallaşdırılan bu tədbirlər universitetin tədris keyfiyyətinin artırılmasına və əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasına yönəlib.

Bu təşəbbüs SDG 4 (Keyfiyyətli təhsil) və SDG 8 (Layiqli iş və iqtisadi artım) ilə sıx bağlıdır. Yumşaq bacarıqların inkişafına yönəlmiş təlimlər əmək bazarının tələblərinə uyğun kadr hazırlığını gücləndirir. İdarəetmə və kommunikasiya bacarıqlarının təkmilləşdirilməsi fərdlərin peşəkar effektivliyini artırır. Bu yanaşma davamlı insan resursları inkişafına xidmət edir.