Azərbaycan Texnologiya Universitetində (ATU) Gənclər Günü münasibətilə fəal tələbələrlə görüş keçirilib.
Görüş zamanı ATU-nun rektoru Yaşar Ömərov Azərbaycanda uğurlu gənclər siyasətinin əsasının 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu gün Azərbaycan Prezidenti Cənab İlham Əliyevin bu missiyanı uğurla davam etdirdiyini bildirib. Qeyd edib ki, ölkəmizdə aparılan gənclər siyasətinin ən böyük uğurlarından biri gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasıdır. Rektor gəncləri 2 Fevral Gənclər Günü münasibətilə bir daha təbrik edib, onlara nailiyyətlər və yeni-yeni uğurlar arzulayıb.
Sonra yüksək akademik göstəricilərinə görə, COP29-da, o cümlədən universitetin sosial ictimai həyatında fəal iştirakına görə, universitetin idman nailiyyətlərində aktivliyinə görə bir qrup tələbə və qazi 2 Fevral Gənclər Günü münasibəti ilə təşəkkürnamə ilə təltif edilib.
Bu tədbir SDG 4 (Keyfiyyətli təhsil) və SDG 8 (Layiqli iş və iqtisadi artım) məqsədlərinə xidmət edir. Gənclərin inkişafı və təşviqi onların gələcək karyerasına müsbət təsir göstərir. Aktiv gənclərin dəstəklənməsi sosial kapitalı artırır. Bu isə dayanıqlı inkişafın əsasını təşkil edir.
Azərbaycan Texnologiya Universitetində Elmi Şuranın növbəti iclası keçirilib. Universitetin rektoru Elmi Şura sədri Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri şura üzvlərinin diqqətinə çatdırıb.
Elm və innovasiyalar üzrə prorektor v.m.ie., elm və xarici əlaqələr üzrə müşavir Sahil Həmidov əcnəbi tələbələrin qəbulu və hazırlıq qruplarında dərslərinin təşkili qaydalarını, Elmi katib Sevda Qurbanova 2024/2025-ci tədris ilinin ikinci yarımili üçün Elmi Şuranın iş planını müzakirə üçün təqdim edib.
Daha sonra Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin dekanı Şakir Əliyevin hesabatı, Magistratura və doktorantura şöbəsinin müdiri Eldəniz Bayramovun doktorant və dissertantların attestasiyasının nəticələri barədə çıxışı dinlənilib.
İclasda Azərbaycan Texnologiya Universitetinin 55 illik yubileyinin keçirilməsi, tədris vəsaitlərinin, fakültə əsasnamələrinin və digər məsələlərin müzakirəsi aparılaraq təsdiq edilib.
Elmi Şura çərçivəsində elmi-pedaqoji sahədə uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə Kimya və metallurgiya mühəndisliyi kafedrasının müdiri v.m.i.e. Niyar Əmiraslanova 65 illik yubileyi, professoru Ələmdar Əlbəndov isə 85 illik yubileyi münasibəti ilə təltif edilib.
Azərbaycan Texnologiya Universitetində (ATU) "Açıq qapı” günü keçirilib. Qış imtahan sessiyası ilə bağlı təşkil olunan “Açıq qapı” günündə valideynlər, rəhbər heyət və dekanlar iştirak edib.
Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Şahmar Həsənov, elm və innovasiyalar üzrə prorektor v.m.i.e., elm və xarici əlaqələr üzrə müşavir Sahil Həmidov dəyirmi masa ətrafında imtahan prosesi, nəticələrin yoxlanması barədə məlumat veriblər. Bildiriblər ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir. İmtahanların şəffaf keçirilməsi, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi məqsədilə otaqlarda müşahidə kameraları, korpuslarda təklif və şikayətlər qutusu yerləşdirilib.
Daha sonra İmtahan komissiyasının sədri, Tədris şöbəsinin müdiri Cəsarət Şabanov monitor vasitəsilə real vaxt rejimində imtahan prosesini təqdim edib. İmtahanları canlı izləyən valideynlərə bildirib ki, 28 dekabr 2024-cü ildən başlayan imtahanlar test və yazılı qaydada qrafik üzrə həyata keçirilir, tələbəyə yazılı imtahanlarda 3 saat, test imtahanında isə 1 saat vaxt verilir, nəticələr xüsusi kodlaşdırma otağında yoxlanılır, Apellyasiya Komissiyasına daxil olan müraciətlərə yerində baxılaraq obyektiv qərar verilir.
Valideynlər neqativ halların qarşısının alınması üçün zəruri tədbirlərin görülməsini yüksək qiymətləndirib, tələbələrin biliklərinin şəffaf və obyektiv qiymətləndirilməsi üçün yaradılan şəraitdən məmnunluq ifadə ediblər.
Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetində qış imtahan sessiyası 3 fevraladək davam edəcək.
Bu təşəbbüs SDG 4 (Keyfiyyətli təhsil) və SDG 16 (Sülh, ədalət və güclü institutlar) məqsədlərinə uyğundur. Təhsildə şəffaflığın təmin edilməsi etimadı artırır. Valideynlərin prosesə cəlb olunması inklüziv idarəetməni gücləndirir. Bu isə keyfiyyətli və ədalətli təhsil mühitinin formalaşmasına kömək edir.
