Azərbaycan Texnologiya Universitetində (ATU) 18 Oktyabr Müstəqilliyin Bərpası Gününə həsr edilmiş tədbir kecirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himi səsləndirilib, ardınca Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Müstəqilliyin bərpası gününə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Azərbaycan Texnologiya Universitetinin rektor v.m.i.e dos. Yaşar Ömərov tədbirdə giriş sözü ilə çıxış edib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən 32 il ərzində Azərbaycan Respublikasının dövlət müstəqilliyi daha da inkişaf edib, möhkəmlənib. Y.Ömərov Azərbaycanın bu tarixi günü ərazi bütövlüyünü, suverenliyini tamamilə bərpa etmiş qalib xalq kimi qeyd etdiyini vurğulayaraq tədbir iştirakçılarını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Tədbirdə sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov, İctimai elmlər və multikulturalizm kafedrasının əməkdaşları Hüseyn Budaqov, Mehriban Tağıyeva, İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev çıxış edərək tarixi günün xronologiyasına nəzər salıb, Azərbaycanın regionda söz sahibi olan qüdrətli dövlətə çevrildiyindən bəhs ediblər.
Azərbaycan Texnologiya Universitetində “Gələcək üçün bacarıqlar” layihəsinin "TUSİ (2C) inkubasiya proqramı çərçivəsində keçirilən təlimlərdə uğurla iştirak edən bir qrup fəal gənc təltif edilib.
Təltifnamələri sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir Şahmar Həsənov, strateji inkişaf və rəqəmsallaşma üzrə müşavir Mehman Kərimov, İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev təqdim edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən ali təhsil müəssisələri ilə birgə reallaşdırılan "Gələcək üçün bacarıqlar" layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilmələri əsas hədəflərdir.
Azərbaycan Texnologiya Universitetinin Qida Mühəndisliyi fakültəsinin iki ixtisası üzrə təhsil alan son kurs tələbələrinin istehsalat təcrübələri 2023/2024- cü tədris ilinin payız semestrində ölkəmizin aparıcı qida sənayesi və şərabçılıq müəssisələrində aparılır.
Sözügedən istehsalat təcrübəsi ötən tədris ili müddətində universitetlə müxtəlif sənaye müəssisələri arasında imzalanmış memorandumlar çərçivəsində həyata keçirilir.
Hazırda “Qida mühəndisliyi” və “Şərabçılıq” ixtisaslarının IV kurs tələbələri Gəncə, Şəmkir, Göygöl, Qəbələ, Ağsu, Şamaxı şəhərlərində təcrübə keçirlər. Onlar müasir texnologiyalarla təchiz olnmuş Qəbələ Konserv Zavodu, AzGranata Şirə və Şərab Emalı Zavodu, Şirvan Şərabları Zavodu, Gəncə Şərab-2, Gəncə Dəyirman və s. kimi müasir sənaye müəssisələrində praktik vərdişlərə yiyələnirlər.
Qeyd edək ki, indiyədək sözügedən ixtisasın tələbələrinin təcrübə müddəti tədris ilinin II semestrinə təsadüf edib. Payız mövsümünün müvafiq istehsalat sahələri üçün aktiv dövr olduğu nəzərə alınmaqla bu il ilk dəfə qida mühəndisliyi və şərabçılıq ixtisası tələbələri praktik təcrübələrə I semestrdə yiyələnirlər.
Azərbaycan Texnologiya Universitetinin şəhid məzunu Eldar Həsənlinin həyat yoldaşı Fəridə Həsənli universitetimizin doktorantura səviyyəsinə qəbul olub.
Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov bu münasibətlər Fəridə Həsənli və şəhid məzunumuzun anası Nəzakət Həsənli ilə görüşüb. Y.Ömərov gənc tədqiqatçını təbrik edib, elmi fəaliyyətində yeni-yeni nailiyyətlər və uğurlar arzulayıb.
Qeyd edək ki, Fəridə Həsənli Ətraf mühitin texnologiyası və mühəndisliyi ixtisasında doktorantura təhsili alacaq.