Xəbərlər
Universitetimizdə ən son xəbərləri buradan əldə edin.

ATU Beynəlxalq Elmi Konfransın həmtəşkilatçısı olacaq

Azərbaycan Texnologiya Universiteti "Şərq-Qərb Nəqliyyat Koridorunda Logistika və İdarəetmə Problemləri" (PLMO 2025) mövzusunda keçiriləcək 4-cü Beynəlxalq Elmi Konfransın həmtəşkilatçısı olacaq.

Konfransın digər həmtəşkilatçıları - İdarəetmə Sistemləri İnstitutu (Azərbaycan), Silesia Texnologiya Universiteti (Polşa), Guangzhou Universiteti (Çin), Gürcüstan Texniki Universiteti (Gürcüstan) və Daşkənd Dövlət Nəqliyyat Universiteti (Özbəkistan).

Konfransın tərəfdaşları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycanın, Türkiyənin, Çinin, Ukraynanın, Qazaxıstanın, Moldovanın və Gürcüstanı elm və ali təhsil müəssisələridir.

Konfrans bu ilin 13-14 may tarixlərində Bakıda, 15-16 may tarixlərində isə Gəncədə Azərbaycan Texnologiya Universitetində təşkil olunacaq.

https://plmo.cyber.az/2025/index.html 

İctimai Nəzarət Şurasının iclası keçirilib

Azərbaycan Texnologiya Universitetinin İctimai Nəzarət Şurasının (İNŞ) növbəti iclası keçirilib. İclasda Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov İctimai Nəzarət Şurası üzvlərini salamlayıb, müzakirə olunacaq məsələlərin, ediləcək təklif və tövsiyələrin, ümumilikdə ictimai rəyin öyrənilməsinin universitetin fəaliyyətində əhəmiyyətini vurğulayıb.

İclasda İNŞ sədri, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev, üzvlərdən millət vəkilləri Naqif Həmzəyev, Müşfiq Cəfərov, “Respublika” qəzetinin bölgə müxbiri Zabit Xəlilov, “Regional İnkişaf” İB-nin Gəncə-Daşkəsən bölməsinin nümayəndəsi Aişə Osmanlı, “Təşəbbüslərin İnkişaf Mərkəzi” İB-nin sədri Azad Rəhimov, ATU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov, elm və innovasiyalar üzrə prorektoru v.m.i.e. Sahil Həmidov, Tədris şöbəsinin müdiri Cəsarət Şabanov iştirak edib.

İNŞ sədri və üzvləri 2024/2025-ci tədris ilinin qış imtahan sessiyası ilə tanış olub, prosesi monitor vasitəsilə izləyiblər. Onlara imtahanların gedişi və təşkili, İmtahan Komissiyası, Apellyasiya Komissiyasının fəaliyyəti ilə bağlı məlumatlar təqdim edilib. 

İclasda qış imtahan sessiyasının ardından ATU-nun inkişafı ilə bağlı mövcud vəziyyət və qarşıda duran məsələlər müzakirə edilib. Yekunda şura tərəfindən universitet rəhbərliyinə təklif və tövsiyələr təqdim edilib.

Qeyd edək ki, 2023-cü ildə əsası qoyulan ATU İctimai Nəzarət Şurası ictimai rəyin əhəmiyyəti əsas götürülərək Gəncə universitetləri arasında ilk dəfə Azərbaycan Texnologiya Universitetində yaradılıb.

Bu fəaliyyət SDG 16 (Sülh, ədalət və güclü institutlar) ilə uyğunluq təşkil edir. Şəffaflıq və ictimai nəzarət mexanizmlərinin tətbiqi idarəetmədə etibarlılığı artırır. İctimai rəyin nəzərə alınması inklüziv qərarverməni gücləndirir. Bu isə dayanıqlı və məsuliyyətli idarəetmə modelinin formalaşmasına töhfə verir.

 

Azərbaycan Texnologiya Universiteti daha bir Avropa universiteti ilə ikili diplom proqramına başlayıb

Azərbaycan Texnologiya Universiteti ilə Macarıstanın Sopron Universiteti arasında ikili diplom müqaviləsi imzalanıb. 

Magistratura səviyyəsində "Ekologiya mühəndisliyi" proqramı üzrə ikili diplom müqaviləsi Azərbaycan Texnologiya Universitetinin rektoru dos.Yaşar Ömərovla Sopron Universitetinin rektoru prof.dr. Attila Fabian tərəfindən imzalanıb. 

2025/2026-cı tədris ilindən başlayaraq innovativ proqram magistr tələbələrinə unikal mədəniyyətlərarası və təhsil təcrübəsi təqdim edəcək. İngilis dilində tədris olunacaq proqramın iştirakçıları iki semestr Azərbaycan Texnologiya Universitetində, digər iki semestr isə Sopron Universitetində təhsil alaraq iki müxtəlif akademik mühit təcrübəsi qazanmaq imkanı əldə edəcəklər. Proqram çərçivəsində təhsilini başa vuran məzunlara hər iki ali təhsil müəssisəsinin magistr dərəcələri veriləcək.

Bu proqram SDG 4 (Keyfiyyətli təhsil) və SDG 17 (Tərəfdaşlıqlar) məqsədlərinə birbaşa töhfə verir. Tələbələrin beynəlxalq təhsil mühitində təcrübə qazanması onların qlobal kompetensiyalarını artırır. Eyni zamanda mədəniyyətlərarası dialoq güclənir. Bu cür təşəbbüslər rəqabətqabiliyyətli kadrların hazırlanmasına xidmət edir.


