Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Texnologiya Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Dördüncü sənaye inqilabı və innovativ texnologiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.İki günlük konfransın açılış tədbiri Gəncə şəhəri, Heydər Əliyev Mərkəzində baş tutub. Əvvəlcə konfrans iştirakçıları Ulu Öndərin mərkəzin önündə ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Ardınca Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Konfransda Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov giriş sözü ilə çıxış edərək konfransın mövzusunun aktuallığını diqqətə çatdırıb.Açılış tədbirində elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Bakı Dövlət Universitetinin rektoru prof. Elçin Babayev, İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, AMEA-nın həqiqi üzvü, akademik Əli Abbasov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin department rəhbəri Fatimə Ələkbərova, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin şöbə müdiri Ayaz Museyibov, Azərbaycan Respublikası Kosmik Agentliyinin departament rəhbəri Natavan Həsənova, xarici ölkələrin ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının, sənaye müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri çıxış edərək konfransın işinə uğurlar arzu ediblər.Türkiyə, Macarıstan, Polşa, Almaniya, Rumıniya, Gürcüstan, Özbəkistan, Belarusdan, eləcə də İqtisadi Əməkdaşlıq Təşkilatının Elm Fondundan qatılan elm adamlarının çıxışlarından sonra plenar iclasın məruzələri dinlənilib. Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, Azərbaycan Respublikası Kosmik Agentliyinin departament direktoru Natavan Həsənova, Qəbələ Konserv zavodunun direktoru Özgür Demirkıran və Türkiyənin On Doqquz May Universitetinin mərkəz direktoru Sedat Akleylek elmin aktual mövzularından bəhs ediblər.Konfrans bu gün və sabah 10 istiqamət üzrə bölmələrdə öz işini davam etdirəcək. Bölmələrə xarici universitetlərin elm adamları həmsədrlik edir. Beynəlxalq elmi-praktik konfransa Malayziya, Macarıstan, Hindistan, Avropa və MDB də daxil olmaqla 16 ölkədən məqalə göndərilib. Konfransın məcmuələr toplusuna ümumilikdə 721 məqalə daxil edilib. Onlardan 220-si xarici elm adamlarının məqalələridir. 639 dəfə oxunub
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Əzm Marafonu” keçirilibMarafon Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi , Azərbaycan Texnologiya Universiteti, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatı, Gəncə Gənclər Evi, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə 29 aprel 2023–cü il tarixində baş tutub.Qeyd edək ki, marafon Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunub. Yarış Gəncə şəhər Heydər Əliyev adına Park-Kompleksində baş tutub və 250 nəfərdən artıq gənc iştirak edib.Tədbirdə Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos.Yaşar Ömərov, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının Sədr vəzifəsini icra edən Nurəddin İbrahimov, Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşı Gülnar Fazilqızı, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının əməkdaşı Eldar Qurbanov çıxış ediblər.Marafonun yekununda yer tutan ilk on nəfər gənc diplom və hədiyyələrlə təltif olunublar. 374 dəfə oxunub
Azərbaycan Texnologiya Universiteti, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Telekom Basketbol İdman Klubunun birgə təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş İnkişaf Kuboku 2 mini-futbol üzrə turnir start götürüb.Bugün turnirin rəsmi açılışı baş tutub. Açılışda Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Şahmar Həsənov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov , Telekom Basketbol İdman Klubunun direktoru Elçin Süleymanov çıxış ediblər.Qeyd edək ki, yarışlar 5 mayadək Azfar İdman Stadionunda davam edəcək. Turnirdə 17 komanda iştirak edir.İlk üçlüyə daxil olacaq qalib komandalara kubok, medal və fəxri fərman veriləcək. 401 dəfə oxunub
Azərbaycan Texnologiya Universitetində iki yeni kafedra yaradılıbUniversitetin strukturunun optimallaşdırılması, tədrisin keyfiyyətinin, eyni zamanda elmi fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə elmi şuranın 08 saylı iclasının qərarına əsasən Turizm sənayesinin təşkili və ekologiya kafedrası ləğv edilərək onun əsasında Turizm sənayesinin təşkili və Ətraf mühitin mühafizəsi kafedraları yaradılıb.Qeyd edək ki, yeni qərara əsasən yaradılmış kafedralar növbəti tədris ilindən fəaliyyətə başlayacaq. Turizm sənayesinin təşkili kafedrası İqtisadiyyat və idarəetmə fakültəsinin, Ətraf mühitin mühafizəsi kafedrası isə Qida mühəndisliyi fakültəsinin nəzdində fəaliyyət göstərəcək. 307 dəfə oxunub
Azərbaycan Texnologiya Universitetində Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş müxtəlif idman yarışları üzrə birinciliyə start verilib.Yarışlar universitetin əməkdaşları və tələbələri arasında keçirilir. İlk günkü oyunlarda Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi Dos.Yaşar Ömərov da iştirak edib.İlk yarış əməkdaşlar arasında stolüstü tennis idman növü üzrə baş tutub. Yarışda 16 qadın və kişi əməkdaşlar iştirak edib. Olimpiya sistemi üzrə keçirilən yarışda birinci yerə bütün rəqiblərinə qalib gələrək İnzibati idarəetmə və kommersiya kafedrasının əməkdaşı Şakir Əlizadə çıxıb.Qeyd edək ki, silsilə yarışlar çərçivəsində şahmat, dama və voleybol idman növü üzrə yarışlar keçiriləcək. 356 dəfə oxunub
Azərbaycan Kubokunun qalibi "Gəncə" Basketbol Klubu Azərbaycan Texnologiya Universitetində qonaq olubGörüşdən öncə Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini icra edən Dos. Yaşar Ömərov komanda üzvlərini qəbul edib. Basketbolçuları və məşqçiləri Azərbaycan Kubokunu qazanmaları münasibəti ilə təbrik edib, kollektivə qarşıdan gələn pley-off mərhələsində uğurlar arzulayıb.Komandanın baş məşqçisi Miliunas Gediminas, məşqçi Rizvan Səfərov və kapitan Amil Həmzəyev qonaqpərvərliyə və isti qəbula görə təşəkkür edərək Yaşar Ömərovu ev oyunlarına dəvət ediblər. Komanda universitet rəhbərliyinə klubun şərfini hədiyyə edib. Görüşün sonunda xatirə şəkli çəkdirilib.Daha sonra komanda üzvləri ATU-nun akt zalında tələbələrin önünə çıxıblar. Gənclərə klubun fəaliyyəti, nailiyyətləri, komandanın son nəticələri və gələcək hədəfləri haqqında məlumat veriblər. Qeyd olunub ki, “Gəncə” Basketbol Klubunun məqsədi ölkəmizi Avropa yarışlarında təmsil etməkdir.Görüş tələbələrin sualları ətrafında aktiv müzakirələrlə davam edib. Komanda üzvlərinin seçimi əsasında ən maraqlı suallar ünvanlayan tələbələrə hədiyyələr təqdim olunub. 309 dəfə oxunub