Azərbaycan Texnologiya Universitetində (ATU) narkomaniya ilə mübarizəyə həsr edilmiş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin (İB) “Ekomediasiya: sağlamlıq və ekologiya arasında gənclik körpüsü" layihəsi çərçivəsində baş tutub.
Tədbirdə ATU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov, “Gənclərin Anti-Narkomaniya” İB-nin sədri Büllur Məmmədova, Gəncə Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin əməkdaşı Semur Abdullayev, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin əməliyyat müvəkkili polis baş leytenantı İsmayıl Şıxəliyev, Gəncə Şəhər Narkoloji Dispanserin nümayəndəsi Nurlana Rəhimova tələbələr qarşısında çıxış edib, narkomaniya kimi zərərli vərdişlərlə mübarizə yollarından, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan bu bəlanın fəsadlarından danışıb, tələbələrin mövzuya dair suallarını cavablandırıblar.
Bu tədbir SDG 3 (Sağlam həyat və rifah) və SDG 16 (Sülh, ədalət və güclü institutlar) məqsədinə xidmət edir. Gənclərin maarifləndirilməsi sağlam həyat tərzinin təşviqinə kömək edir. Zərərli vərdişlərlə mübarizə sosial rifahı artırır. Bu isə cəmiyyətin sağlam inkişafına töhfə verir.
“Paşa Holding”in təhsilin inkişafına dəstəyi çərçivəsində Kolumbiya Universitetinin professoru Frederik Mişkin və Şərqi Karolina Universitetinin professoru Stenli İkinsin həmmüəllifi olduğu “Maliyyə bazarları və İnstitutları” (Financial Markets & Institutions. Frederic S. Mishkin, Stanley G. Eakins) kitabı Azərbaycan dilinə tərcümə edilərək çap edilib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xətti ilə Azərbaycan Texnologiya Universitetinə ayrılan müvafiq sayda nəşr hazırda Azərbaycan Texnologiya Universitetinin kitabxanasında tələbələr və akademik heyət üçün əlçatandır.
Tələbələr kitabxanaya müraciət edərək bu dəyərli qaynaqdan istədikləri vaxt istifadə edə bilərlər.
Qeyd edək ki, vəsait maliyyə bazarlarının əsas prinsipləri, institutların strukturu və fəaliyyət mexanizmlərini əhatə edir. Xüsusilə iqtisadiyyat, maliyyə və idarəetmə sahəsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuş bu nəşr nəzəri biliklərin praktikada tətbiqi üçün də mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Texnologiya Universiteti bu töhfəyə görə "Paşa Holding"ə təşəkkürünü bildirir və tələbələrimizi kitabdan yararlanmağa dəvət edir.
Bu təşəbbüs SDG 4 (Keyfiyyətli təhsil) məqsədinə uyğundur. Tədris resurslarının əlçatanlığı tələbələrin bilik səviyyəsini artırır. Keyfiyyətli dərs vəsaitləri təhsilin effektivliyini yüksəldir. Bu da peşəkar kadrların hazırlanmasına töhfə verir.
Əməkdaşlıq çərçivəsində nəzərdə tutulmuş tədbirlərin sistemli icrasını təmin etmək məqsədilə Azərbaycan Texnologiya Universiteti (ATU) ilə ölkənin aparıcı sənaye müəssisələrindən biri olan “AzerGold” QSC arasında birgə fəaliyyət planı hazırlanıb. ATU və “AzerGold”-un əməkdaşlığı çərçivəsində tərtib edilən birgə fəaliyyət planı 2025-ci ili əhatə edir.
Fəaliyyət planında “AzerGold”un təklifi əsasında birgə elmi-tədqiqat işlərinin aparılması, müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin “AzerGold”da istehsalat təcrübəsinin təşkili, “AzerGold” tərəfindən təşkil olunan layihələrə ATU tələbələrinin cəlb olunması, birgə ustad dərslərinin və seminarların keçirilməsi, ATU-nun karyera sərgilərində “AzerGold”un iştirakı, “AzerGold” əməkdaşlarının tədrisə cəlb olunması, “AzerGold”un ehtiyaclarına uyğun olaraq müvafiq ixtisaslar üzrə tədris planlarına bəzi fənlərin daxil edilməsi və universitetin tələbə heyətinin “AzerGold”un hasilat sahələrinə tanışlıq turlarının təşkili öz əksini tapır.
Bu əməkdaşlıq SDG 8 (Layiqli iş və iqtisadi artım) və SDG 9 (Sənaye, innovasiya və infrastruktur) məqsədlərinə xidmət edir. Tələbələrin istehsalat təcrübəsinə cəlb olunması onların əmək bazarına inteqrasiyasını asanlaşdırır. Sənaye və təhsil əlaqələrinin güclənməsi praktiki biliklərin artırılmasına imkan yaradır. Bu isə iqtisadi inkişaf üçün vacib insan kapitalını formalaşdırır.