"OPTİFY" layihəsi çərçivəsində ilk görüş keçirilib

Azərbaycan Texnologiya Universiteti Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Azərbaycan Texniki Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Gürcüstan, Azərbaycan və Qazaxıstanda optik şəbəkələr və optik kommunikasiyalar üzrə ali təhsil müəssisələrinin monitorinq və idarəetmə potensiallarının artırılması - OPTIFY” adlı layihədə tərəfdaş kimi çıxış edir.

Layihənin ilkin görüşü onlayn formatda 10 yanvar 2025-ci il tarixində keçirilib. Görüşdə Azərbaycan Texnologiya Universitetini layihənin ATU üzrə meneceri strateji inkişaf və rəqəmsallaşdırma məsələləri üzrə rektor müşaviri Mehman Kərimov təmsil edib.

Görüşdə layihə çərçivəsində görüləcək işlərə dair məhsuldar müzakirələr aparılıb, təklif və tövsiyələr dinlənilib. 

Qeyd edək ki, Azərbaycanda genişlənməkdə olan optik şəbəkələrin monitorinqi və idarəolunması üzrə yeni magistratura proqramının təsis edilməsini hədəfləyən layihə 3 il müddətində icra olunacaq.  Bu ixtisas üzrə müasir səriştələrə və bacarıqlara malik kadr hazırlığı yerinə yetiriləcək, akademik heyətin qabaqcıl Avropa ali təhsil müəssisələrində təlimləri təşkil ediləcək,  həmçinin, tərəfdaş ATM-lərin bazasında yeni tədris laboratoriyası yaradılmaqla sənaye üçün müvafiq məzmunlu təhsil modulları formalaşdırılacaq.

Layihə SDG 4 (Keyfiyyətli təhsil) və SDG 9 (Sənaye, innovasiya və infrastruktur) və SDG 17 (T’ərəfdaşlıqlar) məqsədlərinə uyğun olaraq həyata keçirilir. Yeni magistr proqramlarının yaradılması və laboratoriyaların qurulması təhsilin keyfiyyətini artırır. Beynəlxalq tərəfdaşlıq çərçivəsində bilik və texnologiya mübadiləsi güclənir. Bu da regionda innovativ infrastrukturun inkişafına təkan verir.

 

 

Gənc müəllimlər üçün tədrisdə interaktiv metodlara dair ustad dərsi təşkil edilib

Azərbaycan Texnologiya Universitetində (ATU) təcrübəli professorların iştirakı ilə gənc müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə ustad dərsləri davam etdirilir. Bu dəfə tədbirə İqtisadiyyat kafedrasının müdiri, professor Natiq Cavadov rəhbərlik edib.

Təlimdə İqtisadiyyat və idarəetmə fakültəsinin tabeliyində fəaliyyət göstərən İdarəetmə, İqtisadiyyat, Turizm sənayesinin təşkili, İctimai elmlər və multikulturalizm, həmçinin Xarici dillər kafedralarının gənc müəllimləri iştirak ediblər.

Professor “Tədrisdə interaktiv metodlardan istifadə” mövzusunda çıxış edərək müasir pedaqoji yanaşmaların əhəmiyyəti, tələbələrin dərs prosesinə fəal cəlb olunması və yaradıcı düşüncənin inkişaf etdirilməsi barədə ətraflı danışıb.

Ustad dərsi zamanı pedaqoq öz təcrübəsindən konkret nümunələr təqdim edib, gənc müəllimlərin rastlaşa biləcəyi çətinlikləri qeyd edərək onların həlli yollarını praktik məsləhətlərlə izah edib.

Tədbir interaktiv müzakirə şəklində təşkil olunub, müəllimlər fikir mübadiləsi apararaq suallarına cavab alıblar.

 

 

 

 

İnnovasiya Mərkəzinin könüllüləri “Rəqəmsal” mövzulu Qrant Müsabiqənin qalibi olublar

Azərbaycan Texnologiya Universitetinin İnnovasiya Mərkəzinin könüllülərindən ibarət İki komanda Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən keçirilən “Rəqəmsal” mövzulu Qrant Müsabiqəsinin qalibi olublar.

Vizionary AI komandasının layihə rəhbəri Həsənova Məlahət, dizayneri isə İsmayılova Sədaqətdir.Visionary AI layihəsinin məqsədi insanlara, xüsusilə gənclərə süni intellektin gücünü və imkanlarını öyrətmək və onlara AI texnologiyalarından effektiv şəkildə istifadə etmə bacarığı qazandırmaqdır.

GuideBot komandasının layihə rəhbəri Anar Məmmədov, koordinatoru isə Bağışzadə Hüseynağadır. Layihənin məqsədi -Süni intellekt vasitəsilə avatar yaradaraq, texnologiyanın keçmişini anlaşıqlı və əyləncəli video məzmunu şəklində insanlara çatdırmaq.

Azərbaycan Texnologiya Universiteti İnnovasiya mərkəzi olaraq tələbələrimizi təbrik edir və onlara növbəti uğurlu layihələr arzulayırıq!

Bu təşəbbüs SDG 4 (Keyfiyyətli təhsil)SDG 9 (Sənaye, innovasiya və infrastruktur) məqsədlərinə xidmət edir. Gənclərin süni intellekt sahəsində bilik və bacarıqlarının artırılması innovativ düşüncəni təşviq edir. Layihələr texnologiyanın cəmiyyətə inteqrasiyasını sürətləndirir. Bu isə gələcək rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verir.